nəzarətdə olan faktorlar qrupuna aid olub, əsas göstərici kimi çıxış edir. Zəif inkişaf
etmiş ölkələrin biznesində qifmət strategiyasının zəif olması ilk növbədə qiymətin
müəyyən edilməsində xərc strukturlarının uyğunsuzluğundan irəli gəlir. Bundan
əlavə firmanın hazırlamış olduğu qiymət strategiyası firmanın ümumi strategiyası
ilə zəif şəkildə əlaqələndirilir. Bunun əsas səbəblərindən biri bazara təsir edən faktor
kimi qiymətdən kifayət qədər istifadə olunmamasıdır.
Keyfiyyət baxımından firmanın strategiyasını hazırlamaq məqsədilə bazarın
konyukturu, yeni əmtəələrin istehsalı haqqında zəruri informasiyalar toplanır, tədqiq
edilir və həmçinin satışın optimal təşkili ilə bağlı təkliflər hazırlanır. Bazar haqqında
toplanmış informasiyaların təhlili əsasında müəssisə öz strategiyasını
işləyib
hazırlayır. Bu çərçivədə əvvəlki bazarlarda yeni alıcılara köhnə xidmətlər
göstərilməsi (nüfuzetmə, köksalma strategiyası), inkişaf strategiyası (əmtəələrin
yeni bazarlarda satışı), yeni əmtəələrin satış strategiyası (əldə edilmiş və ya inhisara
götürülmüş bazarlarda yeni əmtəələrin satışı), diversifıkasiya strategiyası (bazarın
yeni seqmentlərinə yeni əmtəələrin çıxarılması) həyata keçirilir. Firma hər hansı
konkret strategiyanı seçərkən bu strategiyaya uyğun
xüsusi qiymət siyasəti də
hazırlayır. Bazarın tələbləri firmaları məhsul satışı şərtlərini daimi öyrənməyə
istiqamətləndirir
Qiymət strategiyası daha çox firmanın ümumi strateji konsepsiyası əsasında
formalaşır. Bu konsepsiyada perspektiv inkişaf planları öz əksini tapır.
Strateji
planlaşdırma firmaların məqsədi və vəzifələrinin formalaşması prosesi olub, zəruri
resusların əldə edilməsi və müəssisənin gələcəkdə səmərəli işini təmin etmək
məqsədilə onun bölüşdürülməsi üçün müəyyən olunan spesifik strategiyanın
seçilməsidir. Strateji planlaşdırma prosesi idarəetmədə bütün qərarların
qəbul
edilməsində mühüm iqtisadi vasitə kimi çıxış edir. Strateji planlaşdırmanın ən
başlıca vəzifələrindən biri təsərrüfat fəaliyyətinin kifayət qədər yeniliklərlə təmin
olunması və xarici mühütin dəyişməsinə uyğun olaraq lınnalann adekvat reaksiya
göstərməsindən ibarətdir. Strateji planlaşdırma ümumi istiqamətlərin müəyyən
edilməsinə xidmət edir. Bu da iqtisadi artımın təmin
edilməsində və firmalann
mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır.