(aqrokosmik sənaye sahələri, dəmir yolu, neft şirkətləri) qiymətqoyma ilə bilavasitə
məşğul olan qiymət şöbələri mühüm rol oynayır. Eyni zamanda müəssisələrin
qiymət siyasətinin hazırlanmasına və həyata keçirilməsinə satış, maliyyə və
mühasibat xidmətləri əhəmiyyətli təsir edir.
Müəssisələrin, firmaların və digər təsərrüfatçılıq subyektlərinin qiymətqoyma
ilə bağlı qəbul etdikləri qərarlara bir çox daxili və xarici faktorlar təsir edir. Belə ki,
marketinq fəaliyyəti firmanın məsrəflərinin əmtəə və xidmətlərin qiymətlərinin
əvvəlcədən müəyyən edilməsinə xidmət edir. Müəssisələr və firmalar qiymətin
axırıncı həddini müəyyən edərkən hər şeydən əvvəl istehsal etdikləri məhsullara
olan tələbin səviyyəsini və dəyişmə dinamikasını, rəqabətin xarakterini, topdansatış
və pərakəndə yolla məhsul əldə edən alıcıların tələbatını və həm də qiymətin dövlət
tərəfindən tənzimlənmə dərəcəsini nəzərə almalıdırlar. Lakin qiymətin
formalaşması zamanı onun istehlak dəyərindən kənarlaşmasına, daha doğmsu
tarazlıq səviyyəsindən aşağı və yuxarı olmasına bir sıra iqtisadi kriteriyalar təsir
edir. Bu kriteriyalar isə daxili (istehsalçının özündən, müəssisə, firma rəhbərliyinin
və kollektivin fəaliyyətindən) və xarici (müəssisə və firmalardan, bir sözlə
istehsalçılardan asılı olmayaraq) olmaqla iki qrupa bölünür;
Daxili kriteriyalara aşağıdakılar aid edilir:
-reklam (reklam nə qədər sərfəli və orjinaldırsa, istehsalçının istehsal
etdiyi əmtəə o qədər baha olur);
-istehsal olunan məhsulun spesifik xüsusiyyətləri (məhsulun emalı nə
qədər yüksək keyfiyyətlidirsə, qiymət bir o qədər yuxarı olar);
-istehsal prosessinin xüsusiyyətləri (xırda seriyalı, fərdi qaydada istehsal
olunan məhsulların maya dəyəri daha yüksək olur; yerli istehsalın məhsullarının
maya dəyəri aşağı olduğundan qiymət də bir o qədər yüksək olmur);
- istehsalçının bazar strategiyası və taktikası (bir və ya bir neçə bazar
seqmentlərinə istiqamətlənməsi);
-
məhsulun istehsal mərhələləri və onların xüsusiyyətləri;
-
istehsal prosesinin mobilliyi;
-istehsalçıdan istehlakçıya çatan əmtəənin öz keyfiyyətini saxlaması;
-
satış və ondan sonrakı dövrlərdə servis xidmətinin təşkili;
-
bazarın həcmi;
-
istehsalçının daxili və xarici bazarda imici (nüfuzu).
Xarici kriteriyalara adətən aşağıdakılar aid edilir:
-
firmanın məhsul istehsal etdiyi və satdığı ölkənin siyasi stabilliyi;
-azad bazarda hansısa zəruri ehtiyat|arm çatışmaması (əmək, maddi,
maliyyə);
-
iqtisadiyyatın dövlət tənzimlənməsinin xarakteri;
-
inflyasiyanın səviyyəsi və dinamikası;
-mövcud və perspektiv dövrdə alıcılıq qabiliyyətli tələbin həcmi vo
fərqli cəhətləri;
-bazarda eyni adlı məhsullar satan istehsalçıların sayı və onlar arasında
rəqabətin səviyyəsi;
Qiymət nəzəriyyəsi ictimai istehsalın əsas sferasını təşkil etməklə, istehsal
nəticəsində yaranan məhsulun mübadiləsi və yenidən bölüşdürülməsi prosesində
də təzahür edir. Qiymət ilk növbədə dəyərdən asılıdır (məhsul istehsalına sərf
edilən məsariflərin dəyişməsindən).
Adam Smit əmtəə bazarında qiymətin əmələ gəlməsi faktoru kimi əmək
məsarifinin dəyişməsi ideyasını irəli sürmüşdür. Qiyməti əmlə gətirən başlıca
faktor kimi o, işçi qüvvəsinə çəkilən xərcləri əsas götürür, əmtəənin qiymətinin
renta, əmək haqqı və mənfəət hesabına formalaşmasını nəzərdə tuturdu.
K.Marks isə iqtisadi ədəbiyyata qiymətin əmələ gəlməsinin mühüm tərkib
hissəsi kimi ictimai-zəruri əmək məsrəflərini gətirmişdir. Bu kateqoriya ilk
növbədə istehlak dəyərinə malik məhsul hazırlamaq üçün cəmiyyətdə əməyin orta
intensivlik səviyyəsinin, normal istehsal şəraitinin təmin edilməsini nəzərdə tutur.
K.Marksa görə, əmtəə istehsalında ictimai-zəruri əmək məsarifləri keçmiş,
əşyalaşmış əmək (istehsal prosesi üçün tələb olunan istehsal vasitələri - binalar,
qurğular, maşın və avadanlıqlar, xammal, materiallar) və canlı əmək məsrəflə-
rindən formalaşır. Bu prosesdə əmtəənin dəyərinə istlehlak təyinatlı istehsal
vasitələrinin dəyəri və yeni yaranan dəyər də daxil olur.
Məlumdur ki, istehsal prosesi zamanı əmtəə təklifi formalaşır. Tələb konkret
əmtəəyə olan ictimai tələbatdan asılıdır. Qiymətin əmələ gəlməsi müxtəlif
əmtəələrə olan ictimai tələbatın təzahürü, əmtəə təklifinin mərkəzləşməsi vasitəsilə
ictimai istehsalın proporsionallığının təmin edilməsi, əmək məsrəfı normativləri
əsasında qiymətlərin kalkulyasiyası ilə bilavasitə əlaqədardır.
Qiymətin əmələ gəlməsi barədə morjinal nəzəriyyə də geniş yayılmışdır.
Bu nəzəriyyənin mahiyyəti qiymətin formalaşmasının digər mühüm faktorunu ön
plana çıxarmaqdan ibarətdir. Morjinal nəzəriyyədə bu faktor əlverişlilik, daha
doğrusu, faydalılıq və sərfəliliklə bağlıdır. Faydalılıq və əlverişlilik kateqoriyası ilk
növbədə əmtəə bazarında istehlakçının konkret olaraq hansı əmtəəyə üstünlük
verməsi kimi qiymətləndirilir. Qiymətin əmələ gəlməsinin morjinal konsepsiyasına
görə, qiymətin formalaşmasının əsasını əmtəə istehsalına çəkilən əmək məsrəfləri
deyil, alıcı üçün əlverişlilik həddi təşkil edir. Bu baxımdan əlverişlilik və faydalığın
ölçüsü həmin əmtəəyə olan tələbin artması nəticəsində əlavə məhsul buraxılışı ilə
müəyyən edilir.
Bu cür yanaşmada qiymətin əmələ gəlməsinin əsasını məhsul istehsalına
əmək məsrəfləri deyil, həmin məhsulun alıcalar (istehlakçılar) üçün əlverişliyi,
faydalığı təşkil edir. Məhsulun alıcılar üçün sərfəliliyinin həcmi tələbin artması
nəticəsində əlavə məhsul buraxılışı ilə müəyyən edilir. Son dövrlərdə qiymətin
əmələ gəlməsində amerikan iqtisadçısı İ.Samuelson və onun davamçıları
tərəfindən hazırlanmış üstünlüklərin aşkar edilməsi konsepsiyası geniş təhlil edilir.
Bu konsepsiyanın əsasını satış prosesində alıcıların fərdi seçməsi təşkil edir. Alıcı
öz büdcəsinə uyğun olaraq qiymətin sərfəliliyi baxımından konkret məhsula
üstünlük verir.
Sonralar ingilis iqtisadçısı A.Marşall, onun davamçıları C.Robinson,
E.Çemberlin, A.Piqu və başqaları azad rəqabət şəraitində bu konsepsiyanı daha da
təkmiləşdirmişlər. Təkmilləşdirilmiş konsepsiyanın xarakterik xüsusiyyətləri
qiymətin tələb və təklif əsasında formalaşması, bazarda tarazlığa nail olunmasının
zəruriliyi, tələb və təklifin uçotu və təhlilindən ibarətdir.
Qiymətin əmələ gəlməsinin morjinal konsepsiyası cari və perspektiv tələbdən
asılı olaraq qiymətin formalaşmasını nəzərdə tutur. Təcrübə göstərir ki, tələbat
nəzərə alınmadan müəyyən olunan qiymət müəssisəsinin təsərrüfat fəaliyyətində
ciddi dəyişikliklərə gətirib çıxarmaqla nəticədə firmanın istehsal etdiyi məhsulun
rəqabət qabiliyyətinin aşağı düşməsinə, bazarda tutuduğu xüsusi çəkinin
azalmasına, maliyyə vəziyyətinin pisləşməsinə səbəb olur.
Dostları ilə paylaş: |