1. MÜƏSSISƏNIN MAHIYYƏTI VƏ ƏSAS ƏLAMƏTLƏRI. Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın
ödənilməsi və mənfəət əldə edilməsi məqsədi ilə məhsul istehsal edən, satan,
müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxslər olmaqla müstəqil təsərrüfat
subyektidir. Müəssisə müstəqil olaraq öz fəaliyyətini həyata keçirir. Məhsul
istehsal edir, vergiləri və digər məxburi ödənişləri ödədikdən sonra mənfəətin
qalan hissəsini öz sərəncamında saxlayır.
Müəssisənin əsas vəzifəsi məhsul istehsal etməklə, müəyyən işləri yerinə
yetirməklə, xidmətlər göstərməklə ictimai tələbatın ödənilməsindən ibarətdir.
Bundan əlavə, müəssisənin vəzifəsinə müəssisənin əmək kollektivi üzvlərinin
qanunvericilik əsasında sosial-iqtisadi maraqlarının müdafiə edilməsi, mənfəət
əldə olunması, onun reallaşdırılması, həmçinin büdcə, təsərrüfat partnyorları, mal
göndərənlərlə, istehlakçılar, bank və digər təşkilatlarla qarşılıqlı münasibətlər
yaradılınası və s. daxildir.
Müəssisə öz fəaliyyətini həyata keçirmək üçün öz əmlakını forma-
laşdırır və ondan tam təsərrüfat səlahiyyətləri çərçivəsində istifadə edir.
Müəssisənin əmlakının formalaşma mənbələrinə aşağıdakılar daxildir:
- müəssisənin təsisçilərinin pul və digər maddi formada vəsait ödənişləri; - məhsulun reallaşdırılmasından, istehsal və xidmətlərin yerinə yetirilməsindən əldə edilən gəlirlər; - kapital qoyuluşları və müxtəlif səviyyədə büdcədən ayrılmış dotasiyalar, qiymətli kağızların satışından əldə edilən gəlirlər;
- təmənnasız (geri qaytarılmamaq şərti ilə) və xeyriyyə ödənişləri; - müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşların könüllü ianələri;