Mövzu satişin həVƏSLƏndirilməsi план



Yüklə 252,5 Kb.
səhifə12/14
tarix18.01.2023
ölçüsü252,5 Kb.
#79595
1   ...   6   7   8   9   10   11   12   13   14
m-vzu-5

1. Məhsulun yeri. Məhsula aid olan bir sıra əsas gö­s­təricilər qısa şəkildə şərh olunur. Məhsulun bazarda mövqeyi, həyat dövranının hansı mərhələsində olması, istehlakçıların məhsula münasibəti müəyyənləşdirilir.
2. Qarşıdan gələn il üçün məqsədlər müəyyənləş­diri­lir. Hesabat ilində satışın həvəsləndirilməsi üzrə təd­birlə­rin yerinə yetirilməsi qeyd olunur. Həmin fəaliyyətin nə­ticəsi təhlil edilir, problemlər və imkanlar göstərilir.
3. Stimullaşdırmanın intensivliyi. Proqramda sti­mullaşdırmanın nə dərəcədə intensiv olması öz əksini tapmalıdır. Stimullaşdırmanın intensivlik səviyyəsinin aşağı həddi həyata keçirilən tədbirlərin səmərəliliyinin aşağı səviyyəsini, daha çox stimul yaradan yüksək inten­sivlik səviyyəsi isə əldə edilən səmərənin yüksək həddini təmin edir. Stimullaşdırma tədbirlərinin intensivliyinin yüksək olması satışın həcminin artırılmasını təmin edən əsas amillərdən biri hesab olunur.
4. Stimullaşdırma tədbirləri haqqında məlumatla­rın yayılması vasitələri. Stimullaşdırma proqramı işlənib ha­zırlanarkən stimullaşdırma tədbirləri haqqında məlu­matları necə yaymaq, onlara olan marağı necə güclən­dirmək məsələlərini aydınlaşdırmaq lazım gəlir. Əmtəələ­rin dəyərindən güzəştlər təklifini bildirən kuponları poçt vasitəsilə, satıcıların vasitəsilə, əmtəələrin qablaşdırıldığı qabların içərisinə qoymaqla və digər üsullarla istehlakçı­lara çatdırmaq mümkündür. Bu üsulların hər birinin özünə xas olan əhatə dairəsi və xərcləri mövcüddür. Odur ki, stimullaşdırma proqramını işləyib hazırlayan mütə­xəssislər bu üsullardan birini seçirlər və o proqramda xüsusi qeyd olunur.
5. İştirak şərtləri. Stimullaşdırma tədbirlərinin yö­nəldiyi məqsədli auditoriya ya ümumi istehlakçı kütlə­sindən, ya da xüsusi istehlakçı qrupundan və fərdi isteh­lakçılardan ibarət ola bilər. Proqramda ayrı-ayrı stimul­laşdırma tədbirlərində kimlərin iştirak edəcəyi və onların iştirakının şərtləri müəyyənləşdirilir. Məsələn, uduşlu mal satışlarında müraciət bütün istehlakçı kültəsinə yönəl­dilsə də mükafatlar yalnız uduşlu qapaqları, çay qutula­rından çıxan uduşlu kağızları təqdim edənlərə verilir.

Yüklə 252,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin