Yerli icra hakimiyyəti orqanının Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra
hakimiyyəti orqanının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati
ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan
orqanların, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslərin, mərkəzi icra hakimiyyəti
orqanlarının ikili tabelikdə olan yerli qurumlarının qərarlarından, digər hərəkət və ya
hərəkətsizliyindən verdikləri şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla
fəaliyyət göstərən kollegial orqandır.
Apellyasiya Şurası mərkəzi və yerli icra hakimiyyəti orqanının qərarı,
digər
hərəkət və ya hərəkətsizliyinə dair şikayət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:
- qərar dəyişdirilmədən saxlanılsın;
- qərar tamamilə və ya qismən ləğv edilərək, yeni qərar qəbul edilsin;
- qərar dəyişdirilsin;
- şikayət digər hərəkət və ya hərəkətsizlikdən verilibsə,
həmin hərəkət və ya
hərəkətsizlik qanuni və ya qanunsuz hesab edilsin);
- şikayət üzrə icraata xitam verilsin.
Qərar qəbul edilərkən şikayətin məzmunundan və işin hallarından asılı olaraq
qərarda aşağıdakı məsələlər də öz əksini tapmalıdır:
- şikayətin təmin
edilməsi;
-şikayətin qismən təmin edilməsi;
-şikayətin təmin
edilməməsi;
- şikayətin aidiyyəti dövlət orqanına və ya qurumuna baxılması və nəticəsi barədə
Apellyasiya Şurasına və şikayətçiyə məlumat verilməsi üçün göndərilməsi.
Dostları ilə paylaş: