Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə24/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   20   21   22   23   24   25   26   27   ...   115
C fakepathmuhazire esas (1)

 


 
1) bilavasitə təsir göstərənlər və 2) dolayı təsir göstərənlər. 
I. 
Bilavasitə təsir göstərən amillərə aşağıdakıları aid etmək olar: - 
istehsalçılar (təminatçılar, mal göndərənlər); -kadrlar (əmək ehtiyatları); -
tələbatçılar (istehlakçılar); -rəqiblər; -həmkarlar ittifaqları; -qanunlar və 
dövlət orqanları və s. 
II. 
II. Dolayı təsir amilləri isə aşağadakılardır: -iqtisadi vəziyyət; -siyasi 
vəziyyət; - sosial vəziyyət; -beynəlxalq vəziyyət; -elmi-texniki tərəqqi; -
mədəni amillər; -milli və dini amillər və s. 
Dolayı təsir göstərən amillərin bəzilərini qısaca aşağıdakı kimi şərh etmək olar: 
1). 
İqtisadi vəziyyət
. Iqtisadi vəziyyət zəif və ya pis olduqda, məhsul istehsalının 
həcmi və səviyyəsi aşağı düşür və yaxud da tamamilə mümkün olmur. Əhali 
kasıblaşdığı üçün maddi və maliyyə imkanları xeyli məhdudlaşır, yeni müəssisə 
yaratmaq və məhsul istehsalını artırmaq imkanı olmur. İqtisadi vəziyyət yaxşı 
olduqda isə yuxarıda deyilənlərin əksi baş verir və iqtisadi tərəqqi müəssisənin
yüksəlişinə təkan vermiş olur. 
2)Siyasi vəziyyət
. Siyasi vəziyyətin sabit olması, həm daxili və həm də xarici 
sahibkarlar üçün əminlik yaradır, onların fəaliyyətlərini xeyli gücləndirir və iqtisadi 
məqsədlər üçün sərmayə qoyuluşunu artırır, əks halda isə hər şey tərsinə olur və 
sərmayə qoyuluşu da aşağı düşür. Siyasi vəziyyətin qeyri – sabitliyi ölkədə qeyri – 
müəyyənlik və inamsızlıq mühüti yaratdığı üçün, iqtisadi fəaliyyətin bütün 
sahələrində risk amilini artırır və bu da tənəzzülü gücləndirir. 
3)Beynəlxalq vəziyyət. 
Beynəlxalq vəziyyətin sabitliyi nəinki dövlətlərarası 
münasibətləri, həmçinin firmalararası münasibətləri də xeyli canlandırır və 
beynəlxalq iqtisadi əlaqələrin güclənməsinə şərait yaradır. Beynəlxalq vəziyyətin 


qeyri-sabitliyi isə bütün bunlara əks təsir göstərir. Haradasa müharibənin başlanması 
nəticəsində müxtəlif ölkələrin firmaları müxtəlif cür tədbirlər görə bilərlər ki, bunun 
nəticəsi olaraq ya külli miqdarda xeyir götürsünlər, yaxud da hər şeylərini itirərək 
müflis olsunlar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin