Mövzu:VII Tarix dərslərində təkrar və onun prinsipləri.
Plan:
Tədris materialının sistemli təkrar edilməsinin vəzifələri təhsil-tərbiyə.
Təkrar mühüm tarixi anlayışların və ictimai inkişaf qanunlarının mənimsənilməsi vasitəsi kimi
Şagirdlərin biliyinin qiymətləndirilməsi.
İstifadə olunmuş ədəbiyyat.
1. N.M.Kazımov, Ə.Ş.Həşimov “Pedaqogika” B. 1996
2. Şubin H.A. Vnutrişkolnış kontrol. M.1977
3. A.A.Vagin. Orta məktəbdə tarixin tədrisi metodikası. B. 1973.
4. Ə.Zahidov Tarixdən təkrar dərsləri və onun prinsipləri. Gəncə 1992.
Respublikamızın inkişafının hazırkı mərhələsində şagirdləri möhkəm biliklə silahlandırmaq, onların elmi dünyagörüşünü və milli əxlaqını formalaşdırmaq vəzifələri çox böyük əhəmiyyət kəsb etmişdir. Bunun üçün isə məktəbin təlim-tərbiyə işini hərtərəfli yaxşılaşdırmaq, dərs prosesini təkmilləşdirmək, dərslərin tərbiyəvi əhəmiyyətini yüksəltmək lazımdır.
Şagirdlərin yaddaşını əsas tarixi faktlar biliyi ilə zənginləşdirmək və təkmilləşdirmək məktəbdə tarix müəlliminin ən mühüm vəzifələrindən biridir. Şagird bilməlidir ki, ibtidai insanlar necə yaşamışlar, ən qədim quldarlıq dövlətləri necə və harada meydana gəlmişdir, Azərbaycanda ən qədim dövlət qurumları və dövlətlər nə zaman yaranmışdır, ərəb xilafəti necə meydana gəlmişdir, İslam dininin meydana gəldiyi tarixi şərait və bu dinin bəşəriyyət üçün əhəmiyyəti nədən ibarətdir. O, Azərbaycan xalqının tarixi keçmişini, milli mənafeyini, müstəqillik uğrunda mübarizə yolunu bilməlidir. Azərbaycan neftinin necə dünya şöhrəti qazanmasını, Azərbaycan Demokratik Cumhuriyyətinin tarixini, represiya və onun qurbanları haqqında öyrənməlidir. Çünki bunları və bir çox başqa tarixi faktları bilmədən doğma respublikamız haqqında məktəblinin təsəvvürləri sönük, tutqun olacaqdır. Bunları bilmək üçün tədris materialının sistemli təkrar edilməsinin mühüm əhəmiyyəti vardır. Təkrar şagirdlərin biliyinin möhkəmləndirilməsinin əsas vasitəsidir. Mühüm tarixi anlayışların və ictimai inkişaf qanunlarının mənimsənilməsinin ən yaxşı vasitəsi təkrardır.
Tarixi faktların öyrənilməsi şagirdlərdə konkret tarixi təsəvvürlər sistemi (yəni keçmişin obrazlarını və mənzərələrini öyrənmək sistemini) yaratmağı nəzərdə tutur; bu təsəvvürlər tarixi keçmişin əsas hadisələrini, onların əlaqəsi və inkişafında əks etdirməlidir.
Dostları ilə paylaş: |