keyfiyyətindən asılıdır. Təəssüflər olsun ki, kimya, neft-kimya, qaz sənayesi
nazirlikləri
nin
müəssisələrində çirkablı sular az təmizlənərək və bəzən heç
təmizlənmədən Xəzərə axıdılır.
Yaşayış məntəqələri və sənaye müəssisələri üçün kanalizasiya və təmizləyici
qurğuların tikilməsi, sanitariya, gigiyena və təbiətin mühafizə tədbirləri,
təmizlənmiş suyun suvarmada istifadəsinə, Bakı və Abşeronun susuzluq şəraitində
əlavə su ehtiyatının suvarma işlərinə yönəldilməsinə və bununla da şəhərin sanitar
vəziyyətini yaxşılaşdırmağa və Xəzərin təmizliyinin qorunmasına imkan verər.
Uzun illər neftçıxarma sənayesinin təsirindən Abşeron yarımadasının torpaqları
çirklənmiş, yararsız hala düşmüşdür.
Bakıda 2 sutkada bir zibil daşınması rejimi vardır. Bakı şəhər sanitar-
epidemioloji stansiyasının hesablamaları göstərir ki, 2 gün ərzində 13 min m^ zibil
toplanır. Bu qədər zibilin emalı üçün ill
i
k gücü 400 min m^ olan bir zavod vardır.
Bu isə demək olar ki, tələbatın ancaq 35-40% ödəyir və ona görə də şəhərdə
mi
n
imum 2 belə za vod tikilmişdir. İqtisadi və gigiyena nöqteyi-nəzərdən sənaye
tullantılarından maksimum istifadə və emal etmək məqsədəuyğundur. 1999-cu ildə
respublika üzrə tullantıların həcmi 30 mln tona çatmış və bunun 9 mln tonundan
istifadə olunmuşdur. Sənaye tullantıları, lazımsız tikinti materialları və milyon
hektarlarla yararlı torpaqları zəbt etmişdir. İri yaşayış məntəqələrinin heç birində
zibilxanalar üçün nəzərdə tutulan sahələrlə kifayətlənmirlər. Çox yerlərdə münbit
torpağa gərəksiz yanaşıhr, onu əkin dövriyyəsindən çıxarmağa cəhd göstərirlər.
Respublikamızın rəhbərliyi ətraf mühitin problemlərinə diqqətlə və xüsusi
qayğı ilə yanaşdığına görə əvvəlki illərdə təbiəti mühafizə və təbii ehtiyatlardan
səmərəli istifadə sahəsində qəbul olunmuş qanun və qərarlara Azərbaycan
Respublikası müstəqilliyini bərpa etdikdən sonra yenidən baxılmış və bir sıra
qanunlar qəbul edilmişdir.
Dostları ilə paylaş: