Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


İnsani münasibətlər məktəbində



Yüklə 0,95 Mb.
səhifə48/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   44   45   46   47   48   49   50   51   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

İnsani münasibətlər məktəbində hər bir fərdin qabiliyyəti, daxili tələbatı, şəxsiyyəti, psixologiyası nəzərə alınır. Bu məktəb əmək məhsuldarlığının yüksəldilməsi və son nəticə əldə edilməsi üçün fərdi (şəxsi) münasibətlərin idarə olunmasını, onların sosial və psixoloji vəziyyətlərinin nəzərə alınmasını, rəhbərlərin işçilərə qayğı ilə yanaşması amillərini aşkar etdi.
Bu məktəb psixologiya, ictimai münasibətlər, insan amili, hakimiyyət və nüfuz, motivləşdirmə (həvəsləndirmə), işin məzmunu və iş şəraiti, rəftar (qarşılıqlı münasibət) və səriştə amillərini menecmentə gətirdi və onların nəzərə alınması zərurətini sübut etdi.
Müasir idarəetmə məktəbi modellərin qurulması, kompüterlərin tətbiqi, yüksək rabitə texnologiyası və iqtisadi-riyazi üsulların tətbiqini menecmentə gətirdi və çox böyük dəqiqliklə həyata keçirdi. Bu məktəb: kibernetikanı, informatikanı, iqtisadi-riyazi modelləri, kompüter texnologiyasını və s. elmi-texniki yenilikləri bərqərar etdi.
Ümumiyyətlə, yuxarıda qeyd edilən məktəblər tərəfindən yaradılan və ya sistemləşdirilən bütün prinsiplər, metodlar, funksiyalar, üslublar yerinə və vacibliyinə görə eyni zamanda istifadə edilməlidir. Əks halda tam və uğurlu idarəetməyə nail olmaq mümkün deyildir.
Hal-hazırda idarəçilik məktəblərinin hazırlayıb təklif etdikləri idarəçilik qaydaları daha da təkmilləşdirilir və inkişaf etdirilir.


Mövzu 8. Təşkilatın və idarəetmə prosesinin elementləri.
.


8.1. Təşkilat anlayışı.
Menecmentin səmərəli təşkil edilməsi üçün təşkilat yaradılmalıdır.
Zaman keçdikcə təşkilat anlayışı bir çox dəyişikliklərə məruz qalmışdır. Təşkilatın mövcud çoxsaylı anlayışlarından aşağıdakıları ayırmaq olar:

  1. Təşkilat-onun vasitəsilə, idarəedən və ya idarəedilən sistemlərin yaradılması və saxlanması prosesidir.

  2. Təşkilat-birgə əmək prosesi zamanı meydana çıxan qarşılıqlı münasibətlərin, hüquq, vəzifə, məqsəd, rol, fəaliyyət növlərinin məcmusudur (sistemidir).

  3. Təşkilat-ümumi məqsədləri olan insan qrupudur.

Təşkilat hesab edilməsi üçün qrupları aşağıdakı əsas tələblərə cavab verməlidirlər:
1. Özünü bu qrupun üzvü hesab edən ən azı iki nəfərin olması;
2. Bu qrupun bütün üzvləri tərəfindən qəbul edilən heç olmasa bir ictimai faydalı məqsədin olması;
3. Hamı üçün ümumi olan məqsədin həyata keçirilməsi üçün birgə fəaliyyət göstərən qrupun üzvlərinin olması.
Təşkilat - ümumi məqsədin və ya məqsədlərin həyata keçirilməsi üçün fəaliyyətləri əlaqələndirilən insan qrupudur.
Ümumiyyətlə təşkilatın aşağıdakı elementləri vardır: 2 nəfərdən az olmayan üzvü olan qrup; məqsədin ümumiliyi; birgə əmək, formal təşkilat, qeyri-formal təşkilat.
Təşkilat öz fəaliyyəti dövründə bir sıra mərhələlərdən keçir:

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin