vergilər büdcənin gəlir hissəsinin ən mühüm vasitələrindən hesab edilir. Müəssisə
və təşkilatın mənfəətindən əldə edilən vergilər iqtisadiyyatın tənzimlənməsində ən
mühüm iqtisadi vasitə sayılır. Hüquqi şəxslərin mənfəətinin səviyyəsinin
dəyişməsindən asılı olaraq vergi dərəcələri müeyyənləşdirilərkən dövlət vergiqoyma
bazarının hesablaşma qaydalarından, vergi güzəştlərinin və sanksiyala- rın
köməyindən istifadə edir.
Bütün bunlar istehsalın dinamikasına ciddi təsir
göstərir, onun inkişafını stimullaşdırır.
Mənfəətdən vergi ölkənin bütün ərazisində tətbiq edilir və onun ödəyiciləri
aşağıdakılar hesab edilir:
-bütün hüquqi şəxslər, o cümlədən ölkə daxilində fəaliyyət göstərən büdcə və
təsərrüfat hesabı müəssisələr, həmçinin xarici investisiyalar hesabına yaradılan
təşkilatlar;
-xüsusi balansa və hesablaşma hesabına malik (əmanət bankının filialları istisna
olmaqla) müəssisə və təşkilatların struktur bölmələri və filialları;
-lisenziya əldə edən xarici kapitalın iştirakı ilə yaradılan banklar da daxil olmaqla
kommersiya və digər kredit təşkilatları, həmçinin pul tədavülünün tənzimlənməsi ilə
əlaqədar olmayan fəaliyyətdən əldə edilmiş mənfəətin hesabına təsis edilən bank
təşklatları;
Dostları ilə paylaş: