Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


İstehsalm paralellik prinisipinə əsaslanan təşkili



Yüklə 0,95 Mb.
səhifə12/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   8   9   10   11   12   13   14   15   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

İstehsalm paralellik prinisipinə əsaslanan təşkili formasında istehsal tsiklinin uzunluğu (Ti.t.p) aşağıdakı kimi hesablamr:

T i.t.p = Td + (N-l)xTə.u


Burada, Tə.u - ən uzun vaxt tələb edən əməliyyatın yerinə yetirilməsinə sərf olunan vaxtdır.


Əmək predmetlərinin texnoloji prosesə paralel-ardıcıl (qarışıq) verilməsinə əsaslanan istehsalın təşkili forması ardıcıl və paralel formalarının ortaq formasıdır və aryı-ayrılıqda onlardan hər birinə məxsus çatışmazlıqları qismən aradan qaldırır. Məmulatlar əməliyyatdan - əməliyyata nəqliyyat partiyaları ilə verilir. Bu zaman avadanlıqlardan və işçi qüvvəsindən fasiləsiz istifadə təmin edilir, texnoloji prosesin əməliyyatları üzrə detallar partiyasının paralel verilməsi də mümkün olur.
İstehsalın təşkilinin paralel - ardıcıl (qarışıq) formasında istehsal tsiklinin uzunluğu (Ti.t.q) aşağıdakı kimi müəyyən olunur:

T i.t.q=Td + (N-l)x(Tu-Tq)


Burada, TU - uzunmüddətli (daha yüksək əməktutumlu) əməliyyatlara sərf


olunan vaxtların cəmidir;
Tq - qısamüddətli (daha az əməktutumlu) əməliyyatlara sərf olunan
vaxtların cəmidir.
İki qısamüddətli əməliyyatlar arasında icra olunan əməliyyatlar uzunmüddətli, uzunmüddətli əməliyyatlar arasında yerləşənlər isə qısamüddətli hesab olunur. Əgər əməliyyat bir tərəfdən uzunmüddətli, digər tərəfdən isə qısamüddətli əməliyyatla həmsərhəddirsə, onda bu nəzərə alınmır.
İstehsalın təşkilinin məkan strukturu istehsal meydançasında yerləşdirilmiş texnoloji avadanlıqların miqdarı (iş yerlərinin sayı və onların əhatə olunduqları sahədə əmək predmetlərinin hərəkət istiqaməti üçün nəzərdə tutulmuş yerlərlə müəyyən olunur. Texnoloji avadanlıqların (iş yerlərinin) miqdarından asılı olaraq xüsusiləşmiş iş yerinə malik birhəlqəli istehsal sistemi və sex, xətti və qarışıq strukturlu çoxhəlqəli istehsal sistemi fərqləndirilir.
İstehsal prosesinin sex strukturu texnoloji həmcinslik üzrə ixtisaslaşmanı nəzərdə tutan avadanlıqların (iş yerlərinin) materialları axınına paralel yerləşdirlməsinə əsaslanan istehsal sahələrinin yaradılması ilə xarakterizə olunur. Bu halda istehsal sahəsinə daxil olan detallar sərbəst iş yerlərindən birinə yönəldilir və burada da zəruri emal tsiklindən keçəndən sonra digər istehsal sahəsinə (sexə) verilir.
Xətti struktura malik sexlərdə isə avadanlıqlar (iş yerləri) texnoloji proses üzrə yerləşdirilir və detallar partiyası istehsal sahəsində bir iş yerindən digərinə ardıcıl verilərək emal olunurlar.
İstehsalın təşkilinin qarışıq strukturu isə xətti və sex strukturlarının əlamətlərini özündə birləşdirir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin