müxtəlif mərhələlərində
maliyyələşdirilməsi, habelə ayrıca riskli biznes növünün
maliyyələşdirilməsi sahəsində ixtisaslaşdırılmış təşkilatdır. Vençur kapitalının
fəaliyyətində başlıca - ən yüksək mənfəət almaq məqsədilə riskli müəssisələrə vəsait
qoymaq.
Sonrakı mərhələ - tərtib olunan sənədin strukturunun müəyyənləşdirilməsidir.
Adətən biznes-planda olur; titul vərəqəsi, xülasə, biznesin tarixi, əgər müəssisə artıq
fəaliyyət göstərirsə, məhsulun (xidmətin) təsviri, sahənin vəziyyəti, əmtəə bazarının
xarakteristikası, rəqiblərin qiymətləndirilməsi və rəqabət strategiyasının seçilməsi,
istehsal planı, marketinq planı;
təşkilati plan; maliyyə planı və riskin
qiymətləndirilməsi; tədqiqat və işləmələr planı; risklərin sığortalanması və s.
Daha sonra biznes-planın bütün bölmələrini hazırlamaq üçün informasiyaların
toplanması həyata keçirilir. Biznes-planlaşdırmada ən çətin mərhələ bilavasitə planın
formalaşması mərhələsidir.
Biznes-planı işləyib hazırlayarkən aşağıdakı tələbləri nəzərə almaq lazımdır:
-biznes-plan obyektiv reallığı əks etdirən informasiya əsasında işlənib
hazırlanmalıdır;
- təkliflər yığcam, aydın və dəqiq olmalıdır;
- biznes-planda təklif olunan ideyalar həddindən ziyadə ambisiyalı olmamalıdır;
- biznes-planın əsas təkliflərini xüsusi ayırmaq başlıca
nəticələrini göstərmək
lazımdır;
- biznes-plan üzərində iş üçün vaxtı düzgün seçmək vacibdir;
- biznes-planı tərtib edərkən planlaşdırmanın çeviklik kimi prinsipini unutmaq
olmaz.
Ümumiyyətlə, biznes-planın tərtibində fərqli və ümumi cəhətlər çoxdur. İlk
variant kimi biznes-planın işlənilməsini sxematik olaraq şəkil 14.1-də olduğu kimi
göstərmək olar.
u
y
ğ
u
n
l
a
ş
d
ı
r
m
a
Şəkil 14.1. Biznes-planın
işlənməsi
İqtisadi inkişafda həlledici rol oynayan insan resursları anlayışının ən mühüm
tərkib elementlərindən biri də maddi marağın təmin edilməsidir. Şəxsi məqsəd
sahibkarları nə istehsal etmək (məşğul olmaq) sualına optimal cavab axtarmağı tələb
edir. Bundan sonra mövcud vəziyyət təhlil edilir. Təhlil iki istiqamətdə (makro- mühit
və mikromühit) aparılır, hər iki alt sistemin zəif və güclü cəhətləri araşdırılaraq
müəyyən edilir. Bu zaman üstün cəhətlərdən istifadə etmək və zəif cəhətləri aradan
qaldırmaq əsasında biznesin əsas məqsədi, bu məqsədə
müvafiq olaraq strategiya
işlənir.
Strategiyanın işlənməsi dedikdə, əsas məqsədin konkretləşdirilməsi prosesi
başa düşülür. Bunun üçün əsas məqsəd özünün alt sistemlərinə, tərkib elementlərinə
bölünür. Daha dəqiq desək, əsas məqsədə nail olmaq üçün biznesin ayrı-ayrı
funksiyaları üzrə məqsədlər müəyyən edilir. Xarici və daxili mühitdə baş verən
dəyişikliklərə əsasən istər əsas məqsəd və istərsə də strategiyada lazımi düzəlişlərin
edilməsi biznesin dinamikliyinə müvafiq idarəetmə
sisteminin tətbiq edilməsi
deməkdir. Əks halda biznesdə müvəffəqiyyət qazanmaq mümkün deyildir.
Bundan sonra firmanın uzunmüddətli planı tərtib edilir. Bunun əsasında isə
fəaliyyət proqramı kimi operativ biznes- plan tərtib edilir.
Şəxsi məqsəd
Vəziyyətin təhlili
Əsas məqsəd
Strategiya
Alt məqsəd və məsələlər
Uzunmüddətli plan
Operativ
biznes-plan
Zəif və güclü cəhətlər
İstehsal-maliyyə
resursları
Əmək resursları
Maliyyə
Məhsul