Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə17/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   13   14   15   16   17   18   19   20   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Planın kompleksliliyi hər bir bölmənin qarşısında duran bütün məsələləri onun tam əhatə etməsi, hər bir istehsal vahidi planının digər bölmələrin fəaliyyət planları arasında qarşılıqlı əlaqə, planlaşdırılan obyektin və onunla əlaqədar olan bölmələrin fəaliyyətilə bağlı olan bütün işlərin planda tam əks olunması deməkdir.
Beləliklə, müssisənin fəaliyyətinin planlaşdırma sistemi onun əsas vəzifələrinin və planlaşdırma prinsiplərinin reallaşdırıldığı planların məcmusudur.
Planların növlərini aşağıdakı əlamətlər üzrə təsnifləşdirmək olar:
- əhatə etdiyi dövrə görə;
- funksional baxımdan;
- idarəetmə iyerarxiyasına görə;
- planlaşdırma iyerarxiyasına görə.
Əhatə etdiyi dövrə görə planlar aşağıdakı növlərə bölünür:
- qısamüddətli planlar (əhatə etdiyi dövr 1 ildən az olan);
- ortamüddətli planlar (1 ildən 5 ilə qədər dövrü əhatə edənlər);
- uzunmüddətli planlar (əhatə etdiyi dövr 5 ildən çox olanlar). Planların əhatə etdiyi dövr müddəti proqnozlarm keyfiyyətindən, planlaşdırma obyektindən, planlaşdırılan müəssisə və sahədən, məhsulun həyat tsiklindən, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin vəziyyətindən və s. asılıdır.
Fmıksional əlamətə görə planlar satış planına, istehsal planına, maddi-texniki təminat planına, maliyyə planına, investisiya planına və s. bölünür.
İdarəetmə iyerarxiyası əlaməti üzrə planların təsnifləşdirilməsi ümumi planlaşdırma, şöbələr və bölmələr üzrə planlaşdırmanın və iş yerlərinin planlaşdırılmasının fərqləndirilməsini, həmçinin təşkilati-struktur baxımdan planlaşdırmanın növlərə ayrılmasını nəzərdə tutur.
Planlaşdırmanın iyerarxiyası əlaməti üzrə növlərə ayrılması planların bir-birinə tabeliyi baxımından bölünməsinə əsaslanır. Yəni yuxarı səviyyədə dayanan plan özündən sonrakı səviyyədə tərtib olunan planda öz əksini tapan tapşırıqların çərçivəsini müəyyən edir. Bu əlamət üzrə planlar üç növə bölünür:
- strateji;
- taktiki;
- operativ.
Qeyd etmək lazımdır ki, bəzən strateji, taktiki və operativ planları uyğun olaraq uzunmüddətli, orta müddətli və qısamüddətli planlarla eyniləşdirirlər. Bu planlar bir-birlərinə yaxın olsalar da, strateji, taktiki və operativ planlar bir-birlərindən dövr müddəti ilə yanaşı dəqiqliyə, differensiallığa və s. əlamətlərə görə fərqlənirlər.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin