Proqramın layihəsinin işlənib hazırlanması. Bu işə bilavasitə iş icraçıları
rəhbərlik edir və əlaqələndirir. O, müxtəlif proqramların və mərhələlərin
h
azır
la
nma
sına cavabdeh olan bütün icraçıların fəaliyyətinə təşkilati və elmi-
metodiki rəhbərhyi həyata keçirir. Baş iş icraçısı ərazi proqramın icmal layihəsini
hazırlayır və sifarişçiyə təqdim edir.
4.Proqramların təsdiqi və icraçılara çatdırılması. Proqramda
nəzərdə tutulan tapşırıqlar respublikanın və regionların iqtisadi və sosial inkişafı
konsepsiyalarına daxil edilir. Konsepsiyamn işlənib hazırlanması prosesində
məqsədli proqramların regionun tələbatları və resursları ilə tam
əlaqələndirilməsi prosesi həyata keçirilir. Ərazi kompleks proqramların
konsepsiyaya daxil edilməsi bir tərəfdən onun göstəricilərinin əksəriyyətinin
proqram bölgüdə formalaşmasını, digər tərəfdən isə hər bir proqram üzrə
müxtəhf təkhflərin hazırlanmasını göstərir.