Cari aktivlər :
- Nağd pullar və bank depoziti
- Debitor hesabları (ümidsiz borcların silinməsi üçün ehtiyatlar)
- Digər qısa müddətli veksellər və debitor hesabları
- Mal ehtiyatları xammal, başa çatdırılmamış istehsal, hazır məhsullar və istehsal
üçün digər lazım olan vəsaitlər
Qısa müddətli öhdəliklər:
-Kreditorlara verilməsi üçün hesablar
-Veksellə ödəniş
-Ödəmə müddəti çatmışlar üzrə ödənişlər, istiqrazlar və digər uzunmüddətli
öhdəlik-lər, hansı ki, onların ödənməsi cari ildə başlayır
-Dividentlər, hansı ki, səhmdarlar nağd pulla ödəməyə məcburdurlar
Beləliklə, menecmentin funksiyası mal dövriyyəsinin cari edilməsi üç
vəzifənin həll edilməsinə səbəb olur: pul vəsaitlərinin daxil olmasını
sürətləndirmək; kredit verənlərlə hesab vaxtının uzadılması; azad olmuş malın
yerinə mal qoyulması.
2.Françayzinq
Françayzinqin əsl çiçəklənməsi 1850- ci illərə təsadüf edir. Bu illər bir sıra iri
şirkətlər, məsələn, «Zİnger» öz məhsullarının bütün ABŞ-ın ərazisində satılması
hüququnu kiçik biznesə həvalə edir. O vaxtlar paltartikən maşınları mağazadan
almırdılar və istehsalçı - «aqressiv» satışa əl atırdı. Satıcı alıcının evinə gəlir, malın
üstünlüklərini əyani surətdə nümayiş etdirirdi. Nə qədər ki, «Zinger» şirkətinin
kommivoyajer (vasitəçi) tutmağa maddi imkanı yox idi, onun sahibi müəyyən
ərazidə paltartikən maşınların satış hüququnu (dilerlərə) müstəqil satıcılara satmağı
qərarlaşdırdı. Diler bir paltartikən maşın üçün şirkətə 60 dollar ödəyir, özü isə 125
dollara satırdı. Bunun sayəsində bir neçə il ərzində yüzlərlə diierlər varlandılar.
«Ceneral Motors» şirkəti də bundan geri qalmayan françayzinq sistemi yaratdı. Hal-
hazırda ABŞ-da ümum milli məhsulun 13%-i françayzinq şəbəkələri ilə yaradılır.
ABŞ ticarət nazirliyinin məlumatına əsasən françayzinq sistemi ilə işləyən
şirkətlərin əmtəə və xidmət satışı son 12 il ərzində hər ay 10% artır.
Öz mahiyyəti etibarı ilə françayzinq qarşılıqlı bir tərəfdən (əmtəə və xidmət
bazarında parlaq ifadə olunmuş imic və şöhrətə malik şirkət) o biri tərəfə (şirkət və
ya fərdi mülkiyyət sahibkarları) öz vasitələrinin istehsal etdiyi fərdiləşmiş əmtəəni,
görülən işi və göstərilən xidməti (əmtəə nişanı və ya firma üslubu xidmət nişanı)
biznesin aparılması texnologiyası və başqa kommersiya məlumatları əvəzli təhvil-
təslim edir ki, bu da o tərəfin əmtəə bazarında böyüməsini və möhkəm yer tutmasını
təmin edir. Verən tərəf biznesin dirçəiməsinə təsir etməyi, texniki və məsləhət
köməyini göstərməyi öhdəsinə götürür. Françayzinqdə aşağıdakı əsas əlamətlər və
xüsusiyyətlər xarakterikdir:
- Françayzinq iki tərəfin «Françayzer» və «Françayzi» arasındakı saziş şərtlərini əks
etdirir.
- Françayzer müstəsna hüquqlara malik olur: əmtəə nişanı, firma üslubu, patent,
ideya, müəllif hüquqlarına və başqa bu kimi hüqulara malik olur. Rusiya
terminalogiyasına görə françayzer hüquqa malik olan deməkdir.
- Françayzer hüquqa malik olmaqla, müəyyən şətlər daxilində öz hüquqlarını
françayziyə verir. Françayzi öz fəaliyyətini Françayzerin əmtəə nişanı altında aparır.
Əmtəə bazarında (iş və xidmət) onun ad-sanından istifadə edir, öz üslubunu
Françayzer ilə eyniləşdirir.
- Françayzer tək halda çıxış edir, sazişdə işləyən hüquqla təmin olunmuş
Françayzilər bir neçə dənə ola bilər, daha dəqiq mahiyyətcə eyni metodla işləyən
şəbəkələrdir. Françayzinq sazişi yüksək etikalı iş münasibətlərini əks etdirib,
piramida formalı münasibətləri istisna edir, yəni distribüter şəbəkələrinin
genişlənməsinə və satışına imkan verilmir. Françayzinqin mahiyyəti öz biznesini
aparmaq, şəbəkələrin mahiyyəti - şəbəkə hissələrinin satışı və daha çox iştirakçının
cəlb olunmasıdır.
- Françayzer, françayzinin uğurlu biznesini təmin etmək üçün müxtəlif formalarla
dayaq göstərir, françayzinin iqtisadi və hüquqi müstəqilliyinə xələl gətirmədən onun
bazar öz fəaliyyətini idarə etmək hüququndan istifadə edir.
- Françayzerin hüququndan istifadə və göstərdiyi dəstəyə görə françayzi bütün
haqları ödəyir.
- Françayzer sazişi fərdi xarakter daşıyıb, fəaliyyət şərtlərindən, françayzerin
yürütdüyü siyasətdən asılı olur və başqa sistemlərə tiraclanmır.
Qarşılıqlı inam - müvəffəqiyyətin əsasıdır. Françayzi dəqiq bilməlidir ki,
yüksək keyfiyyətli mal, yüksək keyfiyyətli xidmət həyata keçirir və ona görə də
professionaldır, rəqabət aparmaq qabiliyyətindədir. Əmtəə və xidməti
təkmilləşdirməklə françayzer təkcə nail olduğu bazar seqmentini saxlamaq üçün
deyil, həmçinin inamı uğrunda da mübarizə aparır.
Nə qədər ki, françayzerin əsas məqsədi satışın həcmini artırmaqdır,
şəbəkələrin effektiv reklamla təhciz olunması vacib funksiyalardan biri sayılır.
İki kriteriyə görə françayzinin bir neçə müxtəlif növünün təsnifatı mövcuddur:
1) Françayzer françayziyə satış üçün əmtəəni hansı şəkildə təqdim edir, yəni əmtəə
istehsalı hansı mərhələdə françayzinin əlinə keçəcəyinin təyin edilməsinə görə;
2) Françayzer və françayzi arasındakı münasibət nə cür qurulacaq, daha doğrusu
franşiza müştərisinə hansı güzəştlərin təqdimatına görə.
Birinci kriteriyə tarix boyu bir-birini əvəz edən dominant forma kimi əmtəə,
istehsal, işgüzar françayzinq aid edilir.
Dostları ilə paylaş: |