Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


) Ekspert qiymətləndirmə metodu



Yüklə 0,95 Mb.
səhifə39/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   35   36   37   38   39   40   41   42   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

2) Ekspert qiymətləndirmə metodu
Bu metod istehsal gücünün hesablanması üçün zəruri olan məlumatlar olmadığı halda istifadə edilir. Yaradılmış ekspert qrupu mövcud olan məlumatlar, özlərinin bilik və təcrübələri əsasında istehsal gücünü müəyyən edirlər. Bu metoddan:
a) yeni, analoqu olmayan məhsulun istehsalı zamanı;
b) müəssisənin perspektiv inkişaf planı layihələndiriləndə;
c) müxtəlif metodla hesablanmış istehsal gücləri müqayisə edildikdə istifadə olunur.
Müəssisənin istehsal gücünün hesablanmasında xüsusi diqqət tələb edən bir amil də avadanlığın vaxt fondudur. İstehsal gücü əmək alətlərinin, sadəcə olaraq, mexaniki güclərinin məcmusu deyildir; əmək alətlərinin texniki gücləri öz-özlüyündə hələ istehsal gücü ola bilməzlər, onlar yalnız canlı əməklə birləşdirildiyi təqdirdə istehsal gücünə çevrilə bilərlər. İstehsal gücünü texniki (mexaniki) gücdən fərqləndirən bir cəhət də, mexaniki gücün kəmiyyətinin avadanlığın vaxt fondundan asılı olmamasıdır. İstehsal gücünün həcmi isə avadanlığın iş vaxtı fondu ilə müəyyən olunur. Başqa bir cəhət isə, istehsal gücünün həcminə istehlak edilən xammalın keyfıyyəti, fəhlələrin mədəni-texniki səviyyələri, istehsal olunan məhsulun texniki səviyyəsi təsir etdiyi və həmin amillər dəyişkən olduqlarından istehsal gücü də dəyişdiyi halda, avadanlığın texniki gücü hər hansı istismar şəraitində öz ölçüsünə görə nə artmır və nə də azalmır.
Avadanlığa məxsus, tərkibinə görə biri-birindən fərqli olan, müxtəlif vaxt fondları mövcuddur: təqvim vaxt fondu, rejim vaxt fondu, plan və ya maksimum mümkün vaxt fondu, faktiki işlənmiş vaxt fondu və nəhayət, işlənmiş dəzgah-növbələr.
Bunlardan istehsal gücünün hesablanması üçün ən realı rejim vaxt fondudur. Çünki bu vaxt fonduna iş günü olmayan istirahət və bayram günləri aid edilmir.
İqtisadi ədəbiyyatda qeyd edilən amillər nəzərə alınaraq, müxtəlif sahələr üçün istehsal gücünün hesablanmasına müxtəlif metodlar tətbiq olunur. Bu metodlar, adətən, qurulmuş avadanlıqların və istehsal meydançasının maksimum yüklənməsi əsasında müəssisənin aparıcı istehsal sahələri və sexin istehsal güclərinin hesablanmasına əsaslanır.
Müəssisənin istehsal proqramının əsaslandırılması istehsal gücüniin ilin hər hansı ayına, ilin əvvəlinə və ya axırına deyil, orta illik ölçüsü vasitəsilə aparılmalıdır. Orta illik istehsal gücü ilin əvvəlinə mövcud olan istehsal gücünə il ərzində işə salınan istehsal gücünü əlavə etməklə, il ərzində istehsaldan kənar edilən istehsal gücünün çıxılması yolu ilə hesablamhr. Bunun üçün aşağıdakı düsturdan istifadə etmək olar:

Burada, Mo.q - müəssisənin orta illik istehsal gücüdür;
Mi.ə. - ilin əvvəlinə istehsal gücü;
Md - il ərzində əlavə olunan istehsal gücü;
Mç - il ərzində ləğv olunan istehsal gücü;
Nı və N2 - müvafiq olaraq istehsal gücünün işə salındığı və yeni istehsal gücünün ləğvi aylarından ilin sonuna qalan ayların sayıdır; 12 - ildəki ayların sayıdır. Bütün bunlarla yanaşı müəssisələr hər ilin yekunlarına görə istehsal gücündən istifadə səviyyəsini (Si.g.) müəyyənləşdirməli olurlar. Bu məqsədlə aşağıdakı düsturdan istifadə edilir:

Burada, M - illik məhsul buraxılışının həcmi;
İg - ilin sonuna istehsal gücüdür, çıxış istehsal gücüdür.
Nəzəri baxımdan faktiki məhsul buraxılışının həcmi (M) istehsal gücünə (İg), başqa sözlə, kəsrin qiyməti 1-ə bərabər ola bilər. Lakin, bu, praktiki cəhətdən, demək olar ki, qeyri-mümkündür.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin