Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə4/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   2   3   4   5   6   7   8   9   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

1.2. Sənayenin sahə quruluşu

Xalq təsərrüfatı bır çox sahələrdən sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, rabitə və s. ibarətdir. Lakin xalq təsərrüfatının əsasını, bünövrəsini sənaye təşkil edir.


Sənaye iri maddi istehsal sahəsi olub, əmək alətlərinin və xalq istehlakı mallarinin istehsalı ilə məşgul olur. Sənayedə maşın və avadanlıgın bütün növləri, bina və qurğular üçün konstruksiyalar yaradılır, faydalı qazıntılar (yanacaq, filiz, duz, qeyri-filiz materialları) hasil edilir, bitki və heyvandarlıq xammalı emal olunur, istehlak əşyaları hazırlanır.
Sənaye xalq təsərrüfatının aparıcı sahəsi olub özünün bir sıra xarakterik xüsusiyyətlərinə görə xalq təsərrüfatının digər sahələrindən fərqlənir.
Sənayeni xalq təsərrüfatının digər sahələrindən fərqləndirən əsas xüsusiyyətləri aşagıdakılardır.
1. Sənayenin, xüsusilə onun elektroenergetika, maşınqayırma və kimya sənayesi kimi sahələrinin inkişafı bütünlükdə xalq təsərrüfatında elmi-texniki tərəqqinin sürətləndirilməsi üçün əsasdır.
2. Sənaye, xüsusilə ağır sənaye, bütün iqtisadiyyatın özülü, ölkənin bütün subyektlərinin ıqtisadi inkişafının və geniş təkrar istehsalının əsasıdır.
3. Ölkənin müdafiə qabiliyyəti xeyli dərəcədə sənayenin inkişafı səviyyəsi ilə müəyyən edilir.
4. Ölkə vətəndaşlarının xalq istehlakı malları ilə təminatı yüngül və yeyinti sənayesinin inkişafından asılıdır.
Sənaye bir-birilə qarşılıqlı əlaqədə olan çoxlu sayda sahələrdən ibarətdir.
Sənaye sahəsi istehsal olunan məhsulun iqtisadi təyinatının vəhdəti, istehlak olunan materialların həmcinsliyi, texniki bazanın və texnoloji proseslərin ünumiliyi, kadırların xüsusi peşə tərkibi və xüsusi iş şəraiti ilə səciyyələnən müəssisələrin məcmusundan ibarətdir.
Senayenin sahə quruluşu buraya daxil olan sahələrin və komplekslərin tərkibini, sənaye istehsalının ümumi həcmində onların payını əks etdirir. Senayenin sahə quruluşu həmişə hərəkətdədir, dəyişmədədir, daha doğrusu, mühüm struktur dəyişiklikləri baş verir. Sahə quruluşunun formalaşmasına bir sıra amillər təsir edir. Həmin amillər aşagıdakılardır.
1. Elmi-texniki tərəqqinin sürətlənməsi. Məhz bu amilin təsiri ilə yeni sənaye sahələri və istehsallar yaranır. Məsələn, Elmi-texniki tərəqqinin təsiri ilə son dövrlərdə qarışıq yem istehsalı sənayesi, enerji maşınqayırma, kosmik texnikanın istehsalı və s.kimi sahələr meydana gəlmişdir.
2. Dövlətin iqtisadi siyasəti. Dövlət öz siyasətini yeridərkən iqtisadi və sosial baxımdan daha əhəmiyyətli sənaye sahələrini dəstəkləyə bilər və bununla da onların inkişaf sürətlərinə təsir edər.
3. Sənaye emalı üçün yararlı olan faydalı qazıntıların ölkədə mövcudluğu. Bu və ya başqa faydalı qazıntılarla ölkə nə qədər zəngin olarsa bütün başqa şərtlər eyni olduqda sənaye istehsalının ümumi həcmində hasilat sahələrinin payı daha çox olar.
4. Xalqın mədəni səviyyəsinin və maddi rifah halının vəziyyəti. Xalq istehlakı mallarının əldə etmək qabiliyyəti xalqın maddi həyat səviyyəsindən asılıdır ki, bu da onları istehsal edən sahələrin inkişafı üçün əsasdır. Ölkədə əhalinin orta təbəqəsinin olması uzunmüddətli istifadə mallarını istehsal edən sahələrin inkişafına yardım göstərir.
5. Ənənəvi formalaşmış ixtisaslaşma.
6. Dövlət büdcəsindən maliyyələşdirilən kapital qoyuluşlarının plan sahə quruluşu.
Senaye sahəsini ilkin istehsal baxımdan ümumi şəkildə iki böyük bölməyə ayırmaq olar.
1. Hasilat sənayesi
2. Emal sənayesi
Hasilat sənayesinin özü də bir çox sahələrdən və yarımsahələrdən ibarətdir. Bura hər şeydən əvvəl dağmədən, meşəemalı sənayesi, dəniz mədənləri, su təchizatı, ovçuluq-mədən təsərrüfatı, bir sözlə xammal və yanacaq çıxarılması və s. aiddir. Bu sahənin məhsulunun 75%-ə qədəri ən böyük yarımsahə olan dağmədən sənayesinin payına düşür. Bu yarımsahədə isə əsas yeri neft-qaz sənayesi tutur. Qalan hissə isə kömür və filiz çıxarılması sahələrinin payına düşür. Emal sənayesi daha mürəkkəb bir kompleks olub özündə 300-dən artıq sahə və yarımsahəni birləşdirir.
Emal sənayesini qruplaşdırılmış şəkildə 4 bölməyə ayırmaq olar.
1. Konstruksiya materialları və kimyəvi məhsullar istehsalı.
2. Maşınqayırma və metalemalı
3. Yüngül sənaye
4. Yeyinti sənayesı.
Bunlardan başqa sənaye sahələri aşağıdakı bir sıra xüsusiyyətlərinə görə də fərqlənirlər.
1. İstehsal etdiyi məhsulun iqtisadi təyinatına görə sənaye sahələri iki yerə ayrılır.
1. Ağır sənaye sahələri
2. Yüngül sənaye sahələri
Ağır sənaye sahələrində istehsal vasitələri istehsal olunur. Belə ki bu saneye sahələrinin istehsal etdiyi məhsullar digər sənaye sahələrinin istehsal avadanlıqlarını təşkil edir.
Yüngül sənaye sahələrində isə xalq istehlakı malları istehsal olunur.
Lakin elə sənaye sahələri vardır ki, onlar həm istehsal vasitələri və həm də xalq istehlakı malları istehsal edir. Bu zaman bu sənaye sahələrini fərqləndirmək üçün həmin sənaye sahələrinin istehsal etdikləri məhsulların xüsusi çəkisinə baxılır. Əgər istehsal vasitələri istehsalının xüsusi çəkisi böyükdüsə bu ağır sənaye sahələrinə, əks halda yüngül sənaye sahələrinə aid edilir.
2. İstifadə etdikləri xammal bazasının ümumiliyinə görə, məsələn, metal emalı müəssisələri
3. Texnoloji proseslərin ümumiliyinə görə məsələn, kimya müəssisələri
4. Öz tərkibinə çoxlu sayda sahələr daxil olan kompleks sahələr. Məsələn, kimya sənayesi




    1. Yüklə 0,95 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin