Mövzu 5. Müəssisənin dövriyyə fondları və dövriyyə vəsaitləri
5.1. Dövriyyə vəsaitlərinin mahiyyəti, onların tərkibi və strukturu
5.2. Dövriyyə vəsaitlərinin normallaşdırılması
5.3. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri
5.1. Dövriyyə vəsaitlərinin mahiyyəti, onların tərkibi və strukturu
Dövriyyə fondları istehsal fondlarının ikinci tərkib hissəsidir və yalnız bir istehsal dövrünə xidmət edir, həmin dövr ərzində təmamilə sərf edilir, öz dəyərini bütövlükdə yeni istehsal edilən əmtəə üzərinə keçirir.
Dövriyyə fondlarına əmək predmetləri və əsas fondlarm bir sıra elementləri - avadanlığın təmiri üçün ehtiyat hissələri, az qiymətli və tezaşınan alətlər, inventar daxil edilir.
İstehsal fəaliyyəti prosesində hər bir müəssisə tədavül prosesinə xidmət edən tədavül fondlarına malik olur. Tədavül fondu əsasən hazır məhsullardan ibarət olur. Onların bir hissəsi müəssisənin anbarlarında yerləşir və qablaşdırmanı, komplektləşdirməni, alıcıya göndərilməsini gözləyir. Tədavül fondunun digər hissəsini alıcıya göndərilmiş, yolda olan və ya alıcıya çatan ancaq hələlik haqqı ödənilməmiş hazır məhsullar təşkil edir. Tədavül fondlarına həmçinin müəssisənin banklarda olan hesablaşma hesablarındakı və müəssisənin kassasındakı pul vəsaitləri də daxil edilir.
Dövriyyə fondları bir istehsal dövründə iştirak edir, həmin dövr ərzində təmamilə istehlak edilir, öz dəyərlərini bütövlükdə yeni məhsul üzərinə keçirir və əsas fondların amortizasiyası ilə birlikdə əmtəədə maddiləşmiş köhnə dəyəri ifadə edir. İstehsal prosesində həmin köhnə dəyərə yeni yaradılmış dəyər əlavə edilir.
İstehsal prosesi zamanı dövriyyə fondları (əmək predmetləri) tədavül fondlarına, başqa sözlə hazır məhsula çevrilir ki, onlar da sonradan (reallaşdırıldıqdan sonra) pul forması alır. Müəssisənin məhsul satışından əldə etdiyi pulun xeyli hissəsi yenidən əmək predmetlərinin alınmasma, əmək haqqına sərf edilir və proses yenidən təkrar olunur. Beləliklə, dövriyyə fondları və tədavül fondları ardıcıl olaraq biri digərinə çevrilir. Bu həmin fondları bir kateqoriyada -dövriyyə vəsaitlərində birləşdirməyə imkan verir. Beləliklə, dövriyyə vəsaitləri dövriyyə fondlarının və tədavül fondlarının dəyər göstəricisi ilə ifadə olunmuş məcmusundan ibarətdir və həm istehsal prosesinə, həm də tədavül prosesinə xidmət edir.
Sənayenin dövriyyə vəsaitlərinin tərkibi və strukruru istehsal prosesinin xüsusiyyətlərindən asılıdır. İstehsal fondlarının tərkibində əsas fondlarla dövriyyə vəsaitlərinin nisbəti də istehsal prosesinin xüsusiyyətlərindən asılıdır. Neft-kimya müəssisələrində dövriyyə vəsaitlərinin xüsusi çəkisi istehsal fondlarının 9 -10%-ni təşkil edir.
Hal-hazırda xalq təsərrüfatında qəbul edilmiş təsnifata görə dövriyyə vəsaitlərinin tərkibinə aşağıdakılar daxil edilir (şəkil 5.1).
- istehsal ehtiyatları (xammal, əsas və köməkçi materiallar, yanacaq, reagentlər, kənardan alınmış yarımfabrikatlar, qablar, ehtiyat hissələri, az qiymətli və tezaşınan predmetlər, təsərrüfat inventorları);
- bitməmiş istehsal və öz istehsalı olan yarımfabrikatlar;
- digər əmək predmetləri və gələcək dövrün xərcləri (səmərələşdirmə və ixtiralarla bağlı xərclər, yeni növ məhsul istehsalı üzrə layihələrin işlənməsi, yeni növ məhsulun istehsalının mənimsənilməsi üzrə xərclər və s.);
- müəssisənin anbarında olan hazır məhsullar;
- alıcıya göndərilmiş, yolda olan, ancaq haqqı hələ ödənilməmiş hazır məhsullar;
- müəssisənin banklarda olan hesablaşma hesablarındakı və kassasında olan pul vəsaitləri;
- müəssisənin mal göndərənlərlə və alıcılarla hesablaşmalarında olan vəsaitlər.
Xammal və əsas material dedikdə istehsal edilən yeni məhsulun tərkibinə daxil olan, onun əsasını təşkil edən və ya bu prosesdə əsas komponent rolunu oynayan materiallar başa düşülür. Köməkçi materiallar dedikdə isə texnoloji prosesin gedişində iştirak edən, onun sürətinə, məhsulun növünə və keyfıyyətinə təsir edən, ancaq onun əsasını təşkil etməyən materiallar başa düşülür (məsələn, katalizatorlar, reagentlər və s.)
Bitməmiş istehsal dedikdə məhsulun istehsalı mərhələsində olan, hələlik hazır məhsula çevrilməmiş əmək predmetləri başa düşülür. Yarımfabrikatlara isə emala daxil olan, ancaq bu müəssisə daxilində emalının davamına ehtiyacı olan əmək predmetləri aid edilir.
Sənayenin dövriyyə vəsaitləri eyni zamanda yuxarıda qeyd edilən bütün formalarda mövcud olur və fasiləsiz olaraq dövr edir (biri digərinə çevrilir). Dövriyyə vəsaitlərinin ümumi həcmində hər bir qrupun xüsusi çəkisi müəssisənin istehsal və texnoloji xüsusiyyətlərindən, onun yerləşdiyi coğrafi məkandan (malgöndərən və mal alanlarla hansı məsafədə yerləşməsindən), maddi - texniki təchizatın təşkilindən, istifadə olunan nəqliyyat vasitələrinin növündən və s. asılıdır. Ümumiyyətlə götürüldükdə, neft - kimya müəssisələrində dövriyyə vəsaitlərinin təxminən 65%-ni dövriyyə fondları (əmək predmetləri) təşkil edir ki, onlann da 60%-i istehsal ehtiyatlarından (xammal, əsas və köməkçi materiallar, kənardan alınan yarımfabrikatlar, yanacaq, ehtiyat hissələri, az qiymətli, tezaşınan predmetlər və s.) ibarət olur.
Yeni material dəyərləri (yeni dəyər) istehsal prosesində yarandığından, istehsal prosesinə xidmət edən dövriyyə vəsaitlərinin xüsusi çəkisi dövriyyə vəsaitlərinin ümumi həcmində artdıqca istehsalın səmərəliliyi də artmış olur. Başqa sözlə, dövriyyə vəsaitlərinin ümumi həcmində dövriyə fondlarının xüsusi çəkisinin artması istehsalın səmərəliliyinin artmasına müsbət təsir göstərir
Dövriyyə vəsaitləri
Тядавцл фондлары
Dövriyyə fondları
istehsal ehtiyatları
амбарларда олан щазыр мящсул
битмямиш истещсал вя юз истещсалы олан йарымфаб-рикатлар
эяляъяк дюврцн хяръляри
xammal, əsas və
köməkçi
materiallar
алыъыйа эюндя-рилмиш, йолда олан, щаггы юдянилмямиш щазыр мящсул
yanacaq, reagentlər
kənardan alınmış yarımfabriktlar
мцяссисянин кассасындакы пул
qablar, ehtiyat
hissələri
мцяссисянин банклардакы щ/щесабларын-дакы пул
az qiymətli, tez xarab olan predmetlər inventarları
мцяссисянин тяряфдашлары иля щесаблашмала-рында олан вясаитляр
Şəkil 5.1. Dövriyyə vəsaitlərinin tərkibi və quruluşu
.
Neft-kimya müəssisələrində dövriyyə vəsaitlərinin tərkibi əsasən aşağıdakı nisbətlərdə olur:
1. İstehsal ehtiyatları, yekun - 64,9%
o cümlədən:
- xammal, əsas materiallar və kənardan alınan yarımfabrikatlar - 20,6%
- köməkçi materiallar -18,5%
- yanacaq - 0,4 %
- qablar və qab materialları - 1,8%
- ehtiyat hissələri - 15,1%
- azqiymətli, tezaşman predmetlər, təsərrüfat inventarları - 8,5%
2. Bitməmiş istehsal və öz istehsalı olan yarımfabrikatlar - 14,5%
3. Gələcək dövrün xərcləri - 5,6%
4. Hazır məhsul -14,8%
5. Yola salınmış əmtəələr -0,1%
6. Digər normalaşdırılan dövriyyə vəsaitləri - 0,1 %
100%
Ümumiyyətlə götürüldükdə neft-kimya müəssisələri üçün dövriyyə vəsaitlərinin 95%-ə qədərinin xammal, əsas və köməkçi materiallardan, kənardan alınan yarımfabrikatlardan, köməkçi materiallardan (kimyəvi reagentlərdən, katalizatorlardan və s.) aparatların təmiri üçün ehtiyat hissələrdən, bitməmiş istehsaldan, öz istehsalı olan yarımfabrikatlardan və hazır məhsullardan ibarət olması xarakterikdir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, dövriyyə vəsaitlərinin qeyd edilən qruplarının həcmi və xüsusi çəkisi müxtəlif neft-kimya müəssisələrində fərqlidir və əsasən xammalla təchizatın xüsusiyyətindən asılıdır. Xammalın və hazır məhsulun həcminə həmçinin zavod daxili çənlərdə ölçü cihazlarında, istehsal qurğularında texnoloji tələbata uyğun olaraq müəyyən səviyyədə saxlanmalı olan xammal və hazır məhsulun miqdarı da təsir göstərir.
Neft-kimya müəssisələrinin texnoloji xüsusiyyətlərinə görə müəssisənin əsas sexlərində yarımfabrikatlar və neft kimya məhsullarının komponentlərin istehsal olunur, əmtəəlik məhsulun istehsalı isə əmtəə sexlərində başa çatdırılır. Bu xüsusiyyət neft-kimya müəssisələrinin dövriyyə vəsaitlərinin strukturuna da təsir göstərir. Bu səbəbdən neft-kimya müəssisələrinin dövriyyə vəsaitlərinin strukturunda öz istehsalı olan yarımfabrikatların xüsusi çəkisi daim yüksək olur.
İstehsal prosesinin gedişinə təsir dərəcəsinə görə dövriyyə vəsaitləri normallaşdırılan və normallaşdırılmayan dövriyyə vəsaitlərinə ayrılır.
Normalaşdırılan dövriyyə vəsaitlərinə müəssisənin fasiləsiz fəaliyyətinin təmin olunması ilə əlaqədar olan, ona şərait yaradan material dəyərləri - istehsal ehtiyatları, bitməmiş istehsal və öz istehsalı olan yarımfabrikatlar, gələcək dövrün xərcləri və müəssisənin anbarında olan hazır məhsullar daxil edilir. Qeyd edilən dövriyyə vəsaitlərinin hər qruppu üçün ayrılıqda daimi ehtiyatların (xərclərin) yuxarı limiti və ya dövriyyə vəsaitlərinin minimum məbləği) müəyyən edilir.
Dostları ilə paylaş: |