Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


İnkişaf etməkdə olan françayzinqdə



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə111/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   107   108   109   110   111   112   113   114   115
C fakepathmuhazire esas (1)

İnkişaf etməkdə olan françayzinqdə ana kompaniya əlaqələndirici rolunu 
oynayan fərdi və ya investorlar qrupuna regionun mənimsənilməsində müstəsna 
hüquqlarını verir. Əlaqələndirici franşizanı müstəqil saxlaya bilər və françayziləri 
cəlb edir ki, verilmiş ərazidə məlum vaxt ərzində lazımi sayda ticarət və ya servis 
nöqtələri açsın.
Françayzinqtər istiqamətinə görə dörd cür olur: - əmtəə françayzinqi; - istehsal 
françayzinqi; - servis françayzinqi; - biznes-format françayzinqi. 
Əmtəə françayzinqi françayzerin istehsal etdiyi və onun nişanları ilə 
markalanmış malların satışı deməkdir. Françayzilər qayda üzrə onların satışdan 
sonrakı xidmətini təşkil edir. Bu münasibətlər sxemi sadədir. 
İstehsalat françayzinqi müəyyən növ məhsulun istehsalının təşkilində daha 
effektivdir. Xammalın istehsal sirləri və hazır məhsulun patentləşdirilmiş 
texnologiyasına malik olan şirkət son istehsalçıya xammal təminatı və 
texnologiyadan istifadə hüquqları verir. İstehsal françayzinqinin ən parlaq 
nümayəndəsi «Cocacola» kompaniyası sayılır. Alkoqolsuz içkilərin istehlakçıdan 
uzaqda yerləşdirilməsi xərcləri doğrultmadığından mərkəzləşdirilmiş istehsal sərfəli 
deyil. Buna görə də kompaniya sonuncu istehsalçıları xüsusi konsentratla təmin edir 
və texnologiyadan istifadə hüququ verir. 
Servis françayzinqi yuxanda adı çəkilən iki françayzinq arasında orta mövqe 


tutur. Onun istifadə sferası - xidmətdir. Mahiyyəti odur ki. françayzi françayzerin 
ticarət nişanı altında müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququ alır. 
Françayzer müqavilə əsasında bir sıra patentləşmiş hüquqlarını françayziyə verir. 
Biznes-format françayzinqi daha komplekslidir. Adlan çəkilən hüquqlardan 
başqa françayzer françayziyə özü hazırladığı biznesin aparıması və təşkili 
texnologiyasını da verir. Françayzi Françayzerlə tam eyniləşir və onun korporativ 
şəbəkəsinin bir hissəsinə çevrilir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin