iqtisadi, hüquqi, sosial,
demoqrafik, ekoloji və s. amillərin) vəziyyətinin və inkişaf
perspektivlərinin qiymətləndirilməsini nəzərdə tutur. Firma xarici mühitdə baş verən
dəyişikliklərə bilavasitə təsir göstərə bilmir.
Xarici mühitin təhlili elə bir alətdir ki, bu alətin vasitəsilə strateji planlaşdırma
mütəxəssisləri firma üçün potensial təhlükələri və yeni imkanları öncədən görmək
məqsədilə xarici amilləri nəzarətdə saxlayırlar.
Təhlükələrin və imkanlann xairci mühitin əsasən
yeddi sahəsində meydana
çıxması, xarici mühit amillərinin məhz bu sahələr üzrə aşağıdakı kimi qruplaşdırilması,
tədqiq və təhlil edilməsi firmanın xarici mühitinin inkişaf meylləri haqqında daha
dolğun təsəvvürə malik olmasına geniş şərait yaradır:
- iqtisadi amillər;
- siyasi amillər;
- bazar amilləri;
- texnoloji amillər;
- rəqabət amilləri;
- sosial amillər;
- beynəlxalq amillər.
Xarici mühitin təhlili nəticəsində firmanın fəaliyyəti üçün təhlükələr və yeni
imkanlar yaradan amillər barədə müəyyən məlumatlan əldə etdikdən sonra rəhbərlik
firmanın güclü və zəif tərəflərini təhlil etməlidir. Təhlil nəticəsində xarici mühitdə
yaranan yeni imkanlardan istifadə etmək üçün firmanın
güclü tərəfləri və yaranan
təhlükələrə uyğunlaşmaq, onlan qismən aradan qaldırmaq üçün firmanın zəif tərəfləri
qiymətləndirilməlidir. Bu təhlil
daxili mühit amillərinin təhlili adlanır. Bu təhlil
firmanın müxtəlif funksional zonalarının kompleks tədqiqinə əsaslanır və metodiki
cəhətdən sadə və mürəkkəb ola bilər.
Strateji planlaşdırma məqsədləri üçün aşağıdakı funksional zonaların müəyyən
edilməsi məqsədəuyğun hesab edilir:
- menecment:
- istehsalat;
- marketinq;
- maliyyə:
- kadr potensialı.
Firmanın fəaliyyətinə təsir göstərən xarici və daxili
amillərin təhlili elmi
ədəbiyyatda SWOT-təhlil kimi tanınmışdır. SWOT-təhlİl ingilis terminlərindən əmələ
gəlmiş: Strenghts (Güclü tərəflər), Weaknesses (Zəif tərəflər), Opportunities
(imkanlar), Threats (Təhlükələr) və firmanın güclü və zəif tərəflərinin daxili təhlilini,
eləcə də ətraf mühitin özündə daşıdığı imkanların və təhlükələrin xarici təhlilini
özündə cəmləşdirir. Ətraf işgüzar mühit dedikdə xarici təzyiq qrupları, yəni firmanın
davranışına təsir göstərən xarici mühit strukturları başa düşülür.
Xarici mühit amillərinin təhlili dünya təcrübəsində GETS modeli əsasında
aparılır. GETS modelinin adı ingilis sözlərindən əmələ gəlmişdir: Goverment
(Hökümət); Economy (iqtisadiyyat); Technology (Texnologiya); Society (Cəmiyyət).
Hökümət firmaların
fəaliyyətinə vergilərin, vergi dərəcələrinin, vergi
güzəştlərinin
müəyyən edilməsi, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması, ətraf
mühitə təsirin məhdudlaşdırılması və tənzimlənməsi, gömrük rüsumlarının
tətbiq
edilməsi və s. vasitələrlə təsir göstərir.
Ölkədə mövcud olan iqtisadi vəziyyət firmaların fəaliyyətinə böyük təsir
göstərir. Sahədə və bütövlükdə ölkədə müşahidə edilən iqtisadi artım firmaların
səmərəli fəaliyyəti və imkanlarının reallaşdırılması üçün münbit şərait yaradır. İqtisadi
tənəzzül və staqnasiya isə, öz növbəsində, əlavə təhlükələrin yaranması ilə müşahidə
olunur. Məsələn, inflyasiyanın yüksək səviyyəsi bəzi sahələr üçün (bank biznesi) əlavə
İmkanlar yaratsa da, digər sahələr üçün (sənaye) təhlükələr yaradır. Biznes sahəsində
mövcud olan vəziyyət də firmanın fəaliyyətində mühüm rol oynayır. Bu vəziyyətin
təhlil
edilməsində rəqiblərin, istehlakçıların və malgöndərənlərin araşdırılmasına
xüsusi diqqət yetirilməlidir.
Dostları ilə paylaş: