Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


Məcburi tibbi sığorta vəsaiti, büdcədənkənar və sahə fondlarının vəsaiti



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə55/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   51   52   53   54   55   56   57   58   ...   90
YourFileName

Məcburi tibbi sığorta vəsaiti, büdcədənkənar və sahə fondlarının vəsaiti. 
6. 
Yeraltı  sərvətlərdən  və  təbii  resurslarından  istifadəyə  görə  ödəmələr,  o 
cümlədən: 

yeraltı sərvətlərdən istifadəyə görə ödəmələr; 

meşə vergiləri, icarə haqqı və meşə fondu torpaqları üçün ödəmələr də daxil 
ohnaqla; 

sənaye müəssisələri tərəfindən su təsərrüfatı sistemindən götürülən su üçün 
ödəmələr; 

zərərh  maddələrin  atıhnası  və  yığılması,  tullantıların  yerləşdirilməsi 
normalarına və normadan artıq həcminə görə ödənclər. 
Xüsusi  gəhrlərin  həcminin  az  artdığı  və  ərazi  büdcələrinin  xərclərinin  daim 
artdığı şəraitdə bu büdcələrin vəsaitlə təmin edilməsi zəruriyyəti meydana gəlir və 
bu iş başlıca olaraq mənbələrin tənzimlənməsi, daha doğrusu, yuxarı büdcələrdən 
daxil olan vəsait hesabına həyata keçirilir. 
Azərbaycan  Respublikasımn  «Vergi  sisteminin  əsasları  haq-  qmda» 
Qanununa əsasən ərazi büdcələrin əsas tənzimləyici gəlirlərinə əlavə dəyər vergisi, 


  
aksizlər,  müəssisələrin  mənfəətindən  vergilər,  fiziki  şəxslərdən  ahnan  gəlir 
vergiləri daxildir. 
Tənzimləyici  gəlirlərdən  ayırma  normativləri  regional büdcələrin xərclərinin 
ümumi  həcmindən  və  onların  xüsusi  gəlirlərinin  həcmindən  asılı  olaraq  yuxarı 
ərazi orqanlar tərəfindən təsdiq edilir. 
Həcmi
n
ə  və  iqtisadi  əhəmiyyətinə  görə  ərazi  büdcələrin  gəlirlərində  aparıcı 
yeri  tənzimləyici  vergilərdən  ayırmalar  tutur.  Onların  rolu  təkcə  regional  dövlət 
hakimiyyəti  orqanlarını  maliyyə  resusrları  ilə  təmin  etmək  deyil,  həm  də  öz 
tabeçiliyində olan ərazilərdə ictimai istehsalın səmərəliliyini yüksəltmək və onların 
yuxarı büdcələrin vəsaitlərini səfərbər etməkdə marağını artırmaqdır. 
Ərazi  büdcələrin  tənzimlənməsi  sistemi  bir  sıra  üstünlüklərə  malikdir.  O, 
yerli  mənbələrin  məhsuldarlığından  asılı  olmayaraq  ərazi  büdcələri  lazımi 
vəsaitlərlə  təmin  etməyə  imkan  verir,  ayrı-ayrı  ərazi  vahidlərinin  inkişaf 
səviyyələrini  bərabələşdirməyin  ilkin  şərtlərini  yaradır:  ərazi  hakimiyyət 
orqanlarını  və  dövlət  və  regional  vergilərin  səfərbərlik  planını  yerinə  yetirməyə 
həvəsləndirir. 
Ərazi büdcələrinin tənzimlənməsi metodunun həm də çatışmazlıqları vardır. 
Ərazi  büdcələrinin  tənzimləyici  gəlirlərinin  formalaşdı-  rıhnasmda  subyektivlik 
elementinin ohnası  ən  mühüm  çatışmazlıqdır.  Bu tənzimləyici  gəlirlərdən  ayırma 
normativlərinin  kəmiyyətinin  və  onların  tərkibinin  seçilməsinin  həmişə  obyektiv 
həyata  keçirmək  imkanlarının  məhdudluğu  ilə  əlaqədardır.  Dövlətin  minimum 
sosial  və  maliyyə  normalarının  büdcə  planlaşdırılmasmı  təcrübədə  həyata 
keçirməklə bu çatışmazlığı aradan qaldırmaq olar. Burada söhbət hər bir vətəndaşı 
minimum sosial nemətlərlə təmin etməyin, həmçinin xalq təhsili, səhiyyə, mənzil-
kommunal  təsərrüfatı  xidmətlərindən  istifadə  və  s.  normalarını  hazırlamaq  və 
tətbiq etməkdən gedir. Bu normalar ölkənin ayrı-ayrı regionları üzrə iqlimi, tarixi-
etnik  xüsusiyyətləri  və  əhalinin  bu  xidmətlərlə  tə
min
  olunma  səviyyəsinə  görə 
fərqləndirihnəhdir. 
Ərazilərə  maliyyə  köməyinin  göstərilməsi  məqsədilə  dövlət  büdcəsində 
ərazilərə  dövlət  maliyyə  yardımı  fondu  yaradılır.  Bu  fonddan  maliyyə  köməyi 
«köməyə ehtiyacı olan region» və ya «köməyə xüsusi ehtiyacı olan region» statusu 
almış regionlara göstərilir. 
Köməyə  ehtiyacı  olan  region  statsusu  planlaşdırılan  ildə  adambaşına  düşən 
büdcə gəliri (bir sakin hesabına) ölkənin bütün regionları üzrə  adambaşına düşən 
orta büdcə gəlirindən az olduğu regionlara verilir. 
Köməyə  xüsusi  ehtiyacı  olan  region  statusu  isə  planlaşdırılmış  ildə  büdcə 
gəlirlərinin  həcmi  (o  cümlədən  ölkənin  bütün  regionları  üzrə  adambaşına  düşən 
büdcə  gəlirinə  çatmayan  məbləğin  ödə
n
i
lm
əsi  nəzərə  alınmaqla  köməyə  ehtiyacı 
olan  regionlar  üçün)  hə
min
  ildə  proqnozlaşdırılan  büdcə  xərcləri  həcmindən 
(kapital qoyuluşlarsız) az olan regionlara verilir. 
Bu  iki  statusun  nəzərə  alı
nm
ası  ilə  fond  iki  hissəyə  bölünür  ki,  bunlardan  da 
vəsaitlər  müvafiq  olaraq  köməyə  ehtiyacı  olan  regionlara  və  köməyə  xüsusi 
ehtiyacı  olan  regionlara  ayrılır.  Fondun  bu  hissələri  arasında  proporsiyalar 
planlaşdırılan ilə köməyə ehtiyacı olan bütün regionlar üzrə cari büdcə xərclərinin 
örtülməsi üçün çatış mayan vəsaitlər məbləğinin hesablanması  əsasında müəyyən 
olunur. 


  
Regional  büdcələrin  tənzimlənməsinin  bu  üsulunun  yeniliyi  və  üstünlüyü 
ondan ibarətdir ki, ərazilərə vəsait aşağıdakıları nəzərə alaraq (bütün büdcələr üçün 
vahid metodika əsasında) ayrılır: 

regional büdcələrin gəlirlərini (regionların vergi potensialı), yəni müvafiq 
ərazilərin büdcə sisteminə daxil olan büdcə gəlirlərini; 

müvafiq ərazilərdə yaşayan əhalinin sayını. 
Ölkənin iqtisadi potensialının inkişafı, əhalinin artımı, urbanizasiya prosesinin 
genişlənməsi,ərazi büdcələrinin sayının artımının əsas amilləridir. 
İqtisadi və sosial proseslərin daha gözə çarpan nəticələri ərazi büdcələrinin xərclər 
hissəsində əks olunur. Ərazi hakimiyyət orqanlarının fəaliyyətinin başlıca tərəfləri 
onların səlahiyyətləri (rəhbərlikləri) altında olan ərazilərin iqtisadi və sosial inkişaf 
planlarının  hazırlanması  və  həyata  keçirilməsidir.  Yaşayış  sahələrinin,  xüsusilə 
yeni  mənimsənilən  rayonlarda  yaşayış  yerlərinin  artması,  mənzil-kommunal 
təsərrüfatının  inkişafı  və  yaşayış  yerlərinin  abadlaşdırılması  ərazi  büdcələrinin 
xərclərinin artmasına gətirib çıxarır. Xərclərin artması həm yeni tikintilərə, həm də 
mənzil-kommunal  və  mədəni-məişət  təyinatlı  obyektlərin  saxlanmasına  çəkilən 
xərclərin səviyyəsinin yüksəlməsi ilə bağlıdır. 
Qeyd  etmək  laz
ım
dır  ki,  ərazi  büdcələri
nin
  ayrı-ayrı  xərclərinin  strukturu  eyni 
deyildir  və  təsərrüfatın  həc
min
dən  və  onun  müxtəlif  səviyyədə  regional  orqanlara 
tabehyindən  asıhdır.  Belə  ki,  respublika,  vilayət  və  şəhər  hakimiyyət  orqanlarına 
yerli sənaye müəssisələrinin, mənzil-məişət təsərrüfatı və ticarətin daha çox hissəsi 
tabedir.  Ona  görə  də  bu  büdcələrin  xərclərində  xalq  təsərrüfatına  ayırmalar  çox 
yüksəkdir.  Rayon,  qəsəbə  və  kənd  hakimiyyət  orqanlanmn  tabeliyində  sosial-
mədəni təsisatlar yerləşir. Bu büdcələrdə xərclərin daha çox hissəsi sosial-mədəni 
tədbirlərin maliyyələşdirilməsinin payına düşür. 
Sosial-mədəni  idarələrin  çox  hissəsi  və  ilk  növbədə  xalq  təhsih  və  səhiyyə 
idarələri  ərazi  orqanlarına  tabedir.  Buna  görə  də  ərazi  büdcələrin  spesifik 
xərclərində  sosial-mədəni  tədbirlərə  çəkiləsi  xərclər  nəzərəçarpacaq  dərəcədə 
üstünlük təşkil edir. 
Əha
linin
  hər  nəfərinə  düşən  xərclərin  səviyyəsi  yüksək  olan  iri  şəhərlərin 
üstün  inkişafı  da  həmçinin  ərazi  büdcələrinin  xərcləri
n
i

artması
nın
  mühüm 
a
mili
dir. 
Aktual problemlərdən biri də şəhər və kəndlərin abadlaşdırıhna- sıdır. Həmin 
məqsədlər  üçün  nəzərdə  tutulan  büdcə  ayırmalarımn  daha  səmərəli  istifadəsi  də 
buna kömək edir. 
Bu gün Azərbaycan Respubhkası ilə onun regionlarının qarşı- hqh əlaqələrini 
hüquqi  baza  əsasında  tənzimləməyə  ehtiyac  vardır.  Bu  əlaqələrin  zəruriliyi  təkcə 
büdcə-maliyyə prosesi ilə yox, iqtisadiyyatın böhran vəziyyəti ilə bağlıdır. Nəyin 
bahasına  olursa-olsun  yalnız  vergi  yükünü  ağırlaşdırmaq  heç  də  iqtisadiyyatda 
pozitiv nəticələrə gətirib çıxartmaz, əksinə neqativ prosesləri dərinləşdirər. 
Bununla  əlaqədar  olaraq  dövlətin  maliyyəsi, büdcə-mahyyə  və  vergi  sistemi 
iqtisadi və sosial inkişafın dövlət tə
nz
i
ml
ənməsi
nin
 başlıca aləti və vasitəsi olmalıdır 
ki, bu da icti
m
ai istehsalın sabit və səmərəli inkişafına əsasla
n
malıdır. Bunun üçün 
respublika, region və yerli büdcə-maliyyə tənzimləmə sistemini özündə birləşdirən 
səviyyə-  lərarası  büdcə-maliyyə  tənzimləmə  mexanizmini  işləyib  hazırlamaq 
lazımdır.  Burada  regional  büdcə-maliyyə  tənzimləmə  mexanizmi  respublika 


  
mexanizminin  tərkib  hissəsi,  onun  məntiqi  davamı  olmalı  və  aşağıdakıları  təmin 
etməlidir: 

iqtisadi  artımın  makroiqtisadi  tənzimlə
nm
əsi  və  stimullaşdı-  rıhnasına 
yardım etmək; 

işlənib hazırlanmış milli məqsədlərə və prioritetlərə müvafiq olaraq maliyyə 
resursları
n
ı
n
 bölüşdürülməsi və istifadəsinə təsir göstərmək

gəlirlərin bölüşdürülməsi üzrə işlənib hazırlanmış məqsədləri reallaşdırmaq; 

iqtisadiyyatda  bazar  islahatlarının  hərəkətinə  və  qəbul  olunan  qərarların 
qeyri-mərkəzləşdirilməsinə ardıcıl olaraq dövlət tərəfindən yardım göstərmək; 

regionların  maliyyə  resurslarından  və  sərbəst  təsərrüfatçı  subyektlərin, 
əhalinin  və  dövlətin  potensial  imkanlarından  səmərəli  istifadə  etməklə  onların 
sosial-iqtisadi inkişafını təmin etmək. 
 
 
 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin