Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə52/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   48   49   50   51   52   53   54   55   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

4. İdarəetmə səviyyələri.
Hər bir müəssisə özünün fəaliyyət sahəsindən asılı olmayaraq müəyyən idarəetmə quruluşuna malik olmalıdır. Bu baxımdan, bütün orta və iri təşkilatlarda (firmalarda, müəssisələrdə) üç idarəetmə səviyyəsinin (pilləsinin) yaradılması labüddür. Bunlar aşağıdakılardır: a) aşağı səviyyə - texniki səviyyə; b) orta səviyyə - idarəetmə səviyyəsi; v) ali səviyyə - institut səviyyəsi (Şəkil 8.3)

Aşağı səviyyə


(texniki)

Orta səviyyə (idarəetmə)



Ali səviyyə
(institut)

İdarəçilik səviyyələri.


Şəkil 8.3. İdarəetmə səviyyələri.


Təşkilatlar adətən kiçik, orta və böyük olurlar və onların idarəetmə işləri də həcmcə müxtəlif olur. Buna görə də idarəetmə işini təşkilatın işçiləri arasında mütənasib bölüşdürmək lazım gəlir. İdarəetmə əməyinin bölüşdürülməsi formalardan biri üfüqi, digəri isə şaquli xarakter daşıyır.


Konkret rəhbərlərin ayrı-ayrı bölmələrdə və eyni səviyyədə yerləşdirilməsi asılı olmayan üfüqi əlaqələri meydana gətirir.
İdarəetmə işinin şaquli bölüşdürülməsi isə, idarəetmə səviyyələrini və pillələrini yaratmaqla asılılıq və cavabdehlik xüsusiyyətlərini əmələ gətirir.
Rəhbər işçiləri, ənənəvi olaraq idarəçilik səviyyələrinə görə üç kateqoriyaya ayırırlar:
1. Aşağı (texniki) səviyyə rəhbərləri;
2 .Orta (idarəetmə) səviyyə rəhbərləri;
3. Ali (institut) səviyyə rəhbərləri.
Aşağı səviyyə rəhbərləri kiçik rəislərdir, onları həm də əməliyyat rəhbərləri adlandırırlar. Aşağı (texniki) səviyyədə çalışan rəhbər şəxslər, əsasən məhsul istehsalında və ya xidmət göstərilməsində fasiləsiz effektiv işin təmin edilməsi üçün lazım olan gündəlik əməliyyatlar və fəaliyyətlə məşğul olurlar. Bu səviyyə fəhlələr və başqa işçilər üzərində bilavasitə nəzarət edən təşkilati səviyyədir. Kiçik rəislər əsasən istehsal texnologiyasının düzgün yerinə yetirilməsinə və işlərin gedişi prosesində həmin istehsalla məşğul olan işçilərə nəzarət etməklə məşğuldurlar. Bu səviyyənin rəhbərləri əmək, xammal və avadanlıq kimi resursların onlar üçün ayrılan hissəsinə bilavasitə cavabdehdirlər. Onlar həmçinin ilkin informasiyaların ilkin toplayıcılarıdırlar.
Rəhbərlərin əksəriyyəti idarəetmə fəaliyyətinə məhz aşağı səviyyədən başlayırlar. Təhqiqatlar göstərir ki, aşağı səviyyə rəhbərlərinin işi gərgindir və müxtəlif fəaliyyətdən ibarətdir. Onların işi tez-tez baş verən fasilələrlə və bir işdən başqa işə keçməklə xarakterizə olunur. Müəyyən olunmuşdur ki, ustalar öz iş vaxtının təxminən yarısını işçilərlə ünsiyyətdə olurlar. Onlar öz işçiləri ilə çox, digər ustalarla bir qədər az, öz rəhbərləri ilə daha az ünsiyyətdə olurlar.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin