Keçmiş İttifaqın iqtisadiyyatında kommersiya sirri dövlət sirri ilə əvəz
olunmuşdu. İqtisadiyyatda bazar münasibətlərinin formalaşması kommersiya sirri
ilə bağlı hüququn da bərpa olunmasına gətirib çıxarmışdı.
Kommersiya sirrinin
mövcudluğu müəssisə və təşkilatlan xoşməramlı olmayan tərəf müqabillərindən,
intellektual fəaliyyətin məhsullarından (ixtiralar, innovasiyalar,
kompüter
proqramları, idarəetmə qərarları) pulsuz istifadə edilməsindən müdafiənin
zəruriliyini formalaşdırdı.
Firmalar öz fəaliyyətinin nəticələri, bu və ya digər
kommersiya və istehsal
nailiyyətlərini xarakterizə edən göstəriciləri, həmçinin alıcılar və kreditorlar
tərəfindən onlara göstərilən etimadla bağlı informasiya
vasitələrinə məlumatlar
verirlər.
Dostları ilə paylaş: