Plan:
1. Maliyyə menecmenti
2. Françayzinq
3. Faktorinq
4. Vençur kapitalı
1. Maliyyə menecmenti
Müəssisənin maliyyəsi, müəssisənin istehsal-təsərrüfat fəaliyyəti prosesində və
onun maliyyə ehtiyatlarının formalaşdırılması və paylanması ilə əlaqədar ortaya çıxan
pul münasibətləri kimi özünü əks etdirir. Müəssisənin daxil olduğu bütün maliyyə
münasibətləri, aşağıdakı münasibətləri özündə cəmləşdirən bir neçə istiqamətdə
qruplaşdırılır:
- Xammal, material və yanacağın tədarükü, məhsulun dəstələrlə yığılması, hazır
məhsulun realizə olunması, yeni binaların, sexlərin, anbarların, yaşayış binalarının
tikilməsi, yüklərin daşınmasında və s. sahələrdə başqa
müəssisə və təşkilatlarla
birlikdə. Bu münasibətlər qrupu əsas amildir və müəssisənin fəaliyyətinin maliyyə
nəticəsi ondan asılıdır;
- Müəssisə daxilində sexlər, briqadalar arasında maliyyə xərcləri alınan gəlirin
bölüşdürülməsində iştirakı ilə
əlaqədar;
- Əmək haqqının verilməsi, aksiya üzrə dividendləri, verginin tutulmasında
müəssisənin işçiləri ilə;
- Kreditlərin alınması və ödənilməsində bank xidmətlərinin haqq-hesabında bank
sistemi ilə. Bu sadəcə hesabat və kreditvermə sistemi deyil,
həm də yeni münasibətlər
formasıdır: faktorinq, trast, girovlar və i.a ;
- Vergi və digər ödənişlərin müxtəlif səviyyədə büdcəyə ödənməsində dövlət maliyyə
sistemi ilə;
- Mülkiyyətin, müəssisənin ayrı-ayrı kateqoriyalı işçilərinin,
ticari və maliyyə
risklərindən sığortası üzrə sığorta şirkətləri və təşkilatları ilə;
- İstehsalat və maliyyə aktivləri ilə əməliyyatlar üzrə məhsul, xammal və fond birjaları
ilə;
- özəlləşdirmə, investisiyanın yerləşdirilməsi və s, üzrə müxtəlif investisiya institutları
(investisiya fondları, şirkətlər ilə);
- Əmək kollektivlərinin üzvü olmayan aksionerlərlə.
İstənilən müəssisənin maliyyə fəaliyyətinin əsas istiqaməti, müəssisənin
istehsal-təsərrüfatını pul vəsaiti ilə təmin edən, həmçinin
onun sadə və geniş təkrar
istehsalı üçün istifadə olunan pul fondunun yaranmasıdır. Müəssisənin maliyyə
münasibətləri və pul fondları sxematik olaraq cədvəl 15.1-də verilmişdir.
Cədvəl 15. 1
Müəssisənin maliyyəsi
Maliyyə münasibətləri
Pul fondları
Digər müəssisələrlə:
- Xammal, material və s. göndərənlər
ilə;
-Hazır məhsul alanlar ilə;
-İnşaat təşkilatları ilə;
-Nəqliyyat təşkilatları ilə;
- Auditor firmaları ilə;
- Hüquq fiımaları ilə
Nizamnamə kapitalı
- Əsas vəsait fondu;
- Dövriyyə
vəsaiti fondu ;
-Əlavə kapital;
- Ehtiyat kapitalı;
- İnvestisiya fondu ;
- Yığım fondu;
- Amortizasiya fbndu
Müəssisə daxilində:
-Müəssisənin işçiləri ilə;
- Filial, sex və briqadaları ilə
Digər mənbləər
-Tələbat fondu;
- Əmək haqqnıı ödəmək üçün fond;
- Büdcəyə ödəmələr üçün fond;
- Valyuta
fondu
Maliyyə-kredit sistemi ilə
-Müxtəlif səviyyəli büdcələrlə;
- Qeyri-büdcə fondları ilə;
- Kommersiya bankları ilə
Digər fondlar
Digər bazar institutları ilə
-Sığorta təşkilatları ilə;
- İnvestisiya fondu ilə
Nizamnamə kapitalı - müəssisənin şəxsi vəsaitinin əsas mənbəyidir. Onun
miqdarı təşkilatın nizamnaməsində göstərilir və qoyulmuş qaydada qeydiyyatdan
keçir. Nizamnamə kapitalının əsas və dövriyyə kapitalları yaradılır. Bunlardan isə
uyğun olaraq əsas və dövriyyə vəsaitinin yaradılmasına sərf edilir.