Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Üfüqi və şaquli əmək bölgüsü



Yüklə 0,95 Mb.
səhifə50/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   46   47   48   49   50   51   52   53   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

2. Üfüqi və şaquli əmək bölgüsü.
Əməyin elmi əsaslar üzrə təşkil edilməsi ayrı-ayrı əməliyyatların, işlərin yerinə yetirilməsi məqsədi ilə onun müəyyən formada bölgüsünü nəzərə tutulur. İş, əmək prosesinin iştirakçıları arasında peşə əlamətlərinə görə bölünür. Hər bir işçinin əməyinin səmərəliliyi, icraçıların fərdi əmək sərfinin nəticələri peşələr və ixtisasların nəzərə alınma səviyyəsindən asılıdır.
Üfüqi əmək bölgüsü - əmək fəaliyyətinin kəmiyyət və keyfiyyət üzrə differensasiyası və ixtisaslaşmasıdır; Başqa sözlə, ümumi istehsal prosesinin hissələrə, ixtisaslaşmış ayrı-ayrı əmək fəaliyyəti növlərinə və icraçılara bölünməsidir.
Üfüqi əmək bölgüsü bir qayda olaraq funksional, sahə-əmtəə və ixtisas əlamətlərinə görə həyata keçirilir.
Funksional əmək bölgüsü - işçilərin fəaliyyət növləri üzrə ixtisaslaşmasına öz əksini tapır. Bu halda ayrı-ayrı funksiyalar müəyyən edilir və onların yerinə yetirilməsi üçün işçilər ayrılır.
Əməyin sahə-əmtəə əlaməti üzrə bölgüsü konkret əmək əməliyyatlarının ixtisaslaşması və məhdudlaşdırılması ilə əlaqədardır. Məsələn, çilingərin mürəkkəb avadanlığın yalnız bir hissəsinin təmiri üzrə ixtisaslaşması.
İxtisas üzrə əmək bölgüsü mürəkkəb əmək proseslərinin, işlərin yerinə yetirilməsi zamanı ixtisasların ayrılması (işlərin daha keyfiyyətli yerinə yetirilməsi üçün) zərurətindən irəli gəlir. Bu zaman daha yüksək ixtisaslı işçinin daha az ixtisas tələb edən işləri yerinə yetirməsi istisna edilməlidir və əksinə.
Şaquli əmək bölgüsü. Təşkilat daxilində yerinə yetirilən işlər, əməliyyatlar tərkib hissələrə bölündüyündən, onların müvəffəqiyyətlə yerinə yetirilməsini təşkil etmək üçün kimsə təşkilata (qrupa) daxil olan işçilərin əməyini əlaqələndirilməlidir. Bu halda təşkilatın bütün elementlərinin fəaliyyətini əlaqələndirmək üçün xüsusi idarəetmə funksiyasının ayrılması zərurəti meydana çıxır.
Kimsə tabeliyində olan işçilərin vəzifələrinin müəyyən edilməsi, planlaşdırılması, təşkil edilməsi, əlaqələndirilməsi, nəzarət edilməsi, bütün strukturlar arasında əlaqə yaradılması üçün rəhbər vəzifəsini öz üzərinə götürməlidir. Bu halda iki hal meydana çıxır: intellektual (qərarların hazırlanması və qəbulu), iradə (qərarların həyata keçirilməsi).
İriləşdirilmiş (geniş) planda şaquli əmək bölgüsü aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
– təşkilatın perspektiv inkişaf istiqamətlərinin müəyyən edilməsi və həyata keçirilməsi. Ümumi rəhbərlik
Texnoloji rəhbərlik – mütərəqqi texnologiyanın işlənməsi və tətbiqi.
İqtisadi rəhbərlik – strateji və taktiki planlaşdırma, təşkilatın iqtisadi fəaliyyətinin təhlili, müəssisənin rentabelli işinin təhlili;
Operativ idarəetmə - planların tərtibi və onların mikrokollektivlərə, ayrı-ayrı işçilərə çatdırılması, işçilərin iş yerləri üzrə bölgüsü, istehsal prosesinin gedişinə müntəzəm nəzarət;
Kadrların idarə edilməsi – kadrların seçilməsi, yerləşdirilməsi, təşkilatın əmək resurslarının inkişafı.
Beləliklə, təşkilatda əmək bölgüsünün iki forması vardır: üfüqi və şaquli. Başqa işçilərin əməyinin əlaqələndirilməsi idarəetmənin mahiyyətini təşkil edir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin