Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


 Regionda ekoloji problemlərin tənzimlənməsi xüsusiyyətləri



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə87/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   82   83   84   85   86   87   88   89   90
YourFileName

8.3. Regionda ekoloji problemlərin tənzimlənməsi xüsusiyyətləri 
 
 
Ekoloji məsəbbr qlobal xarakter daşısa da regional səviyyədə daha aktualdır. 
Belə ki, ekoloji məsələləri müəyyən edən bir çox praktiki tədbirlər tamamilə lokal 
xarakter daşıyır. 
Respublikamızda təbiəti mühafizə tədbirləri üçün çəkilən xərclərin göstəricisi 
keçmiş  İttifaq  səviyyəsindən  2  dəfə  geri  qalırdı.  Bunun  əsas  səbəbi  Azərbaycan 


  
xalq təsərrüfatı kompleksinin 90-95%-ni təşkil edən keçmiş İttifaq tabeliyində olan 
müəssisə rəhbərlərinin ərazinin ekoloji tənzimliyinə olan biganəliyi idi. 
Təbiətin  mühafizəsi  üçün  nəzərdə  tutulan  vəsaitin  milli  gəlirin  həcminə 
nisbəti  vacib  iqtisadi  göstəricilərdən  biridir.  Respublikamızda  bu  göstərici  cəmi 
0,45%  təşkil  edir  (müqayisə  üçün  qeyd  edək  ki,  ABŞ-da  bu  göstərici  4,5%, 
Yaponiyada daha çox təşkil edir). 
Azərbaycanda  ekoloji  şəraitin  olduqca  acınacaqlı  olması  təbiətin  qorunması 
üçün  daha  çox  vəsait  tələb  edir.  Bunu  Azərbaycanda  ətraf  mühiti  çirkbndirən  və 
ekoloji  cəhətdən  təhlükəli  olan  sənaye  obyektlərinin  (neftçıxarma,  neft-kimya, 
kimya-energetika)  olması  və həmin  obyektlərin bir  neçə  zonada  (Bakı, Sumqayıt, 
Gəncə,  Şirvan)  cəmlənməsi  ilə  izah  etmək  olar.  Şəhər  əhalisi
nin
  hər  bir  nəfərinə 
düşən zərərli maddələrin miqdarına görə yuxarıda adları çəkilən şəhərlər ən çirkli 
yaşayış məntəqələri sırasındadır. Vacib məsələlərdən biri də Azərbaycan ərazisinin 
qonşu respubhkalarm ekoloji təsiri altında olmasıdır. Birbaşa Kürə və Araza və ya 
onların  qollarına  axıdılan  çirkab  və  müxtəlif  zəhərli  maddələr  Azərbaycanın 
ərazisinə, onun torpağına, suyuna, bitki aləminə, insan orqanizminə daxil olur. Bu 
isə ekoloji tədbirlərin planlaşdırılmasmm ərazi əlaqələri əsasında aparılmasım tələb 
edir. Təəssüf ki, bu barədə hələ indiyə kimi heç bir konkret tədbir görülməmişdir. 
Neft,  neft-kimya,  neft-maşınqayırma,  kimya  və  s.  kimi  mürəkkəb  sənaye  sahələri 
üstünlük  təşkil  edən  respublikanın  ən  çox  çirklənməyə  məruz  qahmş  Abşeron 
iqtisadi rayonudur. Abşeron iqtisadi rayonunda ətraf mühitin mühafizəsi problemi 
Bakı  və  Sumqayıt  şəhərləri  ilə  bağlı  olduğundan  onun  sanitar  vəziyyətini  bu 
şəhərlər  müəyyən  edir.  Məsələn,  Bakı  Neftayırma  zavodunda  62  çirkləndirici 
mənbədən  təkcə  4-də  təmizləyici  qurğu  tikilmişdir.  Bu  istehsalın  səmərəliliyinin 
aşağı olması ilə əlaqədardır və nəzarətedici orqanlar tərəfindən tutulan cərimələrlə 
kifayətlənirlər.  Tutulan  məbləğlərin  miq  darı  həmin  müəssisənin  ətraf  mühiti 
çirkləndirmə dərəcəsindən ciddi şəkildə asılı olmalıdır. Təbiəti mühafizə fonduna 
verilən  məbləğləri  təkcə  müəssisənin  gəhrindən  deyil,  onun  nazirliyə  keçirdiyi 
məbləğdən  də  çıxmaq  lazımdır,  çünki  bu  zaman  nazir
li
k  özü  müəssisələrin 
tullantılarının azalmasında maraqlı olacaqdır. 
Ətraf  mühitin  çirklənməsi  və  müəssisələrdə  əməyin  sanitariya-  gigiyena 
şəraitinin pislənməsi, xəstəhklərin və kadr axıcıhğımn artmasına gətirib çıxarır ki, 
bu da iş vaxtı  itkisinə  səbəb  olur  və istehsa
lın 
səmərəliliyinə  mənfi  təsir  göstərir. 
Son  illər  çirkab  suların  ümumi  həcminin  artması  ilə  əlaqədar  Abşeronun  ekoloji 
gərginliyi  daha  da  artmışdır.  Çünki  respubhkada  ən  çox su işlədən sənaye  rayonu 
Bakı şəhəridir. 1998-ci ildə şəhər üzrə 1074 
mln
  m^  su işlədilmişdir. Qeyd  etmək 
lazımdır  ki,  Bakı  şəraitində  mexaniki  təmizləmə  sənaye  və  şəhər  təsərrüfatı 
tullantılarında olan qarışıqların neytrallaşdırıhnası və tam tə
mi
zlənməsi üçün heç də 
səmərəh  üsul  deyildir.  Çünki  laboratoriya  tədqiqatları  göstərir  ki,  belə 

miz
ləmədən  sonra  çirkab  suların  tərkibində  çoxlu  miqdarda  neft  və  neft 
məhsulları, üzvi maddələr, fenollar, mineral turşular, mis, sink olur. 
Xəzər  dənizinə  axıdılan  çirkab  sularını  tam  tə
mi
zləmək  üçün  sənaye 
müəssisələrində  lokal  təmizləyici  qurğuların  işinin  səmərəhhyi-  nin  artırılması, 
ohnayan  yerlərdə  isə  onların  təcili  tikintisi  və  təc
hizi 
vacibdir.  Çünki  ümumşəhər 
təmizləyici  stansiyalarının  normal  və  səmərəli  istismar  olunması  və  çirkab 
sularımn  Xəzər  hövzəsinə  axıdıl-  masmm  qarşısının  alınması  sənaye 
müəssisələrindəki  lokal  təmizləyici  stansiyalarında  çirkabların  tə
mi
zlənməsi 


  
keyfiyyətindən  asılıdır.  Təəssüflər  olsun  ki,  kimya,  neft-kimya,  qaz  sənayesi 
nazirlikləri
nin 
müəssisələrində  çirkablı  sular  az  təmizlənərək  və  bəzən  heç 
təmizlənmədən Xəzərə axıdılır. 
Yaşayış məntəqələri və sənaye müəssisələri üçün kanalizasiya və təmizləyici 
qurğuların  tikilməsi,  sanitariya,  gigiyena  və  təbiətin  mühafizə  tədbirləri, 
təmizlənmiş suyun suvarmada istifadəsinə, Bakı və Abşeronun susuzluq şəraitində 
əlavə su ehtiyatının suvarma işlərinə yönəldilməsinə və bununla da şəhərin sanitar 
vəziyyətini  yaxşılaşdırmağa  və  Xəzərin  təmizliyinin  qorunmasına  imkan  verər. 
Uzun  illər  neftçıxarma  sənayesinin  təsirindən  Abşeron  yarımadasının  torpaqları 
çirklənmiş, yararsız hala düşmüşdür. 
           Bakıda  2  sutkada  bir  zibil  daşınması  rejimi  vardır.  Bakı  şəhər  sanitar-
epidemioloji stansiyasının hesablamaları göstərir ki, 2 gün ərzində 13 min m^ zibil 
toplanır. Bu qədər zibilin emalı üçün ill
i
k gücü 400 min m^ olan bir zavod vardır. 
Bu  isə  demək  olar  ki,  tələbatın  ancaq  35-40%  ödəyir  və  ona  görə  də  şəhərdə 
mi
n
imum  2  belə  za  vod  tikilmişdir.  İqtisadi  və  gigiyena  nöqteyi-nəzərdən  sənaye 
tullantılarından maksimum istifadə və emal etmək məqsədəuyğundur. 1999-cu ildə 
respublika üzrə tullantıların həcmi 30 mln tona çatmış və bunun 9 mln tonundan 
istifadə  olunmuşdur.  Sənaye  tullantıları,  lazımsız  tikinti  materialları  və  milyon 
hektarlarla  yararlı  torpaqları  zəbt  etmişdir.  İri  yaşayış  məntəqələrinin  heç  birində 
zibilxanalar üçün nəzərdə tutulan sahələrlə kifayətlənmirlər. Çox yerlərdə münbit 
torpağa gərəksiz yanaşıhr, onu əkin dövriyyəsindən çıxarmağa cəhd göstərirlər. 
          Respublikamızın  rəhbərliyi  ətraf  mühitin  problemlərinə  diqqətlə  və  xüsusi 
qayğı  ilə  yanaşdığına  görə  əvvəlki  illərdə  təbiəti  mühafizə  və  təbii  ehtiyatlardan 
səmərəli  istifadə  sahəsində  qəbul  olunmuş  qanun  və  qərarlara  Azərbaycan 
Respublikası  müstəqilliyini  bərpa  etdikdən  sonra  yenidən  baxılmış  və  bir  sıra 
qanunlar qəbul edilmişdir. 
 
 
 
 
 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin