Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Mövzu 2. Müəssisədə istehsal prosesi və onun təşkili



Yüklə 0,95 Mb.
səhifə6/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   2   3   4   5   6   7   8   9   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mövzu 2. Müəssisədə istehsal prosesi və onun təşkili


2.1. İstehsal prosesinin mahiyyəti


İstehsal prosesi əsas, köməkçi və xidmətedici əmək və habelə təbii proseslərin məcmusu olub, onların qarşılıqlı təsiri və əlaqəlaləri vasitəsilə xammal və ya materialın hazır məhsula çevrilməsi texnologiyasıdır.
Başqa sözlə, müəssisənin istehsal prosesi ənıək cisimlərinin (xammal, material və s.-nin) hazır məhsula çevrilməsinə yönəldilmiş müxiəlif maşın və avadanlıqların vasitəsilə həyata keçirilən texnoloji əməliyyatları özündə birləşdirir, onların məcmusudur. İstehsal prosesi məhsulun istehsah ilə bağlı, insanların silahlandıqları texnika vasitəsi ilə əmək cisimlərinə yönəltdiyi məqsədyönlü, qarşılıqlı təsir və əlaqələri olan işlərin vəhdətidir.
Müəssisədə istehsal prosesinin özü də müstəqil, lakin bir-birilə bağlı olan mərhələlərə bölünür. İstehsal prosesinin hər bir mərhələsi, məxsusi (yaxud xüsusi) proseslərdən ibarət olur. Xüsusi proseslər məhsul istehsalının müəyyən mərhələsinin bitkinliyi ilə xarakterizə olunur (məsələn, tökmə sexində - torpağın hazırlanması, formanın (qəlibin) qurulması, metalın əridilməsi, ərintinin qəliblərə tökülməsi və s.). Xüsusi proseslər özü də texnoloji (əsas) və köməkçi əməliyyatlara bölünürlər.
Əməliyyat - istehsal prosesinin xüsusiləşdirilmiş tərkib hissəsi olmaqla - bir iş yerində bir və ya bir neçə işçi tərəfindən əmək predmeti (xammal, material, yarımfabrikat) üzərində ardıcıl yerinə yetirilən işlərin cəmindən ibarətdir.
İstehsal prosesinin əməliyyatlara şaxələnməsi və hər bir əməliyyatın tərkibi istehsalın miqyası və ixtisaslaşdırma səviyyəsindən, tətbiq olunan texnika və texnologiyadan və habelə istehsalın təşkilindən asıhdır.
Texnoloji baxımdan əməliyyatlar keçidlərə (fazalara) bölünürlər.
Keçidlər (fazalar) - istehsal prosesinin texnoloji baxımdan həmcins, təşkilati baxımdan ayrılmaz hissəsi olub, əmək predmetinin emalı üçün istifadə olunan istehsal komponentlərinin və avadanlıqların tərkibcə və habelə sonuncuların iş rejimlərinin sabitliyi ilə səciyyələnir.
Əməliyyatlar fəhlə əməyinin strukturu baxımından həm də fəndlərə və əməllərə bölünür.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin