Dövlətlə biznesin qarşılıqlı fəaliyyəti baxımından kapitalizm bir-birindən az
və ya çox dərəcədə fərqlənən iki mərhələdən keçmişdir.
Birinci mərhələdə onun
əsas vəzifəsi özünün mənafeyini reallaşdırmaq üçün feodal dövlətinin istifadə
etdiyi qeyri-iqtisadi məcburetmə formalarını aradan qaldırmaqdan ibarət olmuşdur.
Bunlar öz ifadəsini azad rəqabət və sahibkarlıq prinsiplərinə əsaslanan kapitalizm
mərhələsində tapmışdır. Bu dövr formalaşdığı vaxtdan təqribən X1X əsrin ikinci
yarısınadək davam etmişdir.
X1X əsrin sonu, XX əsrin əvvəllərində kapitalist iqtisadiyyatı öz inkişafının
korporativ mərhələsinə daxil olmuşdur. Bu dövrün fərqləndirici cəhətlərindən biri
iqtisadi və sosial sahələrdə dövlətin tənzimləyici və nəzarətedici rolunun əhəmiyyətli
dərəcədə genişlənməsidir. Bu, istehsalın təmərküzləşməsi və mərkəzləşməsinin
güclənməsi, iqtisadi əlaqələrin mürəkkəbləşməsi və sosial problemlərin kəskinləşməsi
ilə əlaqədardır.
Dostları ilə paylaş: