Mövzu: VII tarix dərslərində təkrar və onun prinsipləri. Plan


Təkrar mühüm tarixi anlayışların və ictimai inkişaf qanunlarının mənimsənilməsi vasitəsi kimi



Yüklə 86,5 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü86,5 Kb.
#38348
növüDərs
1   2   3   4
Ttm tekrar

2. Təkrar mühüm tarixi anlayışların və ictimai inkişaf qanunlarının mənimsənilməsi vasitəsi kimi.

Biliyin əsaslı mənimsənilməsi və möhkəm yadda qalmasına kömək edən üsullardan biri də təkrardır. İcra etdiyi konkret didaktik vəzifəyə görə təkrarı üç əsas növə ayırmaq olar; yeni mövzunun mənimsənilməsinə xidmət edən təkrar, unutmanın qarşısını alan təkrar, unutmanın qarşısını alan təkrar, ümumiləşdirici və sistemləşdirici təkrar.

Birinci halda müəllim qabaqcıl keçilmiş materiallardan eləsini müəyyənləşdirir ki, onun təkrarən öyrədəcəyi mövzunun şüurlu başa düşülməsinə zəmin yaratsın, müəllim belə materialı yenidən nəzərdən keçirməyi yadda qaldığını növbəti dərsdə yoxlayır və nəzərdə tutduğu yeni mövzunu həmin əsasda öyrətməyə başlayır.

İkinci halda müəllim keçdiyi hər bir mövzunun cari təkrarını təşkil edir ki, mənimsənilmiş bilik, fakt, qanun, teorem, qayda şagirdlərin hafizəsində möhkəmlənsin, unutmanın qarşısı alınsın. hər hansı biliyin, qanunun, qaydanın unudulduğunu müəyyənləşdirdiyi halda isə müəllim həmin materialın təkrarını şagirdlərə tapşırır. bəzən belə tapşırıq bütün sinfə deyil, ayrı-ayrı şagirdlərə aid olur.

Üçüncü halda təkrar müxtəlif dərslərdə şagirdlərin əldə etdikləri biliklərin ümumiləşdirilməsinə və sistemə salınmasına xidmət edir. Təkrarın bu növündə müəllim bir-biri ilə bağlı olan və bir-birini tamamlayan bir neçə paraqrafı (mövzunu) oxumağı və bəzi suallara cavab hazırlamağı şagirdlər təklif edir. Suallar elə ifadə edilir ki, şagirdlər nəzərdə tutulmuş paraqrafları (mövzuları) diqqətlə araşdırmalı olurlar. Müəllim dərslərdən birində şagirdlərin cavablarını müzakirəyə qoyur, öz biliklərini ümumiləşdirməkdə və sistemə salmaqda şagirdlərə köməklik göstərir.

Tarixi anlayışlar ictimai hadisələri onların inkişafında əks etdirirlər. Buradan da şagirdlər tərəfindən mənimsənilən tarixi anlayışların daha da inkişaf etdirilməsi üzərində daim işləmək zərurəti irəli gəlir. Tarixi anlayışın inkişaf etdirilməsi və zənginləşdirilməsi onun daha da konkretləşdirilməsi yolu ilə, yəni cəhətlərinin, digər anlayışlarla əlaqələrinin açılıb göstərilməsi yolu ilə, bəzi hallarda isə anlayışın parçalanması və tarixi inkişafın ziddiyyətlərini, müxtəlifliyini, dialektikasını daha dəqiq, daha dolğun əks etdirən iki yeni anlayışın əmələ gəlməsi yolu ilə həyata keçirilir.

XVII əsr İngiltərə inqilabının və XVIII əsr Fransa inqilabının materialında burjua inqilabı haqqında təşəkkül tapmış anlayış 1848-ci il inqilabları öyrənilərkən zənginləşir. Almaniyadakı və Avstriya-Macarıstandakı inqilabın şimalında şagirdlər yeni faktla rastlaşırlar; yeni tarixi şəraitdə burjuaziya burjua inqilabına başçılıq etmək və onu qələbəyə çatdırmağa qabil olmur. Rusiyadakı 1905-1907-ci illər inqilabının materialı üzərində şagirdlər bilavasitə öz vəzifələrinə görə proletarianın burjua inqilabında necə hecemon olduğunu öyrənirlər.

Burjua inqilabının vəzifələri haqqında anlayış da eyni ilə bu cür zənginləşir və fərqlənir. Aydınlaşır ki, Almaniyadakı 1848-ci il inqilabının əsas vəzifəsi onu vahid milli dövlətdə birləşdirməkdir. Avstriya-Macarıstandakı inqilabın vəzifəsi isə - Avstriya imperiyasını dağıtmaq və bir sıra müstəqil milli dövlətlər yaratmaqdır.

Anlayışın parçalanmasına milli birliyin vəzifəsi haqqında anlayışın inkişaf etdirilməsi misal ola bilər. “Almaniyada 1848-ci il inqilabı”, “Almaniyanın birləşdirilməsi”, “İtaliyanın birləşdirilməsi” mövzularının materialında o, iki anlayışa; “aşağıdan birləşdirmə” və “yuxarıdan birləşdirmə” anlayışlarına parçalanır.

Kənd təsərrüfatında kapitalizmin inkişafı haqqında anlayışlar və bir çox digər anlayışlar da bunun kimi parçalanır. Tarixi anlayışları inkişaf etdirmək, onları parçalamaq üzərində aparılan iş, tarix materialında şagirdlərin anlayışlarının inkişafına müəllimin necə nail olmasına misaldır;

Biz ictimai-tarixi hadisəni əks etdirən anlayışları tədricən açıb göstərərək və dərinləşdirərək çalışırıq ki, şagirdlər tərəfindən mənimsənilən bu anlayışlarda tarixi hadisələrin inkişafı, onların birindən digərinə keçməsi dialektikası əksini tapsın.

Təkrar mühüm tarixi anlayışların və ictimai inkişaf qanunlarının mənimsənilməsində mühüm vasitədir. Lakin müəllim şagirdlərə məktəb kursundakı bütün tarixi anlayışları eyni dərəcədə dəqiq, dolğun və dərin izah etməyi özünə borc saysa səhv etmiş olardı. Anlayışların açılması dərinliyi və dəqiqləşdirilməsi dərəcəsi, birincisi, müəyyən yaşda olan şagirdlərin imkanları ilə, ikincisi, anlayışın təşəkkül tapmasına əsas olan kokret-tarix materialının məzmunu və həcmi ilə (bu da öz növbəsində, əsas etibarı ilə məktəb proqramının çərçivəsi və dərsliyin məzmunu ilə müəyyən edilir) və üçüncü, müəyyən anlayışı məktəb kursunda öyrənilən tarixi prosesi dərk etmək üçün bu və ya digər dərinliklə mənimsəməyin zəruriliyi ilə müəyyən edilir.

Anlayışı onun bütün həcmi və məzmununun mürəkkəbliyi ilə mənimsəmək həmin yaşda şagirdlərə çətin olduğu hallarda, biz onlara konkret tarixi təsəvvürlər veririk ki, bunların ümumiləşdirilməsi müəyyən anlayışdır, lakin nəinki ona tərif verməkdən, həm də müvafiq termin tətbiq etməkdən imtina edərək, bir sıra təqribi terminlərlə, xüsusi təriflərlə, konkret xarakteristikalarla kifayətlənirik.

Məsələn, biz şagirdlərə nə V sinifdə, nə də VII sinifdə “sinfin” tam və geniş tərifini vermirik, hərçənd bu anlayışdan tam mənası ilə hər dərsdə istifadə edirik. Lakin şagirdlərlə aparılan gündəlik iş nəticəsində onlarda bir sıra mühüm əlamətləri daxil edən təqribi anlayış əmələ gəlir. Həmin sinif istehsal vasitələrilə malikdirmi, istismar edir və ya özü istismara məruz qalır, işləyir və ya işləmir, hansı quruluşda ağalıq edir.

Bu cür halların əksəriyyətində məktəb təliminin müxtəlif mərhələlərində tarixi anlayışa mərhələ-mərhələ, konseptrik halda yiyələnirlər. “İstismar” anlayışını təşəkkül etdirmək üzrə iş məhz bu cür aparılır. V sinifdə dərslik və müəllim qulların istismarı haqqında anlayışı yalnız ən sadə formada açıb göstərirlər. Dərslikdə deyilir ki, mis alətlərin və kotanın tətbiq edilməsi ilə, “tarlada toplanan məhsul, torpağı becərən adamları yedizdirib doyurmaq üçün nəinki kifayət edirdi, hətta artıq da qalırdı”.

Beləliklə, “izafi məhsul” termini əvəzinə beşinci sinif şagirdləri üçün hələlik çox dəqiq olmayan “artıq” məhsul termini tətbiq edilir.

VI sinifdə “Feodal malikanəsi” mövzusunda apilikasiyalardan və yazı taxtasında təbaşirlə çəkilmiş çertyojdan istifadə edərək, biyarda və öz pay torpağında işləyən kəndlini, feodal torpağından və kəndli pay torpağından götürülən məhsulu əyani surətdə göstərmək, feodal istismarını, kəndlinin əməyinin məhsulunu, izafi məhsulu mənimsəməyi kimi əyani surətdə göstərmək olar. Daha sonra VIII sinifdə İngiltərədə sənaye çevrilmiş və yeni tarix kursundakı digər mövzuları və 1861-ci ildən sonra kapitalist istismarının sirrini ən sadə formada açmaq imkanına malikdir.

Tarixi anlayışların təşəkkülünə məktəb tarix kursunun ən yüksək, son vəzifəsi kimi baxmaq səhv olardı. Orta məktəbin yuxarı siniflərində tarix təliminin məqsədi yalnız ayrı-ayrı tarixi anlayışların və hətta tarixi anlayışlar sisteminin mənimsənilməsi ilə bitmir. Həm konkret təsəvvürlərin yaradılması, həm tipik surətlər formasında ümumiləşdirmə, həm də ümumi anlayışların təşəkkülü şagirdlər tərəfindən tarixin aydın başa düşülməsinə yiyələnməyə xidmət edir. Məktəbli tərəfindən mənimsənilmiş anlayışların özləri tarixi faktları, hadisələri, prosesləri dərk etmək vasitəsidir.

1789-cu il Fransa inqilabının ilkin şərtləri materialında mənimsənilmiş inqilabi situasiya haqqında anlayış, sonralar 1861-ci il ərəfəsində Rusiyada inqilabi situasiyanı, 1905-ci il rus inqilabı və 1917-ci il fevral inqilabı ərəfəsində inqilabi situasiyanı təhlil edərkən məktəbliyə xidmət edir. “1861-ci il kəndli islahatı” mövzusunda mənimsənilmiş kəndli icması və pay torpaqları haqqında anlayışlar “Stalinin aqrar islahatı” kimi mürəkkəb mövzu öyrənilərkən tətbiq edilir.

Yuxarı siniflərdə tarixi prosesin daha cox dərindən dərk edilməsi sadəcə olaraq konkret təsəvvürlərdən mücərəd alnayışlara kecidən ibarət olmayıb, həm konkret təsəvvürlərin,həm də ümumü tarixi anlayışların onların dialektik vəhdətdə inkişafı, zənginləşməsi, məzmunun mürəkkəbləşməsidir.

Müəllim orta məktəb şagirdlərində tarixi faktlardan və tarixi inkişafın əsas qanunlarından baş çıxarmaq bacarığı yetişdirərək, onları müasir dövrün məsələlərinə düzgün yanaşmaqda kömək edir.


Yüklə 86,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin