Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə25/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   21   22   23   24   25   26   27   28   ...   115
C fakepathmuhazire esas (1)

4)Elmi - texniki tərəqqi. 
Dünyanın müxtəlif ölkələrində yaradılan və tətbiq olunan ən 
yeni texnologiyanın yayılması və ayrıayrı ölkələrdə istifadə edilməsi buraxılan 
məhsulun dünya standartları səviyyəsinə çatdırılmasına imkan yaradır. Əgər hər hansı 
bir ölkədə mövcud texnologiya dünya standartlarına cavab verə bilmirsə, onda 
məhsulun keyfiyyəti də aşağı olur və onun dünya bazarına çıxarılması qeyri-mümkün 
olur. Texnologiyası güclü inkişaf etmiş ölkələrin firmaları ilə müəyyən müqavilələr 
(kontraktlar) bağlayıb onların avadanlıqlarından istifadə etmək yolu ilə, elmi - texniki 
tərəqqi nailiyyətlərindən istifadə etməklə dünya standartlarına cavab verən məhsullar 
istesalına nail olmaq mümkündür. 
 5)Sosial vəziyyət. 
Sosial vəziyyət bilavasitə dolanışıq və həyat səviyyəsi ilə bağlı 
olduğu üçün bu amili daha başlıca və daha zəruri hesab etmək olar. Bu halda davranış, 
milli və dini xüsusiyyətlər də nəzərə alınmalıdır. 
2. SAHİBKARLIQ RƏQABƏTI VƏ SAHİBKARLIQ SİRRİ. 
 
Bazar iqtisadiyyatının ən mühüm prinsiplərindən biri əmtəə istehsalçıları 
arasındakı azad rəqabətin mövcud olmasıdır. Rəqabət - öz sahibkarlıq fəaliyyətinin 
nəticələrini daha da yaxınlaşdırmaq məqsədi ilə ən əlverişli istehsal və satış şərtləri 
əldə etmək uğrunda istehsalçılar, mal göndərənlər, bir sözlə, firma və müəssisələr 
arasındakı mübarizədir.) 
Bazar münasibətləri sistemində rəqabətin əsas məzmunu alıcı uğrunda mübarizə 
vo onların ehtiyatlarının tam təmin edilməsidir. Bazarda daha çox pay və mövqe 
uğrunda mübarizə və bu sahədə əldə edilən müvəffəqiyyət ilk növbədə əmtəə 
istehsalçılarının istehsal etdikləri məhsulun keyfiyyəti və onun qiymətinin aşağı 
olmasından asılıdır. Əslində bazar münasibətləri şəraitində rəqabət sahibkarlıq 


fəaliyyətinin ən mühüm ölçü vahidi hesab edilir. 
Bazar münasibətlərinin və iqtisadiyyatın inkişaf tarixi göstərir ki, rəqabət əslində 
əmtəə istehsalı ilə eyni vaxtda yaradılmışdır.' Lakin kapitalizmin inkişaf etdiyi 
şəraitdə o həm bazar münasibətlərinin ən mühüm amilinə və həm də ictimai 
istehsalın çevik tənzimlənməsinə çevrilmişdir. XIX əsrin ortasından etibarən dövlət 
tərəfindən tənzimlənməyən və azad rəqabətin geniş inkişaf etdiyi bazar iqtisadiyyatı 
formalaşmağa başlamışdır. Bu cür bazar əmtəə istehsalına müstəsna hallarda yalnız 
tələb və təklif mexanizmi və ona uyğun olaraq qiymətin dəyişməsi yolu ilə təsir 
edirdi. Təbiidir ki, bazar münasibətlərinin bu cür formalaşması və inkişafı əmtəə 
istehsalını istehlakçıların tələblərini öyrənməyə, istehsal etdikləri məhsulun 
keyfiyyətini yaxşılaşdırmağa, əmək məhsuldarlığını yüksəltməyə, istehsalı 
genişləndirməyə və istehsal xərclərini aşağı salmağa məcbur edirdi və bu dövrdə 
rəqabətin iki əsas forması: sahədaxili və sahələrarası rəqabət yaranıb inkişaf etməyə 
başladı. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin