Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


İdarəetmə fəaliyyətinin mahiyyəti



Yüklə 0,95 Mb.
səhifə51/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   47   48   49   50   51   52   53   54   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

3. İdarəetmə fəaliyyətinin mahiyyəti.
Təşkilatın fəaliyyətinin səmərəliliyi şaquli əmək bölgüsünün dərəcəsi və səviyyəsindən, başqa sözlə struktur bölmələrinin və icraçıların fəaliyyətini koordinasiya edən rəhbərlərin əməyinin təşkili səviyyəsindən asılıdır.
İdarəetmə əməyi ictimai əməkdə xüsusi kateqoriya kimi fərqləndirilir. İdarəetmə əməyi qeyri-idarəetmə əməyindən fərqləndirilir, ona ki, idarəetmə bütün birgə əmək fəaliyyəti növlərinə xasdır. Geniş mənada idarəetmə təşkilatın məqsədlərini formalaşdırmaq və ona nail olmaq üçün planlaşdırma, təşkiletmə, motivləşdirmə və nəzarət prosesidir. Başqa sözlə, idarəetmə əməyi birgə əmək fəaliyyəti prosesinin ayrı-ayrı iştirakçılarının, eləcə də bütövlükdə əmək kollektivinin fəaliyyətinin məqsədyönlülüyünü təmin edən, onu əlaqələndirən ictimai əmək növüdür.
İdarəetmə əməyinin aşağıdakı spesifik xüsusiyyətlərini ayırmaq olar:

  1. İdarəetmə aparatı işçilərinin üç fəaliyyət növündən ibarət olan zehni əməyi:

- təşkilati – inzibati və tərbiyəvi (informasiyanın qəbulu və ötürülməsi, qərarların icraçılara çatdırılması, icraya nəzarət);
- məlumat – texniki (sənədləşmə, tədris, hesablama, və formal-məntiqi əməliyyatlar);

  1. maddi nemətlərin istehsalında birbaşa deyil, dolayı yolla iştirak (başqa şəxslərin əməyi vasitəsilə dolayı);

  2. əmək predmeti – informasiyadır;

  3. əmək vasitələri – təşkilati və hesablama texnikasıdır;

  4. əməyin nəticəsi – idarəetmə qərarlarıdır.

Rəhbərlərin əməyi – idarəetmənin yüksək pilləsidir. Onlar təşkilatın fəaliyyətinə dair əsas qərarları qəbul edir, aşağı pillələrin fəaliyyətini istiqamətləndirir və əlaqələndirirlər.
Mütəxəssislər idarəetmə qərarlarının hazırlanması və reallaşdırılması üzrə funksiyaları yerinə yetirirlər.
Köməkçi heyət (texniki icraçılar) idarə aparatına məlumat xidmətlərini həyata keçirirlər.
İdarəetmə əməyi ilə məşğul olan şəxsləri başqa əlamətlərə, məsələn, rəhbərlik etdikləri kollektivlərin profili, tərkibi, idarəetmə sistemində səviyyəsi və yeri və s. görə də təsnif etmək olar. Bu əlamətlərə görə rəhbərlər ali, orta və aşağı səviyyəli rəhbərlərə ayrılır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin