növ yardımların minumum məbləğini müəyyən edir və ona təminat verir;
7. Xarici aləmdə milli biznesin qorunub saxlanması. Dövlət, qloballaşma
şəraitində ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə milli
biznesin fəaliyyətini əlaqələndirir;
8.Ölkənin iqtisadi təhlükəsizliyinin təmin ebilməsi. Dövlət ölkənin iqtisadi
təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görür, hər jür təhlükəli və qeyri-
sabitlik amillərinin aradan qaldırılması ilə mübarizə aparır;
9.Ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanması.
Dövlətin ümumi funksiyaları ilə yanaşı, iqtisadiyyatın konkret sahələri və
ölkənin regionlarının tənzimlənməsi ilə əlaqədar funksiyaları da vardır.
Dövlətin tənzimləmə funksiyaları onun həyata keçirdiyi sosial-iqtisadi siyasətin
məqsədləri ilə müəyyən edilir. Hər bir inkişaf dövrünün - qısa, orta və uzun müddətli
dövrlər–xüsusiyyətləri nəzərə alınmaqla konkret məqsəd müəyyən olunur.
Dostları ilə paylaş: