Mövzu: VII tarix dərslərində təkrar və onun prinsipləri. Plan


Tədris materialının sistemli təkrar edilməsinin təhsil-tərbiyə vəzifələri



Yüklə 86,5 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü86,5 Kb.
#38348
növüDərs
1   2   3   4
Ttm tekrar

1. Tədris materialının sistemli təkrar edilməsinin təhsil-tərbiyə vəzifələri.

Tarix tədrisində yerinə yetirilən tərbiyə işinin əsasını biliklərin verilməsi təşkil edir. Öz ölkəsini, xalğını sevməkdən ötrü ölkənin və xalqın tarixi keçmişini bilmək lazımdır. Məzlumların zalımlara qarşı mübarizəsinə rəğbət göstərməkdən ötrü məzlumların nə kimi bir şəraitdə zülm edildiyini bilmək lazımdır.

Tarix tədrisində təlim ilə tərbiyənin vəhdəti təlim-tərbiyə prosesinin bu cəhətləri arasında süni əlaqə yaradılmasından ibarət deyildir. Bu vəhdət tarix müəlliminin işinin öz mahiyyətindədir və bu vəhdət onun şagirdlərlə apardığı bütün gündəlik işini əhatə edir.

Müəllim öz fənnini mükəmməl bilməklə, onun metodikasını öyrənməklə yanaşı dərsdə şagirdlərin fəaliyyətini ustalıqla idarə etməyi, ciddi, lakin canlı, emosional öyrənməyi də bacarmalıdır.

Müasir dərs necə olmalıdır? Dərsə verilən başlıca müasir tələblər bunlardır:

1) dərsdə əsas didaktik vəzifənin müəyyənliyi; 2) dərsin quruluşunun aydınlığı; 3) təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici vəzifələrinin dərsdə vəhdətdə həyata keçirilməsi; 4) dərsdə əks əlaqənin ardıcıl təmin olunması; 5) dərsdə şagird fəallığının və şüurluluğunun təmin edilməsi; 6) anlayışların formalaşmasına əyani və texniki vasitələrin xiddmət etməsi; 7) dərsdə fərdi və kollektiv işinin uzlaşdırılması; 8) dərsin vaxtından səmərəli istifadə edilməsi; 9) tədris materialının sistemli təkrar edilməsi və şagirdlərin hafizəsində möhkəmləndirilməsi.

Azərbaycan Respublikasında təhsil milli zəminə, bəşəri dəyərlərə əsaslanır, dünyəvi xarakter daşıyır; Azərbaycan Respublikasının konstitusiyasına, Təhsil haqqında Qanuna, digər qanunvericilik aktlarına və beynəlxalq hüquq normalarına uyğun həyata keçirilir.

Tərbiyəedici təlim anlayışına şagirdlərin müstəqil düşünmələrinin əsaslarını qoyan təlim anlayışı da daxildir. Təlimlə tərbiyənin vəhdəti yalnız təlim, mənimsəmə prosesinin bütün mərhələlərində şagirdlərin özlərinin fəal çalışmaları şərti ilə əldə edilə bilər.

Məktəbdə tarix tədrisinin qarşısında duran maarifləndirici və tərbiyəvi vəzifələri düzgün həll etmək şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almadan mümkün deyildir.

V-VI sinif şagirdləri faktik məlumatların öyrənilməsinə qızğın həvəs göstərirlər, tarixi fakta canlı maraq büruzə verirlər. Bu onlar üçün səciyyəvi cəhətdir. Bu sinifin şagirdləri müəllimi çox diqqətlə dinləyir, maraqlı tarixi faktlar haqqında müəllimə çoxlu suallar verirlər.

Kiçik məktəbli müəllimin hekayəsini dinləyərkən, monitorda kompüter vasitəsilə görüntülənən audiovizual dərsliklərə baxdıqca, müəllimin danışdıqları hadisələrdə və gördükləri filmlərdə fikrən iştirak edir, keçmişin qəhrəmanları ilə birlikdə o, yürüşlərdə, mərdlik və vuruşlarda rəşadət göstərirlər. Dərsdən sonra həmin şagird öz dostları ilə dərsdə tanış olduğu hadisələri təkrar edən oyunlar təşkil edir, dərsdə tanış olduğu tarixi şəxsiyyəti özünə ideal seçir, bir sözlə gələcəyə bir qəhrəman kimi yetişir.

Yuxarı sinif şagirdləri tarixi faktları toplamaqdan daha çox bu faktların mənasını düşünməyə və onları ümumiləşdirməyə səy göstərəcəkdir. Tarix dərsində onu hadisələr haqqında təkcə parlaq hekayə deyil, eyni zamanda və daha artıq dərəcədə tarixi faktlar arasında rabitənin yaradılması, qanunauyğunluqların aşkar edilməsi, nəzəri ümumiləşdirmələr maraqlandıracaqdır.

Şagirdlərin maraq dairəsini genişləndirmək, onlarda tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək, dərslikdəkindən daha da geeniş məlumatlar əldə etmək üçün müəllim onları internetdən istifadə edərək elektron kitabxanalardan, “Wikipediya”dan, “Google” və s. bu kimi internet şəbəkələrindən əlavə məlumatlar əldə etməyi təklif edir.

Bu cür keçilən dərslər və şagirdlərin özü tərəfindən aparılan araşdırmalar biliklərin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Köhnə dərsin soruşulması, kartoçkalar vasitəsilə sualların paylanması, qruplarla iş, əməkdaşlıq və s. şagirdlərin tarix materialları ilə işləmək bacarıqlarını, tarix xəritəsini oxumaq və onu sərbəst izah etmək bacarığını, tarixi faktları müqayisə və təhlil etmək bacarığını inkişaf etdirir.

Dərsin gedişində digər fənlərə - çoğrafiya, fizika, kimya, riyaziyyat və s. –inteqrasiya olunması şagirdlərdə daha geniş və şaxəli fikir yürütmə və axtarıcılıq qabiliyyətini gücləndirir.

Dərsdə problem situasiyanın yaradılması, motivasiya şagirdlərin şüurunu inkişaf etdirir, köhnə biliklərin təzələnməsinə, yaddaşın möhkəmlənməsinə xidmət edir. Ümumiyyətlə, fəal təlimin tarix dərslərinə tətbiqi, ənənəvi üsula nisbətən daha müsbət nəticə verir. Belə ki, şagird köhnə dərsi təkrarlayır və yeni dərsi elə həmin dərsdəcə mənimsəyir. Bundan başqa dərsin bu cür tədrisi ən zəif şagirdi belə aktivləşdirir, onun da dərsə marağını artırır.

Tədris-təhlil və ideya-tərbiyə vəzifələri nə qədər müxtəlif olsa da, tarix dərsi daxili biliyi və bitkinliyi ifadə edir. Hər şeydən əvvəl hər bir dərsin öz mövzusu vardır. Müəllim proqramı və dərsliyin məzmununu rrəhbər tutaraq dərsin mövzusunu müəyyən edir. Bir neçə dərsi birləşdirən böyük mövzu elə parçalanmalıdır ki, hər bir dərs mövzu birliyini ifadə etsin. Mövzu birliyinin pozulması nəticəsində dərsin ideya istiqaməti itər, ev işinin düzgün təşkil edilməsi pozular.

Hər bir dərs nəinki məzmununa, həm də işin xarakterinə görə bitmiş tam bir vahiddir. Dərsdə onun üsulları və növləri göstərilməlidir ki, sonralar şagirdlər onları müstəqil surətdə həyata keçirərək ev tapşırığını yerinə yetirsinlər. Şərh olunmuş material təhlil edilməli, dərk olunmalı və həmin dərsdə lazımi dərəcədə möhkəmləndirilməlidir.

Hər bir təcrübəli tarix müəllimi bilir ki, dərs materialının seçilməsi və yerləşdirilməsi, onun keçilməsi gedişində dərs əvvəlki mövzunun axırını və yeni mövzunun əvvəlini özündə birləşdirin, mövzu birliyinin pozulması nəticəsində dərsin ideya istiqaməti itər, ev işinin düzgün təşkil edilməsi pozulur.

Hər bir dərs nəinki məzmununa,həm də işin xarakterinə görə bitmiş tam bir vahiddir. Dərsdə onun onun usulları və növləri göstərilməlidir ki, sonralar şagirdlər onları müstəqil sürətdə həyata keçirərək, ev tapşırığını yerinə yetirsinlər. Şərh olunmuş material təhlil edilməli, dərk olunmalı və həmin dərsdə lazımi dərəcədə möhkəmləndirilməlidir.

Didaktik cəhətdən dərsin yalnız bu cür bitkinliyi şəraitində müəllim öyrənilən materialın düzgün qavranılmasını, dərk edilməsini və möhkəmləndirilməsini, sistemli təkrar edilməsini, şagirdlər tərəfindən müəyyən bilik və bacarıqların əldə edilməsini təmin edər.

Hər bir təcrübəli tarix müəllimi bilir ki, dərs materialının seçilməsi və yerləşdirilməsi, onun keçilməsi gedişində istifadə edilən bütün didaktik üsul və metodlar dərsin əsas ideyasına, onun konkret tədris-təhsil vəzifələrinin həll edilməsinə tabe edilmişdir.


Yüklə 86,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin