Vətəndaş-hüquqi məsuliyyətin şərtləri. Müqavilə öhdəliklərinin vaxtında
icra edilməsinə və ya yerinə yetirilməsinə görə məsuliyyət avtomatik olaraq həyata
keçirilir. Bunun üçün aşağıdakı şərtlərin olması zəruridir: bilvasitə məsuliyyət
daşıyan şəxslərin öhdəliklərini qanuna zidd olaraq keçirməsi; zərərin yaranmasına
gətirib çıxaran qanunsuz fəaliyyətlə onu doğuran səbəblər arasında əlaqə; qayda
pozanın günahı.
Məsuliyyəti doğuran səbəblərin aşkar edilməsi praktikada böyük əhəmiyyət
kəsb edir. Məhsulun göndərilmədiyi şəraitdə sahibkar eldə edilməmiş mənfəətə
görə zərər haqqında mal göndərənlərə iddia qaldırır. Çünki məhz bu səbəblər
üzündən istehsal və satış planının yeti- rilməməsi hallan müşahidə edilir.
Əgər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı qanunda və
müqavilədə heç bir tələb nəzərdə tutulmursa, onda sahibkar yalnız qeyri-müəyyən
qüvvələrin təsiri nəticəsində məsuliyyətdən konar hesab edilir. Qeyri-müəyyən
qüvvələrə isə'ilk növbədə fövqəladə və qarşısı alınmaz proseslər (təbii təsir, hərbi
təsir və s.) aid edilir. Sahibkar öz məhsullarını satmaq üçün lazımi bazar əldə edə
bilməsələr də öz tərəf müqabilləri qarşısındakı öhdəlikləri pozduğu halda
məsuliyyətdən kənarlaşa bilmir. Belə hallarda müqavilə öhdəliklərini pozmasına və
ya icra etməməsinə görə sahibkar günahkar (təqsirli) hesab edilir.
Müqavilə öhdəliklərinin pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi
zamanı kreditorların münasibəti də əsas götürürlür. Qanunda nəzərdə tutulur ki,
öhdəliklərin icra edilməməsi və vaxtında yerinə yetirilməməsinə kreditorların
fəaliyyəti təsir göstərmişsə, onda arbitraj məhkəməsi və ya münsiflər heyəti
borclunun daşıdığı məsuliyyəti aşağı sala bilər. Bu zaman müqavilə bağlayan
tərəflərin hər ikisi qarışıq günahkar hesab edilir.
Müqavilə öhədəliklərində ən mühüm cəhətlərdən biri də icra müddətinin
müəyyənləşdirilməsidir. Ölkənin Mülki Məcəlləsində ayrı-ayrı müqavilə
növlərinin vaxtında icra edilməməsinə görə sanksiyalarla yanaşı borclunun və ya
kreditorların öhdəliklərinin vaxtının keçməsi, yəni, öhdəliklərin icra müddəti də
nəzərdə tutulur. Müqavilənin icra müddətinin vaxtının keçməsinə görə borclu olan
təsərrüfat subyekti müqavilənin şərtlərini yerinə yetirmək imkanına malik olmadığı
hallarda belə kreditorlar qarşısında cavabdehlik daşıyırlar. Bu vaxt borclu olan
təsərrüfat subyekti qeyri-müyyən qüvvələrin təsiri nəticəsində belə yaranmış
zərərin ödənilməsindən azad edilmir.
Müqavilə intizamının pozulmasına görə sanksiyaların tətbiqi sahibkar üçün
əlverişsiz hesab edilən iqtisadi vəziyyətə təsir etdiyi hallarda səmərəsiz hesab
edilir. Məlumdur ki, istehsal vasitələri üzrərində dövlət mülkiyyətinin mövcud
olduğu şəraitdə dövlət müəssisələrinə cərimə sanksiyalarının tətbiqi lazımi nəticəni
vermir. Bu isə müəssisənin əmlak vəziyyətinə əhəmiyyətli dərəcədə təsir etmir.
Əksər hallarda zərərçəkən onlar yox, dövlət büdcəsi olur. Məhkəmə qaydasında
cərimələrin tətbiqi və zərərin ödənilməsi ilə yanaşı məhkəmə instansiyalarına
müraciət etmədən müqavilə öhdəliklərini pozan sahibkara opreativ təsir tədbirləri
də həyata keçirilir. Operativ tədbirlərə aşağıdakılar aid edilir:
- alqı-satqı müqaviləsində keyfiyyətsiz məhsul əldə etmiş alıcı həmin məhsulu
qəbul etməkdən və bu məhsula görə haqq ödməkdən imtina etmək hüququna
malikdir. Əgər pul vəsaiti ödənilmişsə onda alıcı həmin məbləği geri qaytarmaq
və ya həmin məhsulu keyfiyyətlisi ilə dəyişdirmək hüququna malikdir;
-
məhsulun daşınması müqaviləsində məhsulun dəyəri satıcıya
çatdırmayanadək yükün göndərilməsini dayandırmaq hüquqları təsdiq edilir;
-alqı-satqı müqaviləsində təminat müddəti göstərilir. Bu da satılmış
məhsullarda bu və ya digər çatışmamazlıqlar müşahidə edilərsə onu qaytarmağa
və ya dəyişdirməyə borclu olmasını nəzərdə tutur.
Dostları ilə paylaş: |