Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Elmi cəhətdən əsaslandırılmış normaların işlənib hazırlanmasında analitik-hesablama, təcrübi-eksperimental və statistik metodlardan istifadə olunur



Yüklə 0,95 Mb.
səhifə20/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   16   17   18   19   20   21   22   23   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Elmi cəhətdən əsaslandırılmış normaların işlənib hazırlanmasında analitik-hesablama, təcrübi-eksperimental və statistik metodlardan istifadə olunur.
Analitik-hesablama metodu, nisbətən əməktutumlu olmasına baxmayaraq, ən mütərəqqi metod hesab edilir. Normanın bu metodla müəyyən olunması qabaqcıl texniki, təşkilati və iqtisadi amillərin nəzərə alınmasına əsaslanır. Bu zaman texnoloji xəritə, resept, təşkilati-texniki tədbirlər haqqındakı mötəbər məlumatlar, normanın tərkibini müəyyən edən hər bir ünsür üzrə aparılan hesablama işlərində əsas kimi götürülür.
Analitik-hesablama metodu vasitəsilə norma müəyyən edilməzdən qabaq istehsal şəraiti, texnika və texnologiyanın mütərəqqilik səviyyəsi, əmək prosesinin mütəşəkkillik dərəcəsi, ölkənin qabaqcıl müəssisələrinin və habelə xarici ölkə müəssisələrinin iş təcrübələri hərtərəfli öyrənilir və təhlil olunur.
Normanın müəyyən olunmasının başqa bir metodu təcrübi-eksperimental metoddur. Laboratoriya və ya istehsalatda təcrübələr aparmaqla məhsul vahidinin istehsalı ilə əlaqədar olacaq məsrəfin faydalı həcmi (hissə və məmulatın təmiz çəkisi), texnoloji və habelə təşkilati səbəblər nəticəsində itki və tullantıların miqdarı müəyyən edilir və bunlara əsasən, məsrəf norması hesablanır. Haqqında bəhs edilən təcrübələr ideal təşkilati-texniki şəraitdə deyil, bir növ bütün analoji müəssisələri təmsil edə biləcək bir şəraitdə, həm də plan dövründə istehsal prosesində baş verə biləcək bütün keyfıyyət dəyişiklikləri (yeni texnikanın tətbiqi, fəhlənin ixtisas səviyyəsinin yüksəldilməsi və s.) nəzərə alınmaqla aparılır.
Köməkçi materialların məsrəf norması müəyyən ediləndə, habelə yeni mənimsənilən, daha doğrusu, ilk dəfə istehsal olunan məhsul üçün material məsrəfi norması hesablananda, əsasən, təcrübi-eksperimental metoddan istifadəyə üstünlük verilir.
Material məsrəfınin normalaşdırılmasında istifadə olunan metodlardan biri də statistik hesablama metodudur. Bu metoddan analitik hesablama və təcrübi metodların tətbiqi qeyri-mümkün olan şəraitdə istifadə edilir. Metodun səciyyəvi cəhəti ötən dövrdə faktik material sərfi haqqındakı məlumatlar əsasında məsrəf normasının orta statistik ölçüsünün statistik təhlil və hesablama yolu ilə müəyyənləşdirilməsindədir. Bu metod nöqsanlıdır. Statistik metodla hesablanılan norma materialdan keçmiş illərdə istifadə zamanı yol verilmiş nöqsanları (israfçıhq, normadan artıq tullantı və itkilərə yol verilməsi) bir növ özündə saxlayır və həmin nöqsanların plan ilində təkrar baş verməsinə imkan yaradır. Bundan əlavə, statistik metod əsasında hesablanmış məsrəf norması plan ilinin təşkilati-texniki şəraitini özündə əks etdirə bilmir (keçən ilin məlumatlarına görə hesablandığından) və elə buna görə də o, yeni texnikanın və mükəmməl texnologiyanın tətbiqini ləngidir, istehsalın təşkilinin qabaqcıl formalarına keçilməsinə maneçilik törədir və xüsusilə, materiala tələbatın həcmini süni surətdə şişirdir.
Məsrəf norması statistik metodla hesablanarkən daha uzun dövrün faktik materiallarından istifadə edilməsi, müəyyən olunmuş məsrəf normasının ölçüsündə mütərəqqiliyə doğru təshihlər aparılması həmin normaların mötəbərliyini bir qədər artıra bilər.
Planların tərtibində hesablamanın əsasında duran norma və normativlər mütərəqqi olarsa, müəssisə, resurslarm məhdudluğu şəraitində daha yüksək təsərrüfat nəticələrinə nail ola bilər.
Müəssisənin ayrı-ayrı bölmələri arasında ən səmərəli proporsiya və kəmiyyət əlaqələrini müəyyən etmək üçün balans metodunun müstəsna əhəmiyyəti var. Balans metodunun mahiyyəti planın elementləri (bölmələri) arasında əlaqə yaratmaqdan, plan tapşırıqlarınm uzlaşdırılması və planın texniki-iqtisadi cəhətdən əsaslandırılmasından ibarətdir.
Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasında istifadə olunan bu metod planın bütün bölmə və göstəriciləri arasında əlaqə yaradılmasına, onların kəmiyyət asıhlığının müəyyən edilməsinə imkan verir. Onun köməyi ilə iqtisadi cəhətdən əsaslandırılmış vahid, real planın işlənib hazırlanmasına, planda yarana biləcək müəyyən uyğunsuzluqların və nəhayət, istehsaldaxili ehtiyatların müəyyən olunaraq səfərbərliyə alınmasına nail olmaq mümkün olur. Balans metodunun köməyi ilə optimal planların tərtib edilməsi işi xeyli asanlaşır.
Bazar iqtisadiyyatı sisteminə daxil olmuş ölkələrin proqnozlaşdırma, proqramların tərtibi və planlaşdırma praktikasında geniş istifadə edilən metodlardan biri də qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqidir. Bu metodun mahiyyəti inkişaf etmiş hər hansı bir xarici ölkənin bu və ya digər sahədə qabaqcıl iş təcrübəsinin geniş təhlili əsasında mütərəqqi istehsal göstəricilərinə nail olmağa kömək göstərən amillərin müəyyən edilməsidir; plan ilində istehsalın təşkilini və habelə texnika və texnologiyanı təkmilləşdirən metodların yayılmasından və həyata keçirilən təsərrüfat tədbirindən əldə ediləcək səmərənin aşkar olunmasıdır. Hətta, müəssisənin inkişaf planının tərtibində həmin metoddan istifadə müəssisənin texniki-iqtisadi göstəricilərinə müsbət planda təsir etməyə bilməz.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin