İkinci vergi sistemi reqressiv vergi sistemidir ki, bu da mahiyyət etibarilə
proqressiv sistemin əksidir. Yəni reqressiv vergi sistemində şəxslərin gəlirləri
artdıqca tətbiq edilən gəlir vergisinin faizi aşağı salınır. Bu vergi sistemi istehsalı
və şəxsi gəlir artımı
m
həvəsləndirsə də müasir inkişaf etmiş ölkələrdə bu sistemi
tətbiq etmirlər. Bu sistemin tətbiqi ilə dövlət vergiqoymada və gəlir bölgüsündə
bərabərlik prinsiplərini həyata keçirə bilmir. Lakin bu sistemin müsbət
xüsusiyyətləri var. Bu sistem ən çox zəif inkişaf etmiş ölkələrdə tətbiq edilir.