əmlak xarakteri daşıyır və müqavilə münasibətlərini
pozan subyektlərə iqtisadi
təsir vasitəsi ilə həyata keçirilir.
Dövlət idarəetmə orqanları qarşısında məsuliyyət formasından fərqli olaraq
sahibkarlar vətəndaş-hüquqi məsuliyyətinin mahiyyəti ondan ibarətdir ki, bu
zaman müəyyənləşdirilən sanksiyalar zərərçəkənlərin xeyrinə həyata keçirilir.
Təsərrüfat müqavilələri üzrə təsərrüfat subyektlərinin özləri bilavasitə maraqlı
tərəflər hesab edilir. Onlar sanksiyaların tətbiq edilməsi ilə bağlı tələblər irəli sürə
bilərlər. Əgər cavabdeh tərəf irəli sürülmüş tələblərə əməl etməzsə, onda qaldırılan
iddialar arbitraj məhkəməsində həll edilməlidir. Müqavilə münasibətlərində
sahibkarlar, kreditorlar və ya borclular iştirak edirlər.
Vətəndaşlann məsuliyyətinin xarakterik cəhətləri ölkə konstitusiyası və mülki
qanunvericiliyin mahiyyəti ilə şərtlənir. Dünya ölkələrinin tarixi təcrübəsi göstərir
ki, vətəndaşların məsuliyyəti cəzalandırıcı
xarakterə deyil, kompensasiya
xarakterinə malik olmalıdır. Burada əsas məqsəd ekvivalent əsasında zərərçəkmiş
təsərrüfat subyektlərinin əmlak maraqlannm bərpa edilməsidir. Sahibkarların
məsuliyyəti haqqında mövcud qanunvericiliyə uyğun olaraq vahid norma nəzərdə
tutulur. Bu proses təsərrüfat subyektlərinin fəaliyyətinə əsaslanır.
Məsuliyyətin növləri. Müqavilə öhdəliklərinin pozulması hallarına görə
məsuliyyət ilk növbədə zərərin ödənilməsini nəzərdə tutur.
Zərər adətən iki formada mövcud ola bilər.
Əgər istehsalda istifadə etmək üçün zəruri olan
məhsulun dəyəri sahibkar
tərəfindən əvvəlcədən ödənilmişsə və həmin məhsul vaxtında əldə edilməmişsə
onda əvvəlcədən ödənilən məbləğ birbaşa zərərə aid edilir. Bundan əlavə
əvvəlcədən ödənilən pul vəsaitlərinə görə emal üçün faydalı olmayan xarab olmuş
məhsullar göndərilmişsə və bu hesaba müəssisə zərər çəkmişsə həmin xərclər də
birbaşa zərər hesab edilir.
Mal göndərənlərdən materiallar və yarımfabrikatlar vaxtı-vaxtında əldə
edilmədiyi hallarda sahibkarlar öz istehsal planını və müvafiq olaraq satış
funksiyasını yerinə yetirə bilmir və nəticədə istehsalçı mənfəət əldə etməkdən
məhrum olur və səmərəlik aşağı düşür.
Sahibkarlıq fəaliyyətində və ümumiyyətlə müəssisələrin təsərrüfat- maliyyə
fəaliyyətində yaranan birbaşa zərərin müəyyənləşdirilməsi
mürəkkəb proses
deyildir. Lakin dolayı xərclərin hesablanması həmişə asan başa gəlmir. Ona görə
də dövlət mülkiyyətinin hakim mövqe tutduğu şəraitdə dolayı zərərin hesablanması
çox zaman həyata keçirilmir.
Bazar münasibətləri şəraitində zərərin ikinci növündə nəzərdə tutulmuş
qaydaların əhəmiyyəti və rolu artır. Bu proses onunla əlaqədardır ki, sahibkar öz
fəaliyyətini əsasən mənfəət əldə etmək baxımından həyata keçirir. Ona görə də
zərərin bu növünün hesablanması metodikasının işlənib hazırlanması obyektiv
zərurət kəsb edir.
Qanunvericilik aktlarında ayrı-ayrı müqavilə növləri üzrə məhdud məsuliyyət
nəzərdə tutulmuşdur. Belə ki, çox hallarda buraxılmış, əldə edilmiş faydalıq və ya
səmərəlilik geri qayıtmır, yəni onun əvəzi ödənilmir.
Zərərin tam ödənilməsi o
halda fəaliyyət göstərə bilir ki, mövcud münasibətlərlə bağlı qanunvericilik və ya
müqavilədə digər proseslər nəzərdə tutulmasın. Hal-hazırda zərərin
müəyyənləşdirilməsi ilə bağlı 21 dekabr 1990-cı ildə qəbul edilmiş təsərrüfat
müqaviləsinin pozulmasına görə itkilərin
(zərərin) araşdırılması metodlarından
istifadə edilir. Bu da SSRİ-nin mövcudluğu şəraitində qəbul edilmişdir.
Cərimə və peniyalar - qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş
pul məbləğidir. Bu zaman borclu olan təsərrüfat
subyekti müqaviləni icra
etmədiyinə və ya onun icrasını gecikdirdiyinə görə kreditorlara müəyyən həcmdə
pul vəsaitləri ödəyir. Bu halda zərər bəzən hissə-hissə və bəzən də tamamilə
ödənilir.
Qanunvericiliyə və müqavilələrə uyğun olaraq aşağıdakı hallar nəzərdə
tutulur: yalnız cərimələrlə cəza; zərər cərimələrə
nisbətən yüksək məbləğdə
ödənilir. Cərimə və peniyalarm ödənilməsi “Mənfəət yə zərər” hesabını əhatə edir
və satışdan xərclərə aid olunur.
Ölkədə bazar sturukturlarının formalaşması və bazar münasibətləri sisteminin
inkişafı ilə əlaqədar olaraq müqavilə münasibətlərində iştirakçı tərəflərin hüquqi
məsuliyyətinin tətbiqi qaydasında da müəyyən dəyişikliklər baş vermişdir. Belə ki,
əgər əvvəllər müqavilə iştirakçıları yalnız sanksiyaların həyata keçirilməsində
iştirak edirdilərsə, hazırda bu baxımdan şərait dəyişmişdir. Hazırda sahibkarlar
müqavilə öhdəliklərinin yerinə yetirilməsinə görə sanksiyaları özləri müəyyən edir
və müqavilənin əlverişliliyini özləri araşdırırlar. Bu cür razılaşmaları çox zaman
müqavilə cərimələri də adlandırırlar.
Dünya ölkələrində müqavilə cərimələri ilə yanaşı
qanuni cərimələr də
mövcuddur. Bu da öhdəliklərin müəyyən növlərinə görə münasibəti özündə əks
etdirir. Cərimələr imperativ normalarla müəyyənləşdirildiyindən tərəflərin
razılığından asılı olmayaraq həyata keçirilir.
Qanuni cərimələrin məbləği tərəflərin razılığı ilə qadağan qoyulmadığı
təqdirdə
(müqavilədə) artırıla bilər.
Əgər müqavilədə bir neçə sahibkar iştirak edirsə, qanunvericilikdə və
müqavilədə başqa hal nəzərdə tutulmadığı təqdirdə
onlann məsuliyyəti xüsusi
çəkiyə əsasən müəyyənləşdirilir. Qanun və ya müqavilədə həmçinin salidar
(birgə)
məsuliyyət də nəzərdə tutulur. Bu halda kreditorlar müqavilədə iştirak edən hər
hansı borclu müəssisədən borcunu tələb etmək hüququna malikdirlər. Öz
növbəsində borclular da kreditorlar qarşısında öz həmkarları ilə məsuliyyətləri
bölüşdürürlər.
Dostları ilə paylaş: