Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


  SAHIBKARLIQ FƏALIYYƏTINDƏ RISKLƏR



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə29/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   25   26   27   28   29   30   31   32   ...   115
C fakepathmuhazire esas (1)

4. 
SAHIBKARLIQ FƏALIYYƏTINDƏ RISKLƏR. 
 
Keçmiş sosialist planlı iqtisadiyyat şəraitində təsərrüfat subyektlərinin iqtisadi 
riskləri, demək olar ki, qəbul edilməmişdi. Bazar münasibətlərinə keçid və onun 
formalaşması şəraitində isə risk sahibkarlığın ən mühüm elementi sayılır. Vaxtında 
risk etmək qabiliyyətinə malik olan sahibkar etdiyi bu “fədakarlığa” görə əlavə gəlir 
əldə edir. Risk dedikdə çox zaman hüquqsuz fəaliyyətin yaradılması da başa 
düşülür. Bu anlayışın digər xarakterik cəhətləri də vardır. Risklərin xarakterik 
xüsusiyyətlərindən biri qarmaqarışıqlıq, gözlənilməzlik, inamsızlıq və təxmini 
fərziyyədir. 
Sahibkarlıq fəaliyyəti müəyyən təşkilati-hüquqi formaya malik müəssisələrin 
əmlak məsuliyyəti çərçivəsində, yəni öz etdikləri risklər baxımından həyata keçirilir. 
Sahibkarların məlumatsızlığından istifadə etməklə bazarda aparılan əməliyyatlar 
hesabına öz fəaliyyətini canlandırmağa cəhd göstərən xırda və orta firmaların 
təklifləri daim reklam edilir. Risklərin nəticəsini aradan qaldırmaq üçün təkcə 
dərrakə və təcrübə deyil, həm də kifayət qədər maliyyə vəsaitlərinin olması da 
zəruridir. Konsultant firmalar, mal göndərənlər və podratçılar adətən risklərin 
kompensasiyası üçün məhdud pul vəsaitlərinə malik olurlar. 
Bu və digər layihələrin yüksək dərəcədə risklərə malik olması işçiləri məcbur edir 


ki, onun aşağı salınması imkanlarını axtarsınlar. 
Risklərin azaldılmasının əsas 
vəsaitlərinə aşağıdakılar daxildir:
 

layihənin hazırlanmasına kompotent tərəf müqabilləri və məsləhətçilərin cəlb 
edilməməsi; 
-proqramla bağlı layihə ərəfəsindəki işlərin və hazırlıq mərhələsinın 
genişləndirilməsi; 

bazar konyukturunun inkişaf tendensiyasının, məhsul və xidmətlərə olan 
tələbin proqnozlaşdırılması;
- layihənin iştirakçıları, onun icraçıları arasında risklərin bölüşdürülməsi

sığorta ilə bağlı məsələlərin vaxtında yerinə yetirilməsi; 

gözlənilməz risklərin aradan qalıdıriması üçün vəsait ehtiyatının hazırlanmasi. 


Mövzu№ 3.Sahibkarlıq şəraitində müəssisələrin fəaliyyəti, kiçik və orta 
sahibkarlıq.
Plan: 
1.Müəssisənin mahiyyəti və əsas əlamətləri. 
2. Müəssisələrin idarə edilməsi 
3.Kiçik və orta müəssisələrin sahibkarlıq fəaliyyətində əhəmiyyəti və vəzifələri. 
Biznes ideyaları və onların həyata keçirilməsi yolları. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin