sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari
ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Sahibkarlıq
fəaliyyəti bağlaşma əsasında həyata keçirilərkən mənfəətin (gəlirin) bölüşdürülməsi
qaydası bağlaşmada müəyyən edilir;
məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;
dövlət sosial təminatı sistemindən istifadə etmək;
könüllü sığorta növünü sərbəst surətdə seçmək;
hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və
digər
qurumların, təsərrüfat subyektlərinin və fiziki şəxslərin hərəkətlərindən şikayət
etmək;
xarici iqtisadi münasibətlərdə iştirak etmək;
valyuta əməliyyatları aparmaq;
ictimai fondlara, səhiyyəyə, xeyriyyəçilik, maarifçilik məqsədlərinə, elmi və mülki
məqsədlərə, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım
göstərilməsinə ianələr vermək;
həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hüquqlar
Dostları ilə paylaş: