Orta səviyyə rəhbərləri. Son illərdə idarəetmənin orta səviyyəsi həm işçilərinin sayına görə, həm də görülən işlərin həcminə görə xeyli yüksəlib. Böyük təşkilatlarda orta səviyyə rəhbərlərinin sayı o qədər çox ola bilər ki, verilən qrupu iki yerə bölmək lazım gələr. Əgər bu baş verərsə, onda iki səviyyə meydana çıxarıb orta səviyyənin yuxarı və aşağı səviyyələri. Beləliklə də idarəetmənin 4 səviyyəsi yarana bilər: yuxarı, yuxarı orta, aşağı orta, aşağı. Orta səviyyədə yerləşən rəhbər şəxslər, əsasən təşkilat daxilində planlaşdırma, idarəetmə və əlaqələndirmə ilə məşğul olurlar. Onlar fəaliyyətin müxtəlif formalarını, təşkilatın müxtəlif bölmələrinin səylərini və pillələrini bir-biri ilə əlaqələndirir və ali səviyyə rəhbərləri arasında əlaqələr qurulur və onlara nəzarət edilir.
Orta səviyyə rəhbərlərinin işini qiymətləndirmək və bu səviyyədəki idarəetmə işlərini hər hansı bir meyarla ölçmək çox çətindir. Çünki onların işləri təşkilatdan – təşkilata xeyli fərqlidirlər. Bəzi təşkilatlarda orta səviyyə rəhbərlərinə əlavə səlahiyyətli iş tapşırılır ki, onların işi yuxarı səviyyə rəhbərlərinin işi ilə eyni olur və onlar qərar qəbul edilməsi prosesinin iştirakçısı olurlar. Onlar, müəssisə qarşısında duran problemləri müəyyən edərkən müzakirələrdə iştirak edir, yenilik gətirən yaradıcı təkliflər işləyib hazırlayır və eyni zamanda müəyyən edilmiş məqsədlərə çatmaq üçün planlaşdırma və təşkiletmə işlərini həyata keçirirlər. Əsas idarəetmə işlərinin əksər çoxluğu adətən orta səviyyədə yerinə yetirilir. Orta səviyyə rəhbərləri ümumi idarəçilik işlərinin təxminən 60 – 70%-ni icra edirlər.
Ali səviyyə rəhbərləri, əsasən strategiyanın işlənib hazırlanması, ali məqsədlərin formalaşdırılması, təşkilatda müxtəlif dəyişikliklər aparılması. Təşkilatla xarici mühit arasındakı münasibətlərin qurulması və idarə edilməsi, həmçinin təşkilatın mövcud olduğu və fəaliyyət göstərdiyi mühitin öyrənilməsi və münasib tədbirlər görülməsi ilə məşğul olurlar.
Ali səviyyə rəhbərləri, başlıca məqsədi qarşıya qoyur və onun icrası mexanizmini qurmaqla ümumi rəhbərliyi təmin edirlər. Onlar təşkilatın yaradılması, yaşadılması və inkişafı üçün vacib qərarların qəbul edilməsində və həyata keçirilməsində cavabdehdirlər.
Bütün səviyyələrdə çalışan menecerlər üçün xarakterik olan ümumi keyfiyyətlər demək olar ki, eynidir və hər bir menecer yuxarıda deyilənlərlə yanaşı aşağıdakıları da bacarmalıdır:
- adamlarla ünsiyyəti bacarmaq, yaradıcı işi, səmərələşdiriciliyi, ixtiraçılığı həvəsləndirmək və dəstəkləmək;
- işçiləri seçmək və onları işə hazırlamaq (oxutmaq);
- yuxarı rəhbərliyin sərəncamlarını icra etmək və subordinasiyaya əməl etmək;
- şikayətçiləri dinləmək və şikayətləri araşdırmaq;
- təsərrüfatçılığın və idarəçiliyin hüquqi cəhətlərini bilmək;
- xarici mühitin təsirlərini qabaqcadan görmək;
- iqtisadi qanunları bilmək və onlara əməl etmək;
- öz elmi biliyini və səriştəsini artırmaq;
- öz imkanlarını məhsuldarlığın və keyfiyyətin yüksəldilməsinə yönəltmək;
- rəqabət dözümlülüyü təmin etmək;
- xarici bazara çıxmağı bacarmaq və s.
Menecer – mülkiyyətçiyə görə muzdlu işçidir və ondan əmək haqqı alır, işçilərə görə isə, mülkiyyətçinin səlahiyyətli nümayəndəsidir və rəhbər işçi kimi onun maraqlarının istifadəçisidir.
Hələ eramızdan əvvəl Yunan filosofları hesab edirlər ki, hər bir rəhbər işçi əsasən aşağıdakı dörd xarakterik keyfiyyətə malik olmalıdır:
- Müdriklik (Nestor müdrikliyi);
- Ədalətlilik (Aqamemnon ədalət);
- Hiyləgərlik (Odissey hiyləgərliyi);
- Güclülük (Axilles enerjisi).
XX-əsrin sonu üçün və müasir alimlər hesab edirlər ki, menecer üçün aşağıdakı keyfiyyətlər zəruridir:
- fiziki keyfiyyətlər – fəallıq; sağlamlıq; güclülük; enerjili olmaq.
- şəxsi keyfiyyətlər – özünə inanmaq; qələbəyə cəhd etmək; nüfuz sahibi olmaq; şəraitə uyğunlaşmaq.
- intellektual keyfiyyətlər – ağıl; duyum; yaradıcı münasibət; dəqiq qərar qəbul etmək qabiliyyəti.
- bacarıq keyfiyyətləri - əlaqə yaratmaq qabiliyyəti; asanlıqla münasibət yaratmaq; taktiki olmaq; diplomatik olmaq.
- İdarəetmə səviyyələri arasında qarşılıqlı əlaqələrin – həm şaquli, həm də üfüqi əlaqələrin qurulması, müəssisənin son məqsədə çatmasını təmin etmək işinə xidmət etməlidir.