Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Müəssisədə istehsalın təşkili formaları



Yüklə 0,95 Mb.
səhifə13/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   9   10   11   12   13   14   15   16   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

2.4. Müəssisədə istehsalın təşkili formaları

İstehsalın təşkili formaları istehsal prosesinin elementlərinin arasında zaman və məkan baxımından yaranan sabit əlaqələr sisteminin müxtəlifliyini ifadə edir. Müxtəlif zaman və məkan strukturuna malik sistemlər istehsalın müxtəlif təşkili formalarını əmələ gətirir. Bunlara texnoloji, predmet, düzxətli, fərdi və qarışıq formalar aiddirlər.


İstehsal prosesinin təşkilinin texnoloji forması əmək predmetlərinin ardıcıl verilməsinə əsaslanan sex strukturları ilə xarakterizə olunur. Bu forma texnoloji prosesdə dəyişikliklərin baş verdiyi xırda seriyalı istehsallarda daha səmərəlidir. Eyni zamanda bu formanın bir sıra çatışmazlıqlan da vardır. Belə ki, istehsalın təşkilinin bu formasında detalların say çoxluğu və onların emal prosesində hərəkətinin təkrar olunması bitməmiş istehsalın həcminin və emal ediləcək detalların saxlanma məntəqələrinin sayının artmasma gətirib çıxarır. İstehsal tsiklinin xeyli hissəsini istehsal sahələri arasındakı əlaqələrin mürəkkəbliyi ilə bağlı olan vaxt itkisi təşkil edir.
İstehsalın təşkilinin predmet forması xammal və materialm istehsala verilməsinin paralel - ardıcıl ötürülməsi ilə qarışıq məkan strukturuna əsaslanır. Predmet strukturuna əsaslanan istehsal sahəsində texnoloji prosesin əvvəlindən axırına qadər detallar qrupunun emalı üçün zəruri olan bütün avadanlıqlar quraşdırılır. İstehsal sahələrinin predmet üzrə qurulması düzxətliliyi təmin edir və detalların hazırlanmasının istehsal tsiklini qısaldır. İstehsalın təşkilinin texnoloji formasına nisbətən bu forma detalların nəqli xərclərini və məhsul vahidinə düşən istehsal sahələrinə tələbatı azaltmağa imkan verir. Bununla belə, bəzən bu habelə avadanlıqların tam yüklənməsi təmin edilmir. Bundan başqa, buraxılan məhsulun nomenklaturasının genişləndirilməsi və ya yeniləşdirilməsi istehsal sahələrinin dövri olaraq yenidən planlaşdırılmasını, avadanlıqlar parkının texnoloji strukturunun dəyişdirilməsini tələb edır.
İstehsalın təşkilinin düzxətli forması əmək predmetlərinin texnoloji prosesə ardıcıl verilməsi əsasında xətti strukturla xarakterizə olunur. İstehsalın təşkilinin bu forması ixtisaslaşma, düzxətlilik, fasiləsizlik, paralellik kimi prinsiplərə riayət olunmasını təmin etməyə imkan verir. İstehsalın təşkilinin bu formasının tətbiqi istehsal tsiklini qısaltmağa, əməyin ixtisaslaşması hesabına iş qüvvəsindən daha səmərəli istifadə etməyə, bitməmiş istehsalın həcmini azaltmağa şərait yaradır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin