Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Mövzu 6. Menecmentin məqsəd və vəzifələri



Yüklə 0,95 Mb.
səhifə44/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   40   41   42   43   44   45   46   47   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mövzu 6. Menecmentin məqsəd və vəzifələri.
6.1. Menecmentin mahiyyəti.
6.2. Menecmentin məqsəd və vəzifələri.
6.3. Menecmentin predmeti və metodu.


6.1. Menecmentin mahiyyəti.
Menecment” ingiliscə sözün hərfi mənasında idarəetmə, müdriklik, təşkiletmə mənasında işlədilir. Həmin fəaliyyət sistemi özünə idarəetmə prosesini, fəaliyyətinin təşkilini, icraçılar arasında funksiyaların məsuliyyətin bölüşdürülməsini, resursların (material, texnika-texnologiya, kapital, əmək resursları, informasiya) səmərəli seçim və istifadəsini, çoxvariantlı qərarların qəbul edilməsini, iş üslubunun müəyyən edilməsini və bütün bunlar üçün xüsusi idarəetmə orqanlarının mövcudluğunu nəzərdə tutur.
Menecment-idarəetmə elmidir. Menecment bir elm kimi iqtisadi elmlər sisteminə daxildir. Menecment idarəetmə sahəsində elmi biliklər və təcrübənin məcmusundan ibarətdir. İdarəetmə hər hansı bir hadisə və sistemə məqsədyönlü, şüurlu təsiretmə prosesidir. Belə təsir olmadan düzgün arzu olunanı (obyekti) idarə edənin (idarə subyektinin) nəzarəti, təsiri altında saxlamaq mümkün deyildir.
Ümumiyyətlə idarəetmə sistemi bir-biri ilə qarşılıqlı əlaqədə və asılılıqda olan iki yarımsistemdən – idarə edilən sistemdən ibarətdir. Bu iki yarımsistem arasındakı asılılıq kəmiyyət xarakteri daşıyır: idarəedilən sistem nə qədər böyükdürsə, idarəedən sistemində nisbətən böyükdür. Ancaq bu asılılıq düz mütənasiblik xarakteri daşımır, çünki idarəedən yarımsistemin həcminə idarəetmə prosesinin kompüterləşdirilməsi, bu yarımsistemin təşkilinin təkmilləşdirilməsi, yeni idarəetmə strukturlarının tətbiqi və s. təsir göstərir.
İdarəedən və idarəedilən yarımsistemlər arasında əlaqə informasiya vasitəsilə həyata keçirilir. İdarəedilən yarımsistemdə baş verən hadisələr haqqında informasiyalar idarəedən yarımsistemə daxil olur. Bu informasiyalar idarəetmə qərarlarının işlənib hazırlanmasının əsasını təşkil edir. Hazırlanan qərarlar, əmrlər, sərəncamlar idarəedən yarımsistemdən icra olunmaq üçün idarəedilən yarımsistemə ötürülür və qeyd edilən proses fasiləsiz davam edir. İdarəedən yarımsistemlə idarəedilən yarımsistem arasında informasiya mübadiləsi pozulduqda ümumiyyətlə idarəetmə prosesi pozulur.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin