Mövzu: VII tarix dərslərində təkrar və onun prinsipləri. Plan


Şagirdlərin biliyinin qiymətləndirilməsi



Yüklə 86,5 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü86,5 Kb.
#38348
növüDərs
1   2   3   4
Ttm tekrar

3. Şagirdlərin biliyinin qiymətləndirilməsi.

Məktəbdə təlim prosesi təlim-tərbiyə vəzifələrinin yerinə yetirilməsinə yönəldilmişdir, bu vəzifələrin hər biri özünün didaktik təkmilliyi ilə səciyyələnir. Təlim prosesinin zəruri komponenti yoxlama, qiymətləndirmə və hesaba almaqdan ibarətdir. Hesaba almada əldə edilən məlumat təlim işlərinin gedişi və nəticələri haqqında müəllimə məlumat verir, şagirdlərin dinamik inkişafını əks etdirir. Hesaba almanın təliumverici və tərbiyələndirici əhəmiyyəti daim şagirdin şəxsiyyətinin formalaşdırılması perspektivlərinə təsir göstərir. Hesaba alma şagirdlərdə mətinlik və səbr, öz müvəffəqiyyətlərinə və öz yoldaşlarının müvəffəqiyyətlərinə tənqidi münasibət tərbiyə edilməsinə, heysiyyət və məsuliyyət hissinin inkişafına kömək edir. Müəllimin əlimndə hesaba alma, qorxutma və cəza aləti deyil, şagirdləri fəal və müstəqil işlərə həvəsləndirmək üçün bir vasitədir.

Təlim nəzəriyyəsində ev tapşırıqlarının yerinə yetirilməsi üçün, əvvəllər öyrənilmiş materialı təkrar edib möhkəmləndirmək üçün şagirdlərin məsuliyyəti artır. Hesaba alma məlumatları, şagird, valideyinlər, şagirdin kollektivdəki yoldaşları üçün təsadüfü və gözlənilməz bir şey ola bilməz. Hesaba alma məlumatları hər bir halda şagirdlərin bilməzlikdən biliyə doğru irəliləməsini obyektiv surətdə əks etdirməli, təlim və tərbiyə prosesinin təşkilini təkmilləşdirmək üçün bir əsas olmalıdır.

Təlim nəzəriyyəsində yoxlama, qiymət vermə və hesaba alma anlayışlarının mahiyyəti və təsnifatı haqqında hələ vahid bir baxış yoxdur. Bir çox pedaqoqlar və məktəb müəllimləri bunları adekvat anlayışlar hesab edirlər. Son zamanılar didaktikada kibernetikanın əsaslarından istifadə edilməsi ilə əlaqədar olaraq təlim prosesində yoxlama, qiymətvermə və hesablama xarakteristikasına fərqli münasibət özünü göstərir.

Təlim prosesində yoxlamanın psixoloji və pedaqoji mahiyyəti şagirdlərə kömək göstərməkdən ibarətdir. Burada şagirdlərin yaradıcı qüvvələrinə və qabiliyyətlərinə etimad göstərmək, onları qarşıda qoyulmuş vəzifəni var qüvvə ilə çalışıb yerinə yetirmək üçün səfərbərliyə almaq, onların idrak marağını oyadıb gücləndirmək məsələləri ön plana keçir. Müəllimin hər bir şagirdə sakit, hörmətlə yanaşmasının yoxlama prosesində prinsipial əhəmiyyəti vardır. Burada səhv buraxan şagirdləri müəllimin kəskin bir şəkildə məzəmmət etməsi, acıqlı-acıqlı danışması, şagirdlərin işləri haqqında tələm-tələsik nəticə çıxarması yolverilməzdir.

Yoxlama təlim prinsiplərinə tam uyğun şəkildə həyata keçirilir. Yoxlama elmi surətdə əsaslandırılmalı, müntəzəm və ardıcıl aparılmalı, təlimdə şagirdlərin şüurluluq və fəallığını təmin etməli, əyani və aydın olmalı, şagirdlərdə sabit və möhkəm bilik, bacarıq və vərdişlərin formalaşmasına kömək etməlidir.

Şagirdlərin təlim-idrak fəaliyyətinin qiymətləndirilməsi müəllim üçün mürəkkəb bir pedaqoji və incə psixoloji əməliyyatdır. Bu əməliyyat müəllimdən həssaslıq və pedaqoji nəzakət tələb edir.

Beləliklə, təkrar tarix dərslərinin öyrədilməsini sistemli qurmağa kömək edir, bilikləri möhkəmləndirir. Dərketmə sahəsində şagirdin hərəkətini hərtərəfli və dərindən qiymətləndirmək, onun müvəffəqiyyətinə yardım göstərmək, çətin dəqiqələrdə onun ruhdan düşməsinə yol verməmək lazım gəldikdə isə onun qarşısında ciddi tələblər qoymaq məsələsi yalnız müəllimə etibar edilmişdir.



Düzgün təşkil olunmuş təlim, deməli, dərslərdə müxtəlif iş aparmağı tələb edir. Tarixi öyrənmək, yalnız hadisələr haqqında nağıl etmək və sonrakı dərsdə onları soruşmaq demək deyildir. Tarixi öyrətmək, düşünməyi və tarixi hadisələrdən baş çıxarmağı öyrətmək, öyrənilmiş tarix materialından nəticələr çıxarmağı və onun üzərində ümumiləşdirmələr aparmağı öyrətmək, tarixi cəhətdən düşünməyi, bütün mövzunun və kursun əsas məsələlərinin materialını şüurlu surətdə mənimsəməyi öyrətmək, kitabın, tarix sənədinin mətni üzərində işləməyi, internet səhifələrindən materiallar götürməyi, audiovizual disklərlə işləməyi, tədqiqatlar aparmağı, xəritədən baş çıxarmağı və s. öyrənmək deməkdir.
Yüklə 86,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin