Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


Ərazi büdcələrin gəlirləri və xərcləri



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə52/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   48   49   50   51   52   53   54   55   ...   90
YourFileName

        5.4.Ərazi büdcələrin gəlirləri və xərcləri 
 
 
Ərazi  hakimiyyət  orqanlarının  maliyyə  bazası  onların  büdcələridir.  Bu 
orqanlara  verilən  büdcə  və  əmlak  hüquqları  onlara  öz  büdcələrini  təşkil  etməyə, 
müzakirə  etməyə,  təsdiq  və  həyata  keçirməyə,  öz  ixtiyarında  olan  müəssisələri 
idarə etməyə və onlardan gəlir götürməyə imkan yaradır. 
Ərazi büdcələr vasitəsilə ümumi istehlak fondları əhalinin ayrı- ayrı qrupları 
arasında  bölüşdürülür.  Bundan  başqa  bu  büdcələrdən  müəyyən  hüdudlar 
çərçivəsində  istehsal  sferası  sahələrinin  inkişafı,  habelə  yerh  və  yeyinti  sənaye 
sahələrini,  ko
mm
unal  təsərrüfatı,  həmçinin  əhahnin  yaşayışı  üçün  vacib  olan 
məhsulların və xidmətlərin həcmi mahyyələşdirilir. 
Ərazi  büdcələrin  iqtisadi  mahiyyəti  onların  təyinatında  özünü  büruzə  verir. 
Onlar aşağıdakı funksiyaları yerinə yetirirlər: 

ərazi hakimiyyət orqanlarımn fəaliyyətinin maliyyələşməsini təmin edən pul 
fondlarım formalaşdırmaq; 

bu fondları xalq təsərrüfatı sahələri arasında bölüşdürmək və istifadə etmək

ərazi  hakimiyyət  orqanlarımn  tabeliyində  olan  müəssisə,  idarə  və 
təşkilatların mahyyə-təsərrüfat fəahyyətləri üzərində nəzarət etmək. 
Ümumdövlət  iqtisadi  və  sosial  müəssisələrinin  fəaliyyətinin  hə  yata 
keçirilməsində,  ilk  növbədə  cəmiyyətin  sosial  infrastrukturunun  saxlanılması  və 
inkişafında, dövlət vəsaitləri
n
in bölüşdürülməsində ərazi büdcələri əhəmiyyətli rol 
oynayır. 
İstehsal  olunan  nemətlərin  bölüşdürülməsi  və  əhaliyə  çatdırılması  əsasən 
büdcə  sistemi  vasitəsilə  həyata  keçirilir.  Məlum  olduğu 
kimi
  ictimai  istehlak 


  
fondlarının  əsas  hissəsi  büdcə  vasitəsi  ilə  formalaşır.  Dövlətin  sosial  siyasətini 
həyata  keçirmək  üçün  böyük  material  və  maliyyə  resusrları  lazımdır.  Əhaliyə 
sosial  xidmət  göstərən  tədbirlərin  maliyyələşməsinin  əsas  hissəsi  bu  büdcələrin 
vəsaitləri hesabına aparılır. 
Xüsusi  və  ya  təhkim  edilmiş  gəlirlər  büdcə  hüququ  subyektinə  malik 
vəsaitləri özündə əks etdirir. Yəni bu vəsait tam və ya möhkəm təsbit edilmiş pay 
şəklində yuxarı büdcələrə toxunmayaraq, uyğun büdcələrə dəyişməz əsaslarla daxil 
olur.  Xüsusi gəlirlərin  əsasını  yerh  vergilər  və  yığımlar,  daimi  əsaslarla  möhkəm 
pay  kimi  ərazi  büdcələrə  verilən  dövlət  və  regional  büdcələrin  vergilərindən 
köçürmələr təşkil edir. 
Tənzimləyici  gəlirlərə  yuxarı  büdcələrdən  aşağı  büdcələrə  öz  gəlir  və 
xərclərini  tənzimləmək  məqsədilə  verilən  pul  vəsaitlərinin  məcmun  daxildir.  Bu 
qeyd  olunmuş  məqsədləri  həyata  keçirmək  üçün  istifadə  olunan  bütün  maliyyə 
resusrlarıdır,  daha  doğrusu,  yuxarı  büdcələrdən  qarşılıqlı  hesablaşma  yolu  ilə 
alı
n
an  vəsaitlər,  dövlət  və  regional  vergilərdən  ayrılan  faizlər,  dotasiyalar, 
subvensiyalar, dövlət və regional maliyyə yardımı fondlarından regionlara kömək 
üçün  alınan  vəsaitlər,  nəhayət  yuxarı  hakimiyyət  orqanlarından  aşağı  orqanlara 
hüquqi  akt,  sərəncam,  qətnamə,  qərar  əsasında  verilən  vəsaitlərdir.  Vəsait  ya 
əvvəlcədən,  yəni  planlaşdırılmış  il  başlamamışdan  tənzimləmə  planı  və 
planlaşdırılmış  ilin  büdcəsi  haqqında  qanunvericilik  akta  əsasən,  ya  da  yuxarı 
sərəncamverici  və  icraedici  orqanların  göstərişi  üzrə  büdcənin  həyata  keçirilməsi 
prosesində verilir. 
Tənzimləyici  gəlirlərin  ərazi  büdcələrinin  ümumi  sxemini  aşağıdakı  kimi 
təsvir etmək olar: 
 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin