Əlavə kapital - bu bütün il ərzində aşağıdakı kanallar üzrə müəssisəyə daxil
olan, müəssisənin şəxsi vəsaitinin pul fondudur:
- Yenidən qiymətləndirmə nəticəsində əsas fondun dəyərinin artımı;
- Aksiyalanın öz nominal dəyərindən artıq qiymətə satışından gələn gəlir (qiymətli
kağızların buraxılış gəliri);
- İstehsalat məqsədi ilə havayı əldə edilən pul və material sərvətləri.
Əlavə kapital müəssisə tərəfindən nizamnamə kapitalının artırılmasında və
ziyanların ödənməsində istifadə oluna bilər. Ehtiyat kapitalı - SC nizmamnaməsi
vasitəsilə təyin olunmuş, lakin nizamnamə kapitalının 15%-dən az olmamaqla
müəssisənin pul fondudur. Onun yaradılması üçün müəyyən həddə çatana qədər hər
il müəssisənin xalis gəlirindən 5% tutulur.
Yığım fondu - istehsalatı inkişaf etdirmək üçündür. O xalis gəlirdən yaradılır.
Müəssisə bu fonddan dövriyyə vəsaitinin artırılmasını təmin və kapital qoyuluşunu
maliyələşdirir. O həmçinin müəssisənin nizamnamə kapitalının artması üçün
mənbədir. Belə ki, istehsalatın inkişafını qoruyan vəsait müəssisənin mülkiyyətini
artırır.
Tələbat fondu - müəssisənin xalis gəlirindən yaradılan, müəssisə işçilərinin
maddi tələbatını ödəməyə yönəldilmiş, qeyri-istehsal sahələrini maliyyələşdirən,
kompensasiya xarakterli ödənişlərə sərf olunan pul vəsaitidir.
Valyuta fondu - yalnız xaricə məhsul göndərməkdən valyuta əldə edən və
xarici əməliyyatlar üçün valyuta alan müəssisələrdə yaradılır. Maliyyə ehtiyatlan -
bu müəssisənin geniş surətdə təkrar istehsalını sərf olunan xərcləri ödəmək və
maliyyə öhdəliklərini yerinə yetirmək üçün təyin olunmuş xaricdən daxil olan pul
və gəlir formasındakı pul vəsaitinin cəmidir. Maliyyə ehtiyatlan, xarici və daxili
bölmələrə ayrılan iki müxtəlif mənbədən yaradılır. Daxili mənbələr şəxsi xüsusi
vəsait və təsərrüfatın nəticələri ilə əlaqədar ona bərabər vəsaitlər hesabına yaradılır.
Xarici - müəssisə xaricdən daxil olan ehtiyatlar hesabına əmələ gəlir. Xarici və daxili
mənbələrdən daxil olan maliyyə ehtiyatlarının tərkibi cədvəl 15.2-də verilmişdir.
Cədvəl 15.2
Xarici və daxili mənbələrdən daxil olan maliyyə ehtlyatlannın tərkibi
Müassisənin maliyya ehtiyatları
Daxili mənbələr
Xaricı mənbələr
-Öz şaxsi
vəsaitindən
əmələ gələnlər
-Əsas
fəaliyyətdən
gələn qazanc
-NİR tərəfindən
yerinə yetirilən
işlərdən gələn
qazanc və başqa
məqsədli
gəlirlər -
Realizədən
kənar gəlirlər
-Onlara
barabərləşdirllmış
vəsait hesabına
əmələ gələnlər
- Amortizasiya
tutulmaları
-Çıxmış
mülkiyyətin
realizasiyasından
əldə edilən pul
-Davamlı passivlər
-Məqsədli
daxilolmalar
-Maliyyə
bazarında yığım
-Məxsusi
qiymətli
kağızların
satışından alınan
vəsait (səhm,
istiqraz və s.)
-Kredit
investisiyası
-Yenidən
bölüşdürmə
qaydası ilə daxil
olan pul -Riskə
görə sığorta
yerləşdirmələri
-Sığorta
vəsiqələrinin və
girov
şəhadətnamələrinin
satışından
-Büdcə kreditləri
-maddi yardımlar
subvensiya
(dövlətin təsərrüfat
üçün yardımı)
Maliyyə menecmenti - firmanın maliyyə-təsərrüfat fəaliyyətinin müasir
metodlar əsasında idarəetməyə yönəldilmiş bir fəaliyyət növüdür. Maliyyə
menecmenti kapitaldan daha effektiv istifadə edilməsi və maksimum mənfəət
alınması məqsədilə maliyyə axınlarının idarə olunmasını təşkil edir.
Sahibkar işə başlamaq üçün hər şeydən öncə maliyyələşdirmə mənbəyi
haqqında məsələni həll etməlidir. Biznesin uğurlu inkişafı onun maliyyələşdirmə
imkanlarından, yəni işin açılması və təşkili mərhələsində lazım olan əsas kapitaldan
və sonradan müəssisənin cari fəaliyyətinin həyata keçirilməsi və maliyyələşdirilməsi
üçün dövriyyə kapitalından çox asıldır. Bu problemin həllinə aşağıdakı məsələlərin
dərk edilməsindən başlamaq lazım gəlir:
1. Hansı məqsəd üçün və hansı dövrə (qüsamüddətli, yaxud uzunmüddətli) maliyyə
resursları tələb olunur?
2. Nə vaxt və nə qədər pul vəsaiti lazımdır?
3. Firma çərçivəsində lazımi vəsaiti axtarmaq olarmı, yaxud başqa mənbələrə
müraciət etmək lazımdırmı?
4. Qoyulan vəsaitin qaytarılmasını və gəlirin alınmasını nə vaxt gözləmək olar?
Mümkün variantların hamısını ətraflı öyrəndikdən sonra maliyyə resurslarının
alınmasının ən sərfəli mənbəyini seçmək lazımdır.
Maliyyələşdirmə mənbələri adətən iki kateqoriyaya bölünür: xüsusi və borc.
Xüsusi vəsaitlərə aiddir: şəxsi vəsait, tərəfdaşların vəsaiti, mənfəət,
amortizasiya, aktivlərin və səhmlərin satışından alınan vəsait, debitor borcları. Borc
vəsaitlərinə aiddir; qohum və dostların köməyi, bank krediti, malgöndərənlərin
krediti, sığorta ödəmələri. Hökümətin maliyyə dəstəyi, vençur kapitalı və s.
Maliyyə menecmenti özündə cəmləşdirir:
- Müxtəlif maliyyə alətlərindən istifadə edərək firmanın maliyyə siyasətinin işlənib
hazırlanması və realizə edilməsi;
-Firmaların maliyyə hesabatının təhlili və tərtibi yolu ilə informasiya təminatı;
- İnvestisiya layihələrinin qiymətləndirilməsi və investisiya portfelinin yaradılması;
- Kapital xərclərinin qiymətləndirilməsi;
- Maliyyə planlaşdırılması və nəzarət;
- Firmanın maliyyə-təsərrüfat fəaliyyətinin idarəetmə aparatının təşkili.
Firmanın maliyyə vəziyyətinin ödəmə qabiliyyətlilik və sabitlik göstəriciləri:
1. xüsusiyyətçitik əmsalı
2. borc kapitalının əmsalı
3. maliyyə asılılıq əmsalı
4. ödəmə əmsalı.
Firmanın ödəməqabiliyyəti - qısa və uzunmüddətli öhdəliklərin vaxtında, öz
şəxsi aktivləri hesabına yerinə yetirilmə xüsusiyyətidir. Firma o vaxt
ödəməqabiliyyətli hesab olunur ki, onun ümumi aktivləri xarici öhdəlikləri ötsün
(keçsin), ödəməqabitiyyətliliyin səviyyəsi firmanın aktivinə öz vəsaitlərini qoymuş
investisiya qoyan və kredit verənlərin maraqlarının müdafiəsi ilə xarakterizə olunur.
O, adətən, %- lə ifadə olunur. Yüksək əmsallı ödəməqabiliyyətlilik minimal
maliyyə riskinə zəmanət verir və xarici mənbələrdən gələcəkdə daha çox xeyirli
kapital cəlb olunmasına imkan verir.
Firmanın maliyyə vəziyyətinin ödəməqabiliyyətlilik və sabitliyinin əsas
göstəricilərinə aiddir: - mülkiyyətçilik əmsalı; - borc kapitalı əmsalı; - maliyyə
asılılığı əmsalı; - ödəmə əmsalı.
1.Mülkiyyətçilik əmsalı (şəxsi vəsait əmsalı)=
xüsusi kapital
xarici öhdəliklər (qısa müddətli və uzunmüddətli)
2.
Borc kapitalı əmsalı=
dövriyyə aktivləri
borc kapitalı
Əgər firmanın dövriyyə aktivlərinin dəyəri firmanın bütün borclarını örtürsə,
onda ödəməqabiliyyətliliyin yüksək olduğuna zəmanət verilir. Belə ki, o, borc
kapitalını ötür.
3.
Maliyyə asılılığı əmsalı=
şəxsi kapital+uzun müddətli öhdəliklər
balans valyutası
4. Ödəmə əmsalı=
% və vergi ödəmələrinədək alınan gəlir
% ödəmələri üzrə xərclər
Firmanın bir hesabat ili ərzində istiqraz və borc üzrə % ödəmələri üçün hansı
vəsaiti nəzərdə tutduğunu göstərir.
Maliyyə təhlili zamanı istifadə edilən əsas iqtisadi göstəricilər aşağıdakılardır:
a) Ümumi likvidlik əmsalı =Cari aktivlər/Cari öhdəliklər
Cari öhdəliklərə - qısamüddətli kreditlər və passivlər (kredit borcları). Cari
aktivlərə - isə pul vəsaitləri və ehtiyatlar daxildir. Bu göstərici firma və şirkətlərin
öz aktivləri ilə öhdəliklərini örtə bilmə qabiliyyətinə malik olmasını göstərir.
b)
Firma və şirkətlərin maliyyə sabitliyi. Maliyyə sabitliyi hər bir
müəssisə, firma və şirkət üçün çox mühüm bir göstəricidir. Göstəricini
qiymətləndirmək üçün maliyyələşmə əmsalından istifadə edilir. Maliyyələşmə
əmsalı hesablanarkən, mövcud qaydaya görə, bankın müəssisəyə ssuda formasında
verdiyi vəsaitə görə, onun xüsusi vəsaiti müəyyən edilir.
Maliyyə əmsalı = Xüsusi vəsait/Bank vəsaiti
Maliyyə sabitliyinin təmin edilməsində firmaların cari tələbatını ödəmək üçün
cari aktivlərin həcminin minimuma endirilməsi, ümumi dövriyyə vəsaitlərindən
firmaların öz dövriyyə vəsaitinin xüsusi çəkisinin artmasının böyük əhəmiyyəti
vardır. Müəssisənin öz xüsusi dövriyyə vəsaiti ümumi dövriyyə vəsaitlərindən
qısamüddətli öhdəlikləri çıxmaqla müəyyən edilir. Ümumi dövriyyə vəsaitləri
dedikdə, xammal, material ehtiyatları, debitor borclar, verilmiş avans nəzərdə
tutulur. Qısamüddətli öhdəliklər isə qısamüddətli kreditlər, kredit borcları, alınmış
avanslar nəzərdə tutulur.
c) Satışın rentabelliyi. Satışdan əldə edilən qazanc, əməliyyatlar mənfəəti,
əməliyyatlardan kənar mənfəət gəlir və zərər, xalis mənfəət və başqa
göstəricilərlə bağlıdır.
Satışın rentabelliyi əmsalı = əməliyyatlar mənfəəti/ satış qazancı.
Bu əmsal xərclər ödənildikdən sonra hər manat satılan məhsul satılan
məhsul üçün firmanın əməliyyatlar mənfəəti məbləği əldə etdiyini göstərir.
Məhsulun maya dəyəri artır maya dəyəri azalır. Bu baxımdan xərclərin
satışındakı xüsusi çəkisinin müqayisəli halda təhlili çox vacibdir. Yəni ayrı-ayrı
məhsullar üzrə.
d) Aktivlərin rentabelliyi. Bu müəssisə və şirkətlərin əsas fəaliyyətini
səciyyələndirən ən vacib kompleks göstəricisidir. Bu göstərici hər manat aktivin
mənfəət gətirmə dərəcəsini səciyyələndirir.
Aktivlərin rentabelliyi = Əməliyyatlar mənfəəti/ Aktivlərin orta
məbləği
Aktivlərin rentabelliyi = Satış rentabelliyi x Aktivlərin dövrəliyi.
Aktivlərin rentabelliyinin pisləşməsinin əsas səbəbləri satış rentabelliyinin
və aktivlərinin dövriyyəsinin azalmasıdır. Aktivlərin dövriyyəsi əmsalındakı
pisləşmə halları satışın həcminin azalması ilə şərtləşərsə, bu zaman müəssisə öz
marketinq fəaliyyətində bir çoxu. Yolu kimi məhsul çeşidi və qiymət siyasətini
nəzərdən keçirməlidir. Burada aktivlərin miqdarının azalması mühüm əhəmiyyət
kəsb edir. Aktivlərin miqdarının azalması dedikdə, lazımsız avadanlıqların, qeyri-
istehsal aktivlərin balansdan çıxarılması, debitor borlarının azalması və material-
xammal qalığı ehtiyatlarının azalması nəzərdə tutulur.
e) Xalis aktivlərin rentabelliyi Maliyyə menecmenti baxımından Xalis
aktivlərin rentabelliyi, xalis aktivlərin dövrülüyü çox vacibdir.
Xalis aktivlərin rentabelliyi = Əməliyyatlar üzrə mənfəət/ Xalis
aktivlər.
Xalis aktivlərin dövrülüyü =
Firma və müəssisənin fəaliyyətinin səmərəliliyi baxımından xüsusi kapitalın
rentabelliyinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Xüsusi kapitalın rentabelliyi = Xalis mənfəət/Xüsusi kapital.
Bu göstərici müəssisənin öz xüsusi kapitalına əldə etdiyi mənfəəti
səciyyələndirir. Səhmdar cəmiyyətlər üçün öz kapitallarının rentabelliyini müəyyən
etmək daha önəmlidir, çünki onların maliyyə, istehsal, satış üzrə fəaliyyətini bütün
hallarda bank kreditləri hesabına yaxşılaşdırmaqdır. Əgər bank kreditlərinin faiz
dərəcələri müəssisənin xalis aktivlərindən yüksək olarsa, bu zaman həmin
kreditlərin kapitalının strukturunda xüsusi çəkisinin artması onların maliyyə
vəziyyətinin sabitliyinə mənfi təsir edər və xüsusi kapitalın rentabelliyi aşağı düşər.
Bir qayda olaraq maliyyə mənbələri əsasən iki qrupa bölünür(cədvəl
15.3).
Cədvəl 15.3
Maliyyə mənbələri
Xüsusi
Əldə edilmiş
1. Şəxsi vəsait
2. Partnyorların vəsaiti
3. Gəlirlər
4. Amortizasiya
5. Aktivlərin satışı
6. Səhmlərin satışı
7. Debitor borclar
1.Qohumlar və dostlar
2. Bank kreditləri
3. Malgöndərəntərin krediti
4. Sığorta ödəmələri
5. Hökümət proqramı
6. Aktivlər altı kreditlər
7. Vençur kapitalı
Maliyyə, pul axını səmərəli idarə edilməsi üçün mal dövriyyəsinin optimal
ölçüsünün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əldə kifayət qədər
nağd pul olmadıqda müəssisəni müflisləşməyə gətirib çıxara bilər və ya əksinə nə
qədər tez firma inkişaf edərsə bir o qədər nağdsız pul qalma ehtimalı azalar. Həddən
çox dövriyyə vəsaitinin toplanması da uğurlu göstərici hesab oluna bilməz. Belə ki,
malın tədricən «ölməsinə» səbəb olur və onun istifadəsinin səmərəsini aşağı salır.
Mal dövriyyəsi cari fəallar və qısa müddətli öhdəçilik arasındakı fərqə
bərabərdir.
Maliyyə işinin səmərəli idarə edilməsi onu da nəzərdə tutur ki, müəssisənin
öz borclannı ödəmə vaxtı onun debitorlarının borclarını ödəmə vaxtından qabaq
olsun.
Dostları ilə paylaş: |