3.
İşgüzar fəalhğı stimullaşdırmaq üçün əlverişli şərait yaratmaq, yəni istehsal
fəaliyyətinin nəticələrinə görə istehsalçıda yüksək maddi maraq yaratmaq, kapital
qoyuluşlarını həvəsləndirmək.
Təcrübə göstərir ki, vergilər həmişə iki vəzifəni yerinə yetirir: birincisi,
dövlətə pul toplamaq, ikincisi isə pulu əlindən alınanların pulqazanma marağını
saxlamaqdır. Vergilərin tətbiqi ilə dövlətlə hüquqi və fiziki şəxslər arasında
münasibətlər yaranır. Azərbaycanda məlum 22 vergi növündən hələük bir qismi:
mənfəətdən alman vergi,
fiz
iki şəxslərdən gəlir vergisi, əmlaka görə vergi, torpaq
vergisi, sahələşdirilmiş vergi, əlavə dəyər vergisi, mədən vergisi, aksizlər və s.
tətbiq edilir.
Dünya ölkələrində vergi növləri müxtəlifdir. Almaniyada - 2, Türkiyədə -5,
Belçikada 6 növ vergi tətbiq olunur.Vergi sisteminin əsas məqsədi və
müvəffəqiyyəti onda olur ki, bərabər mənfəətə bərabər vergi prinsipi tətbiq edilsin.
Yəni istehsalçıları maraqlandırmaq, kapital axımnın ticarət kanallarından
istehsalata yönəltmək ən mühüm vəzifədir. Belə ki, işgüzar fəaliyyətinin inkişafına
kömək baxımından düzgün vergi siyasəti mühüm əhəmiyyət kəsb edir.
Vergi qanunlarına görə əlavə dəyər vergisi, aksiz vergisi, hüquqi şəxslərdən
gəlir vergisi (mənfəətdən vergi), gömrük vergisi, əhalidən vergilər və s.
Respublikanın Milli Məclisi tərəfindən müəyyən edilir.
Respublikamızda ayrı-ayrı sənaye əmtəələrinə aksiz dərəcələri tətbiq edilir.
Aksizlər əmtəənin və xidmətlərin qiymətinə daxil edilən və alıcı tərəfindən
ödənilən vergi növüdür. Aksiz vergisi bir sıra şərab məhsulları, balıq məhsulları,
təbii xəz, gön-dəri məmulatı, büllur və rəngli şüşə məmulatı, xalçalar və xalça
məmulatı, minik maşınları, tütün məmulatı, neft məhsulları, respublikadan kənara
təyyarə biletlərinin satışı və s. üzrə tətbiq edilir.
Kənd təsərrüfatı vergisini - kənd yerlərində torpaq sahəsinə malik olan
vətəndaş, təsərrüfat ödəyir.
Yerli vergi və rüsumların isə ən mühüm tərkib hissəsi tikinti və torpaq
rentasıdır.