Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


-  ixtisaslaşmış protez-ortepedik müəssisələri;  -



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə42/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   38   39   40   41   42   43   44   45   ...   115
C fakepathmuhazire esas (1)


ixtisaslaşmış protez-ortepedik müəssisələri; 

təhsil, idman, mədəniyyət idarələri və təşkilatları; 

dini və milli-mədəniyyət cəmiyyətləri, mərkəzləri, birlikləri və təşkilatları; 
əlillərin ictimai təşkilatları, habelə işçilərin ümumi sayının 70 faizindən az 
olmayaraq əlillər təşkil edən digər müəsisələr, idarələr və təşkilatlar ; 

mənzil-tikinti, bağ-tikinti və bağçılıq yoldaşlıqları; 

siyasi partiyalar, həmkarlar ittfaqları təşkilatları və ictimai birliklər 
(sahibkarlıq kommersiya fəaliyyəti üçün istifadə edilən əmlakdan başqa); 

elmi-tidəqiqat müəssisələri, idarələri və təşkilatları, elmi mərkəzləri

xarici kapitalın iştirakı ilə təsis olunmuş hüquqi şəxslər (xarici tərəf- 
müqabilin nizamnamə fonduna qoyduğu əmlaka görə). 
Vergiqoymanın məqsədlərindən asılı olaraq hesabat dövründə əmlakın orta 


illik dəyərindən istifadə olunur. Əmİak vergisi ilin əvvəlində rüblər üzrə artan 
yekunla hesablanıb ödənilir və ilin axırında vergi məbləğinin yenidən haqq-
hesabı aparılır. 
Ödəmə dərəcəsi və müddəti. Müəssisənin əmlakına vergi dərəcəsinin həddi 
vergitutma bazasının 2 %-i həcmində müəyyənləşdirilir. Vergilərin konkret 
dərəcələri qanunvericilikdə müəyyənləşdirilmiş qaydada müəssisənin fəaliyyət 
növündən asılı olaraq tətbiq edilir. Ayrı-ayrı müəssisələr tərəfindən vergi 
dərəcələrinin müəyyənləşdirilməsinə yol verilir. 
3.TORPAQ VERGISI VƏ SAHIBKARLIQDA VERGIQOYMANIN 
TƏKMILLƏŞDIRILMƏSI. 
Torpaq vergisinin tətbiqinin məqsədi torpaqdan səmərəli istifadəni təmin 
etmək, torpağın keyfiyyətini və münbitliyini artırmaq, onları mühafizə etmək, 
dövlət torpaq kadastrı və yer quruluşu tədbirlərini həyata keçirmək üçün vəsait 
yönəltməkdən ibarətdir. Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi 
Torpaq Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir. Ərazidə başqa 
dövlətlə birgə istifadə olunan torpaq sahələrinə görə vergi dövlətlərarası 
müqavilələrlə tənzimlənir. Belə müqavilələr olmadıqda torpaq vergisinin 
tutulması ümumi qaydalar əsasında həyata keçirilir. 
Torpaq Məcəlləsinə uyğun olaraq torpaqdan istifadə pulludur. Torpağa görə 
haqq torpaq vergisi və icarə haqqı şəklində alınır. Torpaq mülkiyyətçilərindən və 
istifadəçilərindən hər il torpaq vergisi tutulur. Bu vergi torpağın keyfiyyətindən, 
yerindən və su təchizatından asılı olaraq müəyyənləşdirilir və təsərrüfat 
fəaliyyətinin nəticəsindən asılı olmayaraq torpağın sahəsinə görə sabit ödəniş 
şəklində hesablanır.Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya 
istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin 
ödəyiciləridir.Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının 
ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma 
obyekti sayılır. 
  Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: 


- yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; 
- Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü 
idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun 
qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq 
fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə 
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya 
istifadəsində olan torpaqlar; 
- fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu 
torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan 
sektorunun altında yerləşən torpaqlar; 
-dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
-Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud 
texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan 
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, 
sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq
sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə 
torpaq vergisini ödəməkdən azaddırlar. 
-Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud 
texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud 
texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini 
ödəməkdən azaddır. 
- İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi 
aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il 
müddətinə torpaq vergisini ödəməkdən azaddır 
- KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 
il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində 
istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər.


- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə 
qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri 
çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının 
(qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə 
etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı torpağa görə 2019-cu il 
yanvarın 1-dən torpaq vergisini ödəməkdən azaddır.
Bazar münasibətləri şəraitində ölkə iqtisadiyyatında vergi sisteminin 
təkmilləşdirilməsi və onun ümumi dünya standartlarına yaxınlaşdırılması məqsədi 
ilə aşağıdakı dəyişikliklərin həyata keçirilməsi zəruridir: 
1. 
Hüquqi şəxslərdən tutulan vergilərin sayı ixtisar edilməlidir. Çünki müəssisə 
və təsərrüfat subeyktlərinin təsərrüfat fəaliyyətində çoxsaylı vergilər mövcuddur.
2. 
Bu isə həm təsərrüfat subyektinin və sahibkarın maliyyə vəziyyətini 
kəskinləşdirir və həm də vergi orqanlarının və maliyyə strukturlarının fəaliyyətini 
mürəkkəbləşdirir. 
3. 
Az səmərəli olan və nadir hallarda istifadə edilən vergi güzəştlərindən imtina 
edilməsi vergilərin hesablanmasını çətinləşdirir. 
4. 
Maliyyə ili ərzində vergiqoymaya əlavələr və dəyişikliklər edilməsini 
məhdudlaşdırmaq, vergi sisteminin stabilliyini təkmilləşdirmək. 
5. 
Vergi qanunvericiliyini bilməyərəkdən pozulmasına görə tətbiq edilən vergi 
sanksiyalarını müəyyən qədər zəiflətmək. 
6. 
Dövlət büdcəsinin tam və vaxtlı-vaxtlı gəlirlər əldə etməsini təmin etmək 
məqsədi ilə vergi orqanlarının işini yaxşılaşdırmaq. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin