3.Azərbaycanda biznesin inkişafının müasir vəziyyəti
Bazar iqtisadiyyatının formalaşması və dinamik inkişafında, daxili bazarın
yerli xammala əsaslanan məhsullarla zənginləşdirilməsində, əhalinin həyat
səviyyəsinin yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılması və məşğulluğun
səviyyəsinin artırılmasında, azad rəqabət mühitinin yaradılmasında və digər sosial-
iqtisadi problemlərin həllində biznesin və onun mühüm istiqaməti olan sahibkarlıq
fəaliyyətinin inkişaf etdirilməsi müstəsna rol oynayır.
Son illər müstəqil Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin
inkişafı ilə bağlı böyük miqyaslı və strateji əhəmiyyətli tədbirlər həyata keçirilib.
Dövlət əmlakının özəlləşdirilməsi, aqrar islahatın və institutsional struktur
dəyişikliklərin həyata keçirilməsi sahibkarlıq fəaliyyətinin və bütövlükdə milli
iqtisadiyyatın formalaşması və inkişafına təkan vermişdir.
Sahibkarlığın inkişafının sürətləndirilməsi, kiçik və orta sahibkarlığın
səmərəii bazar iqtisadiyyatı sisteminin formalaşmasında və beynəlxalq iqtisadi mühitə
uyğunlaşmasında, ölkənin iqtisadi və sosial problemlərinin həllində rolunun
gücləndirilməsi Azərbaycan Dövlətinin iqtisadi siyasətinin öncül istiqamətlərindən
birini təşkil edir.
Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi üçün bir sıra
tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci
il 24 iyun tarixli 610 nömrəli və 2002-ci il 17 avqust tarixli 753 nömrəli fərmanları ilə
müvafiq olaraq “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi
proqramı (1997-2000-ci illər)” və “Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” qəbul edilərək icra
edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq
2008- ci il 25 avqust tarixli 3004 nömrəli və 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli
sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “2008-2015-
ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı”nda, eləcə də 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosialiqtisadi inkişafı Dövlət Proqramı”nda, 2014-cü il 26 dekabr tarixli 964 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair
2015-2020-ci illər üçün Dövlət Proqramı”nda və milli iqtisadiyyat və iqtisadiyyatın
11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritələrində sahibkarlığın inkişafı, biznes
mühitinin daha da yaxşılaşdırılması, sahibkarların hüquqlarının və qanuni
mənafelərinin müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin
görülməsi nəzərdə tutulmuşdur.
Ölkədə məşğulluğun təmin edilməsi, qeyri-neft ixracının artırılması,
biznes mühitinin inkişafı kimi strateji məsələlərdə sahibkarların rolunun
yüksəldilməsinə, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına
təkan vermək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 aprel
tarixli 1988 nömrəli Sərəncamı ilə aprel ayının 25-i Azərbaycanda “Sahibkarlar Günü”
kimi təsis edilmişdir.
Eyni
zamanda, sahibkarlıq sahəsində
aparılan
yoxlamaların
dayandırılması, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən
rüsumların məbləğlərinin dəfələrlə azaldılması, icazələrin verilməsi prosedurlarının
sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması üzrə işlərin
davam etdirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı Apellyasiya
Şuralarının yaradılması, ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə”
prinsipinin tətbiq olunması, ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7
il müddətində vergi və gömrük güzəştlərinin verilməsi, idxal-ixrac əməliyyatları
zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük
xidmətlərinin daha da genişləndirilməsi, tələb olunan sənədlərin və prosedurların
sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən
keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış
sistemlərinin yaradılması, dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması,
dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata
keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin
yaradılması və s. işlər həyata keçirilmişdir. Azərbaycanda biznes mühiti daha da
yaxşılaşdırılmış və ölkə Dünya Bankının “Doing Business 2017” hesabatında bəzi
göstəriciləri üzrə yüksək nəticə əldə etmişdir. Beynəlxalq təcrübəyə uyğun elektron
hökumət portalının yaradılması ilə dövlət xidmətləri daha da genişləndirilmişdir. KOS
üçün innovasiya çərçivəsi həm infrastruktur (məsələn, sənaye parkları, texnologiya
parkları və biznes inkubatorları), həm də maliyyə dəstəyi (informasiya və
kommunikasiya texnologiyaları (IKT) sektoru üçün xüsusi fondun yaradılması)
vasitəsilə yaxşılaşdırılmışdır. Həmçinin ölkədə KOS subyektlərinin inkişafına birbaşa
təsir edəcək islahatların ünvanlılığının təmin olunması üçün Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli “Iri, orta və kiçik sahibkar
meyarları”nın təsdiq edilməsi haqqında” qərarı ilə KOS subyektlərinin meyarları
müəyyənləşdirilmişdir. Meyarlara uyğun olaraq 2015-ci il üzrə qeydiyyatdan keçmiş
hüquqi və fiziki sahibkarlıq subyektlərinin 1 faizi iri, 2 faizi orta, 97 faizi isə kiçik
sahibkarlardır.
Biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyinin artırılması,
vergi–gömrük idarəetməsinin keyfiyyətinin daha da yüksəldilməsi, bazara daxilolma
məhdudiyyətlərinin minimuma endirilməsi, eyni zamanda, azad rəqabət mühitinin
təmin edilməsi biznes mühitinin yaxşılaşdırılmasına imkan verəcəkdir. Bununla
yanaşı, dövlət sektorunun kommersiya fəaliyyətini (sənaye, nəqliyyat, rabitə, maliyyə
xidmətləri və s.) məhdudlaşdırmaqla özəl təşəbbüskarlıq üçün imkanları
genişləndirmək mühüm əhəmiyyət kəsb edir. Yeni artım yanaşmasının maliyyələşmə
mənbələrinin
genişləndirilməsi
islahatların
gündəliyində
duran
mühüm
məsələlərdəndir. İlk növbədə, dövlət və özəl maliyyələşmə mənbələrinin imkanlarının
dəqiqləşdirilməsinə, xarici investisiya qoyuluşlarının ciddi şəkildə təşviq edilməsinə
ehtiyac vardır.
● Dövlət maliyyələşdirməsi. İlk növbədə prioritet inkişaf sektorlarının
müəyyənləşdirilməsi lazımdır. Bundan sonra, həmin sahələrə Sahibkarlığa Kömək
Milli Fondu və digər maliyyə mənbələrinin vəsaitləri hesabına sahəvi kreditləşməni
reallaşdırmaq mümkündür.
● Özəl yığımların investisiyaya yönəldilməsi. Biznes mühitinin
yaxşılaşdırılması biznes və ev təsərrüfatlarının yığımlarının investisiya şəklində
iqtisadiyyatın inkişafına yönəldilməsinə imkan verə bilər.
● Xarici maliyyələşmə mənbələrinin genişləndirilməsi. Ölkədə məhkəmə
hüquq islahatlarının sürətləndirilməsi, qanunun aliliyinin təmin edilməsi xarici
investorların biznes təşəbbüslərinin genişlənməsinə təkan verə bilər. Bu islahatların
aparılması ilə yanaşı, xaricdə intensiv şəkildə investisiya yarmarkalarının keçirilməsi,
prioritet sektorlara investisiya qoyuluşlarında müəyyən imtiyazların verilməsi (daxili
investorlarla eyni şərtlərlə) yeni artım yanaşmasının xarici mənbələr hesabına
maliyyələşdirilməsini asanlaşdıra bilər.
Yeni artım yanaşmasının effektivliyinin təmin edilməsi üçün iqtisadi
siyasətin və iqtisadi siyasət quruculuğu prosesinin və icrası mexanizmlərinin daha da
təkmilləşdirilməsinə və müasirləşdirilməsinə ehtiyac vardır. Bunun üçün aşağıdakı
islahatlar tələb olunur:
● Fiskal siyasətin səmərəliliyinin yüksəldilməsi. Yeni iqtisadi yanaşmada
fiskal siyasətin dominantlığını azaltmaqla ötürücülüyün yüksəldilməsi mühüm
istiqamətlərdən biridir. Region ölkələri və əsas ticarət tərəfdaşları ilə müqayisədə
rəqabətqabiliyyətli qeyri–neft sektorunun şaxələndirilməsi büdcənin vergitutma
bazasının da genişləndirilməsini dəstəkləyə bilər. Bu istiqamətdə təxirə salınmadan
optimal və rəqabətqabiliyyətli biznes və investisiya imkanlarının genişlənməsinə
imkan verən çərçivənin qurulması məsələsinə baxıla bilər. Digər tərəfdən, fiskal
idarəetmənin texnokratik çərçivəsinin təkmilləşdirilməsi baxımından kontr–tsiklik
fiskal qaydaların tətbiqi, şəffaflıq və hesabatlılığın, dövlət investisiyalarının idarə
edilməsinin keyfiyyətinin daha da yüksəldilməsi əsas prioritetlərdəndir.
● Pul–məzənnə siyasətinin səmərəliliyinin yüksəldilməsi. Bu istiqamətdə
ən mühüm çağırış pul siyasətinin iqtisadiyyata ötürücülüyünün yüksəldilməsidir.
Yüksək ötürücülüyün təmin edilməsi istiqamətində banklararası pul bazarının
qurulması, pul siyasətinə etimadın yüksəldilməsi ilə dollarlaşmanın azaldılması,
iqtisadi gözləntiləri adekvat idarəetmə çərçivəsinin qurulması, maliyyə sabitliyi
siyasəti ilə koordinasiyanın daha da gücləndirilməsi tələb edilir.
● Proqnozlaşdırıla bilən iqtisadi siyasət modeli. İqtisadi siyasətin iqtisadi
agentlər tərəfindən proqnozlaşdırıla bilməsi adekvat gözləntilərin formalaşmasına və
bu əsasda rasional qərarların qəbul edilməsinə imkan verir. Bunun üçün iqtisadi siyasət
orqanlarının gözləntilərin formalaşdırılması mexanizmlərini təkmilləşdirmək,
ictimaiyyətə ötürülən informasiya və təhlillərin təsirini əvvəlcədən nəzərə almaq,
hökumət daxilində ictimaiyyətlə əlaqələrə koordinasiya olunmuş qaydada və yüksək
diqqətlə yanaşılmasını təmin etmək lazımdır. Şəffaflıq və hesabatlılığın ən yüksək
səviyyədə
qurulması,
bizneslə
səmimi
əməkdaşlıq
münasibətlərinin
möhkəmləndirilməsi iqtisadi siyasətin və islahatların effektivliyini yüksəldəcəkdir.
● Yüksəksəviyyəli koordinasiyanın təmin edilməsi. Makroiqtisadi,
struktur siyasətinin formalaşdırılması və icrası zamanı qurumlar arasında koordinasiya
institutunun möhkəmləndirilməsinə, effektivliyin daha da yüksəldilməsinə ehtiyac
vardır. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli
Fərmanı ilə Maliyyə Sabitliyi Şurası yaradılmışdır. Şuranın fəaliyyətinin daha da
genişləndirilməsi iqtisadi siyasətin səmərəliliyinin yüksəldilməsinə imkan verəcəkdir.
Regionların mövcud potensialını reallaşdırmaqla sahibkarlığın inkişafının
sürətləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
Dostları ilə paylaş: |