Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə104/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   100   101   102   103   104   105   106   107   ...   115
C fakepathmuhazire esas (1)

3. Biznesin restrukturizasiyası 
Biznesin (istehsalın) restrukturizasiyası - biznes-plan əsasında həyata keçirilən, 
müəssisənin malik olduğu aktivlərdən daha səmərəli istifadə etməklə yeni biznes 
növünün yaradılması və müəssisənin təşkiiati strukturunun dəyişdirilməsidir. 
Biznesin restrukturizasiyası bir çox məqsədlərə nail olmağı təmin edə bilər:
- kapitalın strukturunun (səhmdarların tərkibinin) və mülkiyyətçilər arasındakı 
münasibətlərin dəyişdirilməsi;
- restrukturizasiya prosesinə investorların cəlb edilməsi;
- mövcud istehsal sahəsi əsasında real bazar perspektivi olan yeni istehsal növünün 
yaradılması;
- təsərrüfat müstəqilliyinin və məsuliyyət səviyyəsinin yüksəldilməsi hesabına 
sahələrin fəaliyyət göstəricilərinin yaxşılaşdırılmasında rəhbər və işçilərin 
maraqlarının artırılması;
- elmi-tədqiqat və konstruktor işlərini yerinə yetirən bölmələrin hüquqi şəxsə 
çevrilməsi; 
- maddi-texniki təminat və təchizat xidmətinin bazasında maliyyə axınlarının yenidən 
bölüşdürülməsi üçün kommersiya strukturunun yaradılması. 
Səmərəli restrukturizasiyanın həyata keçirilməsinin əsas prinsipi mövcud 
aktivlərdən istifadə etməklə rəqabət qabiliyyətli məhsul istehsalı üçün yeni hüquqi şəxs 
yaratmaqdır. Bunun üçün həm optimal təşkilati-hüquqi formanın seçilməsi, həm də 
nizamnamə kapitalına göçürülən əmlakın tərkibinin düzgün müəyyənləşdirilməsi 
təmin edilməlidir ki, investorların cəlb edilməsi üçün şərait yaradılsın.
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini genişləndirmək və sivil 
bazar iqtisadiyyatı formalaşdırmaq üçün sənaye müəssisələri restrukturizasiya 
olunmalıdır. Kompleks, fasiləsiz proses olan restrukturizasiya müəssisələrin yeni 
texnika və mütərəqqi texnologiyalar əsasında modernləşdirilməsini, istehsal-təsərrüfat 
fəaliyyətinin səmərəliliyinin artırılmasını, rentabellik və əmək məhsuldarlığı 
göstəricilərini yüksəltməklə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına naii 
olmağı nəzərdə tutur.
Müəssisələrin istehsal və maliyyə restrukturizasiyası 


birbirindən fərqlənir. Borc öhdəliklərini ödəmək imkanı olmayan, müflisləşmiş və 
iflasa uğramış sənaye müəssisələrində maliyyə restrukturizasiyası aparılmalıdır. 
istehsal restrukturizasiyası ilə maliyyə restrukturizasiyası arasında sıx qarşılıqlı əlaqə 
vardır. Operativ istehsal restrukturizasiyası nəticəsində müəssisə özünün pul axını 
əməliyyatlarını çoxaldır və bununla da maliyyə restrukturizasiyasına ehtiyac duyulur. 
Eyni zamanda vəziyyətdən asılı olaraq maliyyə restrukturizasiyası istehsal 
restrukturizasiyasına neqativ təsir göstərə bilər. 
Müəssisənin maliyyə restrukturizasiyası müstəqil formada həyata keçirilə bilər. 
Birincisi, əgər müəssisə istehsal restrukturizasiyasını və pul axını əməliyyatlarını 
aparmaq qabiliyyətindədirsə, onda müəssisə, öz borc öhdəliklərini tam həcmdə 
ödəmək imkanı olmadığı vəziyyətdə belə, istehsalı davam etdirməlidir. Bu zaman 
kreditorlar bəzi borcları müəssisəyə bağışlamalıdır. İkincisi, əgər müəssisə müsbət pul 
axını əməliyyatlannı təmin etmək qabiliyyətində deyilsə, onda yeganə çıxış yolu 
müəssisənin ləğvidir. Bu cür halda müəssisə istehsal fəaliyyətini dayandırır, İşçiləri 
azad edir və aktivlərini satır ki, öz borclarını ödəsin.
Keçid iqtisadiyyatlı ölkələrdə sənaye müəssisələrinin çoxu iflas yolunu seçmir
maliyyə restrukturizasiyasına üstünlük verirlər. Qərb dövlətlərində kredit verən 
banklar ilə müəssisə arasında könüllü danışıqlar prosesində maliyyə 
restrukturizasiyasının aparılması qaydası müzakirə olunur, banklar müəssisə 
tərəfindən borcun ödənilməsində müəyyən güzəşt edir. Əks təqdirdə müəssisə 
gözlənilməz risklə qarşılaşır, istehsal restrukturizasiyasını həyata keçirmək və pul 
axını əməliyyatlarını çoxaltmaq üçün imkanlar axtarmaq məcburiyyətində qalır.
Sənayenin restrukturizasiyası ilk növbədə institusional struktur dəyişikliklərinin 
aparılmasını, dövlət əmlakının özəlləşdirilməsini və sahibkarlıq fəaliyyətinin 
inkişafını tələb edir. Sənaye müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsini və 
özəlləşdirilməsini sürətləndirmək, istehsalda sağlam rəqabət mühiti formalaşdırmaq və 
istehsalın səmərəliliyini yüksəltmək məqsədilə institusional struktur dəyişiklikləri 
aparılmışdır. 
Özəlləşdirmə - bazar iqtisadiyyatına keçidlə əlaqədar həyata keçirilən 
islahatların əsas tərkib hissəsidir, yəni iqtisadi sistemin formalaşdırılması və 


sahibkarlıq fəaliyyətinin inkişafı üçün zəruri şərtdir. Eyni zamanda özəlləşdirmə 
sənaye müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılmasının ən mühüm 
elementidir. 
Sənayenin restrukturizasiyası və sağlamlaşdırılması istiqamətində həyata 
keçirilən tədbirlərdən biri müəssisələrin idarəetməyə verilməsidir. 
Müəssisələrin müvəqqəti idarəetməyə verilməsi üç formada həyata keçirilir. 
Birincisi, açıq müsabiqə keçirilməsi yolu ilə. Bu müsabiqəyə bütün iddiaçılar buraxılır. 
İkincisi, qapalı müsabiqə keçirilməsi yolu ilə. Burada mülkiyyətçi adından çıxış edən 
orqanın müəyyən etdiyi məhdud sayda müştərilər iştirak edirlər. Üçüncüsü, müsabiqə 
elan etmədən konkret iddiaçının təklifinin qəbul olunması və müəssisənin idarə 
olunmasına dair onunla müqavilə bağlanması yoludur. İddiaçı tək olan zaman bu 
formadan istifadə olunur.
Sənayenin 
restrukturizasiyasının 
əsas 
istiqamətlərindən biri müəssisələrin texnoloji cəhətdən yenidən qurulmasıdır Sosial 
yönümlü tənzimlənən bazar iqtisadiyyatının strateji məqsədi investisiya yolu ilə bütün 
istehsal sahələrini, xüsusilə sənayeni intensiv inkişaf etdirmək, bazar konyukturuna 
uyğun rəqabət qabiliyyətli məhsul istehsalını genişləndirmək, idxal-ixrac 
əməliyyatlarının səmərəliliyini artırmaq və əhalinin həyat səviyyəsini 
yaxşılaşdırmaqdan ibarətdir. 
Sənayenin restrukturizasiyası istiqamətində həyata keçirilən tədbirlərdən biri də 
özəlləşdirmə qabağı müəssisələrin borclarının restrukturizasiyasıdır. 
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən 
Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi, dünya iqtisadiyyatına sıx 
inteqrasiya oiunması və məşğulluq probleminin çözülməsi biznesin restrukturizasiyası 
istiqamətində tədbirlərin kompleks şəkildə həyat keçirilməsindən asılı olacaqdır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin