müntəzəm dəyişməsindən asılı olaraq qeyri sabit sahibkarlıq strukturu
mövcuddur. Bu arzuolunmaz proseslərin aradan qaldırılmasında müxtəlif istiqamətli
dövlət yardımlarına ehtiyac duyulur. İnkişaf etmiş bazar iqtisadiyyatı
ölkələrində
kiçik biznesə dövlət yardımı üzrə xüsusi fondlar fəaliyyət göstərir. Məsələn,
Yaponiyada büdcənin hissəsindən bu məqsədlə 2-3 milyard dollar vəsait ayrılır.
İqtisadi praktikada istehsalın xırda formalarına, daha doğrusu kiçik biznesə dövlət
yardımının əsas forması kimi mənfəətdən vergi güzəştləri tətbiq edilir. Hal-hazırda
kiçik biznesin ən mühüm problemlərindən biri onlara tətbiq edilən vergi növlərinin
istehsalın stimullaşdırılmasmda rolunu yüksəltməkdən ibarətdir. Müasir şəraitdə
xırda biznesin fəaliyyətinə təkan verən amillərdən biri də kreditləşmədir. Kreditlər
girovlar və ya təminat məktubları vasitəsilə verilir.
Kiçik müəssisələr isə əksər
hallarda bu məktubları təqdim edə bilmirlər. Kiçik müəssisələrin ittifaqlarının
yaradılması üçün xüsusi fondlar təsis edilir. Bu fondlardan da müəssisələr kreditlər
götürərkən heç bir girov və təminata ehtiyac qalmır. Hazırda bilavasitə xırda biznesə
xidmət edən xüsusi banklar istisnalıq təşkil edir. Bu baxımdan xüsusiləşmiş kiçik
müəssisələr daha çətin vəziyyətdədirlər. Kreditlər əldə etmək üçün müvafiq
imkanların məhdudluğu isə digər müəssisələrlə rəqabət aparmaq imkanlarını aşağı
salır. İnkişaf etmiş Qərb ölkələrinin əksəriyyətində dövlət tərəfindən kiçik biznesə
xüsusi strukturlar və fondlar vasitəsi ilə güclü maliyyə- kredit yardımı göstərilir.
Məsələn, Amerika Birləşmiş Ştatlarında xırda və
orta firmalar üçün kredit
strukturlan mövcuddur.
Dostları ilə paylaş: